Yelmar Edilov
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Yelmar Edilov | |
---|---|
Yelmar Şahmar oğlu Edilov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 aprel 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 11 aprel 1994 (48 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
Yelmar Edilov (10 aprel 1946, Əlimədətli, Ağdam rayonu – 11 aprel 1994, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Yelmar Edilov 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. 1954–1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı samboçu idi. Qarnizon birinciliyi yarışları zamanı aldığı zədədən, o hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirir. 1970-ci ildə təhsilini başa vurur. M. F. Axundov adına üzümçülük kolxozunda işə düzəlir.
Döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]1988-ci ildə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımı cavabı verdilər. 11 aprel 1994-cü ildə "çərik" kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə Yelmar qəhrəmanlıqla həlak olur.
Ailəli idi. Yeddi övladı var.
Milli Qəhrəman
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərindəki ikinci Şəhidlər xiyabanında dəfn edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Sərraf Şiruyə, "İgid ölər adı qalar", Gəncə-2002. ("75 yara və ya Dəmir Yelmar" poeması) səh.139–258
- Sərraf Şiruyə, "Seçilmiş əsərləri" (II cild), Nurlan-2008. ("75 yara" poeması) səh.7–123
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 63–64.
- 10 apreldə doğulanlar
- 1946-cı ildə doğulanlar
- Ağdam rayonunda doğulanlar
- 11 apreldə vəfat edənlər
- 1994-cü ildə vəfat edənlər
- 48 yaşında vəfat edənlər
- Ağdam rayonunda vəfat edənlər
- Bakıda dəfn olunanlar
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Birinci Qarabağ müharibəsində həlak olanlar
- Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)