Vill Keyt Kelloq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vill Keyt Kelloq
Doğum tarixi 7 aprel 1860(1860-04-07)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 oktyabr 1951(1951-10-06)[1][2][…] (91 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Uşağı 6
Fəaliyyəti sahibkar
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vill Keyt Kelloq (ing. Will Keith Kellogg; 7 aprel 1860[1][2][…], Batl-Krik[d], Miçiqan6 oktyabr 1951[1][2][…], Batl-Krik[d], Miçiqan) — "W.K.Kellogg Foundation" fondunun qurucusu; ABŞ-nin ən böyük filantroplarından biri; həyatda daha çox taxıl sənayesi nəhəngi və korifleksi kəşf edən adam kimi məşhur olub.

Vill 7 aprel 1860-cı ildə anadan olmuşdur. Cəmi altı illik formal təhsil almışdır. 1951-ci il oktyabrın 6-da vəfat edərkən isə böyük varidata malik olub və həm öz həmşəhərlilərinin, həm də bütün dünyada milyonlarla insanın varlanmasına səbəb olub.

Taxıl məhsulları şirkətinin və öz adını daşıyan Fondun qurucusu olan U.K.Kelloq "Batl Krik"də və bütün dünyada məşhur olanadək üç peşə həyatını yaşayıb.

Dünyaca ünlü xeyriyyəçi və taxıl sənayesi lideri həyat fəaliyyətinə "Batl Krik Sanitarium"da klerk kimi başlayıb. O, məhz burada xəstələr üçün vegeterian dietası sahəsində araşdırmalar apararkən korifleksi kəşf edib.

Onun ilk işi uşaqlıqda mal otarmaq olub, yeniyetməliyinin son illərində isə səyyar süpürgə satıcısı həyatını yaşayıb.

Nəhayət, gənc yaşlarında "Batl Krik" sanatoriyasında işə düzəlib: böyük qardaşı Con Carvi Kelloq bu sanatoriyanın baş həkimi idi.

Vill Kelloq bütün dünyada məşhur olan bu xəstəxanada hesabdarlıq və menecerlik edib; bu isə, tibbdən kənar bütün işlərin, faktiki olaraq, onun ixtiyarında olması demək idi.

Həmin dövrdə qardaşı öz xəstələrinin vegetarian dietasını yaxşılaşdırmaq məqsədilə cürbəcür araşdırmalar aparır, xüsusilə də qarğıdalı dənəsini qaynatmaq yolu ilə asan həzm edilən çörək sürroqatı tapmağa çalışırdı. Vill Kelloq uzun illər bu işdə qardaşına assistentlik edir. Doğrudur, onlar heç vaxt öz məqsədlərinə nail ola bilməsələr də, əvəzində onlara böyük qazanc gətirən bir işlə rastlaşırlar.

1894-cü ildə Vill Kelloq təsadüfən qaynadılmış qarğıdalı dənəsini bir az da yumuşaltmaq üçün qaynadıldığı qabda saxlayır. Sonra onu adi qovurma prosesindən keçirərkən hər bir qarğıdalı dənəsi enli, nazik təbəqəyə çevrilir. Vill qardaşını inandırır ki, xəstələrə yeməyi bu cür nazik təbəqə şəklində vermək lazımdır və bu yemək pasiyentlər arasında dərhal böyük rəğbət qazanır. Tezliklə, sanatoriyanı tərk edən adamların tələbatını ödəyə bilmək üçün onu qutularda qablaşdırmaq lazım gəlir. Con Kelloq belə işlərə az maraq göstərdiyindən, qardaşı Vill Kelloqun onsuz da az olmayan işlərinin biri də artır.

İqtisadçı əqlini və marketinq texnikası sahəsindəki anlayışlarını öz işguzarlığı ilə birləşdirən Vill Kelloq məhsul istehsalını, reklam büdcəsini və satış həcmini durmadan artırdı. O, 1924-cü ildə öz məhsullarını Avstraliyaya ixrac etməyə başladı, iqtisadi tənəzzül dövründə öz şirkətini qoruyub saxlaya bildi. Başqaları reklam fəaliyyətinə son qoyduğu halda, o bu işi daha da gücləndirdi. 1939-cu ildə Kelloqun un məmulatları ingiltərəyə ayaq açdı. Vill Kelloq son dərəcə amansızcasına rəqabət aparan, amma eyni zamanda sakit təbiətli, təmkinli, qaşqabaqlı-özünəqapalı bir adam olmuşdur.

İndi, bu qədər illər ötüb keçəndən sonra belə onun xeyriyyəçilik etdiyi işlərin nə qədər geniş və rəngarəng olduğuna heyrət etməyə bilmirsən. O, həyatı boyu bu qənaətə gəlmişdi ki, ən yaxşı xeyriyyəçilik hökmən axırda gənc nəslə yardımla nəticələnməlidir. Buna görə də 1925-ci ildə "Ardıcıllar Şirkəti"ni yaratmışdı.

"Ardıcıllar Şirkəti" kənd təsərrüfatı məktəbi və quş qoruğu yaradılmasına yardım göstərmiş, özü eksperimental ferma yaratmış və meşə massivlərinin bərpa layihəsini həyata keçirmişdi. Kelloq həmçinin öz doğma şəhərinin problemlərinə 3 milyon dollara yaxın vəsait bəxş edib: məsələn, Anna Y.Kelloq adına əiil uşaqlar üçün məktəb, vətəndaş auditoriyası, yeniyetmələr üçün yuxarı sinif məktəbi və gənclər üçün əyləncə mərkəzi yaradıb. Prezident Herbert Huver onu Ağ evdə keçirilən Uşaqların Sağlamlığı və Mühafizəsi Konfransına nümayəndə təyin edib.

Həmin konfransdan qayıdandan sonra öz köməyini hara sərf edəcəyini daha da dəqiqləşdirib. Nəticədə 1930-cu ilin iyununda Villi K.Kelloq Uşaq Rifahı Fondu yaranıb və o, sonra da U.K.Kelloq Fondu adlandırılıb.

Kelloq öz xeyriyyəçilik işlərilə həmişə rəhmlilik və qayğıkeşlik nümunəsi nümayiş etdirib və belə bir inancına uyğun olaraq hərəkət edib: insanlara kömək etməyin ən yaxşı yolu özlərinin vacib hesab etdikləri işləri görə bilmədikdə onlara imkan yaradılması, yəni onların özlərinin özlərinə kömək etmələridir.

Kelloq ömrünün sonunadək Fondun işində iştirak edib.

  1. 1 2 3 4 Lundy D. R. Will Keith Kellogg // The Peerage (ing.).
  2. 1 2 3 4 W. K. Kellogg // Encyclopædia Britannica (ing.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]