VIII Mixail Paleoloq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mixail VIII Paleoloq
yun. Μιχαήλ Η΄ Παλαιολόγος'
bayraq
Bizans İmperatoru və Nikeya İmperatoru
bayraq2
1259 – 1282
ƏvvəlkiIV Yannis Lakaris
SonrakıII Andronik Paleoloq
Şəxsi məlumatlar
Doğum tarixi 1224
Doğum yeri
Vəfat tarixi 11 dekabr 1282
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Andronik Douk Komnen Paleoloq
Anası Teodora Angelina Paleoloq
Həyat yoldaşı Teodora Doukaina Vatatzina
Uşaqları Manuel Paleoloq
II Andronik Paleoloq
Kostantin Paleoloq
Eyrn Paleoloqina
Anna Paleloqina
Teodora Paleoloqina
Eurofisin Paleoloqina
Mariya Paleoloqina
Dini xristiyan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mixail VIII Paleoloq (yun. Μιχαήλ Η΄ Παλαιολόγος; 1224, Nikeya imperiyası11 dekabr 1282, Trakiya) — 1259–1282-ci illərdə hakimiyyətdə olmuş Bizans imperatoru. VIII Mixayil 1453-cü ildə Konstantinopolun Osmanlı İmperiyası tərəfindən fəthinə qədər mövcud olmuş Paleoloq sülaləsinin banisidir. 1261-ci ildə VIII Mixayil Konstantinopol şəhərinin Dördüncü səlib yürüşü zamanı yaranmış Latın İmperatorluğunun əlində alaraq Bizans İmperatorluğunu yenidən qurmuşdur.

VIII Mixayil domestik (Bizans ordusu generalı) olan Andronik Douk Kamnen Paleoloqun və Teodora Angelina Paleoloqinanın oğlu kimi anadan olmuşdur. Ana tərəfdən keçmiş Bizans imperatoru III Aleksey Angelin nəvəsidir. Onun ailəsi imperator nəslindən gəlirdi və ailəsinin Dükilər, Angellər, Komnenlər kimi sülalələrlə əlaqəsi vardı.

Gənc yaşlarda tanınmağa və Nikeya İmperatorluğu içərisində sürətlə yüksəlməyə başlamışdır. III Iohannın qohumu olan Teodora Dukayna Vtatzina ilə evlənmişdir. 1256-cı ildə Mixayil Anadolu Səlcuqlu Dövləti imperatoru olan II İzəddinin təmsilçiləri ilə bir üsyan planlamaqla ittiham olunmuşdur. Konyada yerləşən II İzəddinin sarayına ya öz istəyi ilə getmişdir, ya da sürgün edilmişdir. 1258-ci ildə təmiz çıxınca geri çağırılmış və frank əsilli muzdlu əsgərlərdən ibarət orduya rəhbərlik etməyə başlamışdır.

1258-ci ildə II Teodor Laskaris ölmüş və yerinə 8 yaşlı IV İohann Laskaris gəlmişdir. Geoq Mouzalon və I Patrik Arsenius naibləri olmuşdur, lakin Mixayil Paleoloq hər ikisini öldürmüşdür. Mixayil taxtı əvvəl naib kimi əlinə keçirmiş, daha sonra 1 yanvar 1259-cu ildə Cenevrə Respublikasının köməyi ilə Nimpayonda imperator elan edilmişdir.

25 iyul 1961-ci ildə Mixayil Paleoloq general Aleksey Stratiqopulun nəzarəti altında olan Konstantinopolu ələ keçirmiş və Latım imperatoru olan II Balduini qovmuşdur. VIII Mixayil Konstantinopola 15 avqustda girmişdir. Orada həm özü, həm də kiçik oğlu II Andrenik Paleoloq üçün tacgeymə mərasimi keçirmişdir. O, orada imperatorluk etməyə başlamış, ortaq imperator olan IV Yannis Laskarisi Nikeyada buraxmışdır. Dekabr ayında 11 yaşı olarkən Yannis Laskarisin gözlərini çıxararaq taxtdan salmış və bir monastıra keşiş kimi göndərmişdir.

İmperator olması

[redaktə | mənbəni redaktə et]

VIII Mixayil hökmdarlığı boyunca Latın İmperatorluğunu bərpa etmək istəyənlərlə mübarizə aparmalı olmuşdur. Latım imperatoru II Balduin evlilik və diplomatika yolu ilə Fransa kralı IX Luisin qardaşı I Karlo ilə ittifaq qurmuşdur. Karlo papanın göstərişi Cənubi İtaliyaya soxulmuşdur. Hohenştaufen sülaləsinin nümayəndələri olan Manfredi və Konradi məğlub etmiş və PalermoNeapolu ələ keçirmişdir. Karlo Balkan yarımadasına çataraq Konstantinopolu ələ keçirmək istəyirdi,

Amma Karlonun yürüşləri papa üçün əlverişli deyildi. Papa ilə VIII Mixayil arasında Karloya qarşı ittifaq üçün apardıqları danışıqlar 20 il davam etmişdir. Sonda alınan qərara görə papa Karlonun Konstantinopola hücum etməsini əngəlləməli, Mixayil isə Şərq Ortodoks Kilsəsini Romaya birləşdirməli idi. Mixayilin belə bir söz verməsi Bizans xalqında narazılıq yaratmışdır. Papanın dini üstünlüyünü qəbul etmək istəməyənlər Latın İmperatorluğunun belə bərpa olunacağını düşünürdülər.

1274-cü ildə İkinci Lion Məclisində birlik elan edilmişdir. Bizanslılar məclisə qarşı çıxdılar. Mixayil birliyin qorunması üçün səylər göstərmişdir, Amma 1281-ci ildə IV Martinin papa olmasından sonra Mixayil birlikdən imtina etmişdir.

Karlo və Mixayil arasında siyasi gərginlik artarkən Karlo ordusunu gücləndirməyə başlamışdır. Fransız general Sallinin rəhbərliyi altında Berata (Albaniya) hücum olsa da Mixayil tərəfindən dəf olunmuşdur. Mixayil diplomatik yolla papanın inamını qazanmış və Siciliyadakı Hohenştaufen nümayəndələri ilə birləşmiş, Cenoanın dəstəyini almış və Araqon kralı III Pedro ilə gizli ittifaq qurmuşdur. 30 – 31 mart 1282-ci ildə Siciliyada Vesperum üsyanı baş vermişdir. Karlonun hakimiyyəti təhlükə altına düşmüş və fransızlar öldürülmüşdür. Beləliklə Bizans Latın işğalından qurtulmuşdur. Mixayil isə həmin il ölmüşdür. Mixayilin təkcə Avropaya diqqət verməsi Anadolunun türklər tərəfindən ələ keçirilməsi üçün zəmin yaratmışdır.

  • Charanis, Peter. "The Jews in the Byzantine Empire under the First Palaeologi." Speculum, 22 (1947), 75–77.
  • Harris, Jonathan, Byzantium and the Crusades (Bloomsbury, 2nd ed., 2014). ISBN 978-1-78093-767-0
  • Heath, Ian, Byzantine Armies, AD 1118–1461 (Osprey Publishing, 1995). ISBN 1-85532-347-8
  • Oxford Dictionary of Byzantium (Oxford University Press, 1991)
  • Vannier, J-F. Les premiers Paléologues (Études prosopographiques), 1989

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]