Vera Lantratova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vera Lantratova
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı Azərbaycan SSR[1]
Vəfat tarixi (74 yaşında) (73 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Voleybolçu məlumatları
Boyu 1.74 sm[1]
Çəkisi 72 kq[1]
Zərbəsi ??? sm
Bloku ??? sm
Mövqeyi Hücumçu[2]
Klub karyerası
????–???? Azərbaycan Neftçi
Milli komanda karyerası
1967–1970[2] SSRİ SSRİ

Vera Lantratova (rus. Ве́ра Лантра́това; doğ. 11 may 1947, Bakı, Azərbaycan SSR, SSRİ20 aprel 2021) — keçmiş sovet voleybolçusu, SSRİ yığmasının və Neftçi klubunun oyunçusu. Olimpiya, dünyaAvropa çempionu. SSRİ əməkdar idman ustası (1991).

Klub səviyəsində yalnız Bakının "Neftçi" komandasında çıxış edib.[3] Bu komandanın heyətində SSRİ çempionatının ikiqat bürünc mükafatçısı olub. 1967-ci ildə Azərbaycan SSR milli komandasının heyətində SSRİ çempionatınınSSRİ xalqları Spartakiadasının gümüş mükafatçısı olub.[3]

1966-cı ildə gənc komandalar arasında Avropa çempionu olub.[3] 1967-1970-ci illərdə SSRİ yığmasında çıxış edib.[3] Yığmanın heyətində Olimpiya (1968), dünya (1970) və Avropa (1967) çempionu olub.[3]

Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) məzunudur (1971).[3]

İdmançı karyerasını bitirdikdən sonra Bakı Ali Partiya Məktəbində (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) kafedra müdiri işləyib. Sonralar Leninqrada köçüb və orada orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib.[3]

  1. 1 2 3 "Vera Lantratova". Sports-reference.com. 2020-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-23.
  2. 1 2 "ЛАНТРАТОВА ВЕРА СТЕПАНОВНА (СССР)". Sportbiography.ru.[ölü keçid]
  3. 1 2 3 4 5 6 7 "ЛАНТРАТОВА (ГАНЖЕНКО) Вера Степановна". İnfosport.ru.