YUV

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fotoqrafiya və onun YUV-komponentləri

YUVrəng modeli. YUV sistemində parlaqlığı göstərən bir komponent (Y – parlaqlıq siqnalı) və rəngi bildirən iki komponent (U, V – rənglilik siqnalları) olur. YUV modelindən televerilişdə və video-verilənlərin saxlanmasında/emalında geniş tətbiq edilir. Komponentin parlaqlığı "ağ-qara" (bozun çalarlarında) görüntüdən ibarətdir, qalan iki komponent isə tələb olunan rəngi bərpa etmək üçün informasiyanı özündə saxlayır. Bu, rəngli TV meydana çıxanda mövcud ağ-qara televizorlarla uyğunluq üçün çox əlverişli idi.

YUV modelindən RGB-yə və əks çevirmə aşağıdakı düsturlarla aparılır:

R = Y + 1.13983 * V; G = Y — 0.39465 * U — 0.58060 * V; B = Y + 2.03211 * U;

Y = 0.299 * R + 0.587 * G + 0.114 * B; U = −0.14713 * R — 0.28886 * G + 0.436 * B; V = 0.615 * R — 0.51499 * G — 0.10001 * B;

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]