Tarkviniya
Tarkviniya(it. Tarquinia, lat. Tarquinii, yun. Ταρκυνία) — İtaliyada kommuna.
Tarixi
[redaktə | mənbəni redaktə et]E.ə. IV əsrdə latın koloniyaları olan Sutri və Nepi Tarkviniyaya gedən belə deyilən “Etruriya darvazaları”nı qoruyurdu. Tarkviniya Çerveteridən şimalda 40 km. məsafədə yerləşən böyük sahil şəhəridir. Vaxtılə Etruriyanın ən məşhur şəhəri hesab olunurdu. Şəhərin adı Tirrenin qardaşı və ya oğlu hesab olunan, İtaliyaya gələr-gəlməz hakimiyyəti ələ alıb 12 etrusk şəhərinin əsasını qoyan Tarkonun adı ilə bağlıdır.
Villanova mədəniyyətinə aid qəbirlərin böyük əksəriyyəti məhz buradakı Kolledella – Çivita təpəsi yaxınlığında aşkar edilib, daha sonra burada etrusk şəhərinin əsası qoyulub. Dənizdən 8 km. aralıda yerləşən şəhər ətrafında IV əsrdə möhkəm qala divarları tikilir. Şəhər divarlarını və darvazalarını çıxmaq şərtilə burada diqqəti cəlb edən əsas tikili Ara-Regina kilsəsinin böyük meydanıdır. Bir zamanlar kilsəni bəzəyən qanadlı atları indi Tarkviniyanın Arxeologiya Muzeyində görmək olar.
Etrusk şəhərindən qərbdə əsas nekropolların yerləşdiyi Monterossi təpəsi var. Burada bir zamanlar qayalarda çapılmış və içərisindəki şəkilləri ilə məşhur olan kurqanlar var idi. Onu qeyd etmək lazımdır ki, bütün etrusk nekropolları arasında Monterossi ən çox tədqiq edilən nekropoldur.
-
Harnessed qanadlı atlar, terrakotta bassorolievo, Etruskan incəsənəti (Hellenistik dövr), Kraliçanın Alban məbədinin tympanum fraqmenti, indiki Palazzo Vitelleschi (Tarquinia VT ITA)
Qəbir abidələrinin içərisində etruskların gündəlik həyatından bəhs edən şəkillər çəkilmişdir. Bu qəbirlərdə çox gözəl barilyeflərlə bəzədilmiş möhtəşəm sarkofaqlar aşkar edilmişdir.
Tarkviniya ərazisində aparılan qazıntılar zamanı bürünc dövrünə aid iki çox da böyük olmayan yaşayış yeri və etrusk dövrünə aid müdafiə məntəqələri aşkar edilmidir.