Varqa Yudit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Varqa Yudit
mac. Varga Judit
dövlət katibi[d]
22 may 2018 – 11 iyul 2019
Şəxsi məlumatlar
Doğum tarixi 10 sentyabr 1980(1980-09-10)[1] (44 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Varqa Yudit (mac. Varga Judit; 10 sentyabr 1980[1], Mişkolç[1]) — Macarıstan hüquqşünası, siyasətçi və dövlət xadimi. Fidez partiyasının üzvü. 2019-cu il iyulun 12-dən ədliyyə naziri vəzifəsini icra edir. 2018–2019-cu illərdə Macarıstan Baş Nazirinin Aparatında Macarıstanın Avropa İttifaqı işləri üzrə Dövlət Katibi olmuşdur[2][3].

10 sentyabr 1980-ci ildə Mişkols şəhərində anadan olmuşdur.

1993–1999-cu illərdə Mişkolsdakı Avas Gimnaziyasında oxuyub. 1999–2004-cü illərdə Mişkols Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2002–2004-cü illərdə isə respublika təqaüdü almışdır. 2003-cü ildə o, Nyurtingen-Qayslingen İqtisadiyyat və Ekologiya Ali Məktəbinin Erasmus tələbə təşəbbüsündən təqaüdünü alır. 2001–2004-cü illərdə liqanın ikinci divizionunun (NB I. B) universitet basketbol komandasının kapitanı olmuşdur. 2004-cü ildə Mişkols Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2005–2009-cu illərdə Budapeşt Universitetinin konsert qrupunun üzvü idi. 2009-cu ildə vəkillik imtahanından keçir.

2004-cü ilin sentyabrından 2005-ci ilin oktyabrına qədər Budapeştdə Freshfields Bruckhaus Deringer hüquq firmasında, 2005-ci ilin noyabrından 2006-cı ilin avqustunadək Budapeştdəki Hogan & Hartson, 2006-cı ilin sentyabrından 2009-cu ilin avqustuna qədər Budapeşt Regional Məhkəməsində və Pest Rayon Mərkəzi Məhkəməsində təcrübə keçib. 2009-cu ilin avqust ayından Avropa Parlamentinin üzvünün siyasi müşaviri vəzifəsində çalışıb: 2012-ci ilin mayında Macarıstan prezidenti seçilənə qədər Yanoş Aderin ofisində, daha sonra Erik Bankanın ofisində, sonra Dyordya Hyolveninin ofisində.

22 may 2018-ci il tarixində o, Baş Nazirin ofisində Avropa İttifaqı məsələləri üzrə dövlət katibi vəzifəsini almışdır[4]. 12 iyul 2019-cu ildə o, Baş nazir Viktor Orbanın rəhbərliyi altında Orban dördüncü kabinetində Ədliyyə Naziri portfelini qəbul edir. Laslo Tronanini əvəz etmişdir.

İngilis, alman, fransız və ispan dillərində sərbəst danışır.

Musiqiyə olan bağlılığı

[redaktə | mənbəni redaktə et]

Skripka çalmağı bacarır. İctimaiyyət qarşısında ifa edir.

Evlidir. Əri — Peter Macar. Üç övladı var.

  1. 1 2 3 4 https://www.kormany.hu/hu/miniszterelnokseg/europai-unios-fejlesztesekert-felelos-allamtitkar/az-allamtitkar.
  2. "The Minister" (ingilis). Government. 2020. 2020-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
  3. "dr. Varga Judit életrajza" (macar). Kormányzat. 2020. 2020-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
  4. "Dr Judit Varga" (PDF) (ingilis). Berlin Security Conference. 2019. İstifadə tarixi: 2020-04-08.[ölü keçid]