Qunnar Myurdal
Qunnar Myurdal | |
---|---|
ing. Karl Gunnar Myrdal | |
| |
Doğum tarixi | |
Doğum yeri | Qustav, Dalarna İsveç |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Danderid İsveç |
Milliyyəti | Isveçli |
Həyat yoldaşı |
|
Elm sahələri | iqtisadiyyat, siyasət, sosiologiya |
İş yerləri | Stokholm İqtisadiyyat məktəbi, Stokholm Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Qustav Kassel |
Tanınır | Monetar tarazlıq |
Üzvlüyü | |
Mükafatları | 1974 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Karl Qunnar Myurdal (ing. Karl Gunnar Myrdal) (6 dekabr 1898, Dalarna, İsveç - 17 may 1987, Danderid, İsveç) — Isveçli iqtisadçı və siyasətçi. 1974-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Həyatı
[redaktə | mənbəni redaktə et]Qunnar Myurdal 1923-cü ildə Stokholm Universitetinin Hüquq fakultəsindən məzun olur. 1927-ci ildə isə iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəlir. 1933-1947-ci illərdə Stokholm İqtisadiyyat məktəbində professorluq edir. Bu müddətdə onun apardığı tədqiqatlardan Stokholm İqtisadiyyat məktəbi güclü təsirlənir.
1924-cü ildə Alva Myurdal ilə evlənir. Qunnar Myurdal və Alva Myurdal 1934-cü ildə "Əhali Məsələlərindəki Böhranlar" əsərini (ing. Crisis in the Population Question) birlikdə yazmışdılar. Bu kitabın əsas ideyasını fərdi azadlıqların (xüsusən qadın azadlıqları) artırılması islahatları təşkil edirdi. Bundan başqa onların Jan Myurdalla Sisella Bok adlı iki övladı olmuşdu. Oğlu Jan Myurdal yazıçı, qızı Sisella Bok isə əxlaq üzrə tədqiqatçı və filosofdu.
Qunnar Myurdal 1974-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını zidd düşüncədə olduğu Fridrix fon Hayeklə bölüşdürdü. Bu mükafatı monetar, iqtisadi tsikllar, bunların iqtisadi, sosial və təşkilati bağlılıqlarını öyrənən tədqiqatlarına görə almışdı.
1933-cü ildə parlamentdə sosial demokratların namizədi olaraq millət vəkili seçilmişdir. 1945-1947-ci illərdə Teqe Erlandersin hökumətində Ticarət naziri olaraq işləyir.
Karl Qunnar Myurdalın ən məşhur əsəri 1944-cü ildə yazdığı "Bir amerikan dilemması: Qaradərili problemi və çağdaş demokratiya" adlı əsəri (ing. An American Dilemma:The Negro Problem and Modern Democracy) idi. Bu əsər 1954-cü ildə ABŞ-də qəbul olunan ictimai məktəblərdə irqi ayrıseçkiliyi qadağan edən qanuna böyük təsir göstərmişdi. Bundan başqa Qunnar Myurdal 1950-ci ildə UNESCO-nun "İrqçilik Məsələsi" (ing. The Race Question) adlı hesabatını imzalayanlardan biri idi.
Qunnar Myurdal beynəlxalq sosial siyasətin atası hesab olunur. O, eyni zamanda sosial demokratik düşüncələrin inkişaf etməsində böyük rol oynamışdır.
Önəmli əsərləri
[redaktə | mənbəni redaktə et]- Crisis in the Population Question. 1934.
- The Political Element in the Development of Economic Theory.
- Fiscal Policy in the Business Cycle - The American Economic Review, c.21, no.1. mart 1939.
- Population, a Problem for Democracy. (The Godkin Lectures), Harvard University Press, 1940.
- Contact With America (Kontakt med Amerika) - 1941
- An American Dilemma: The Negro Problem and Modern Democracy. Harper & Bros. 1944.
- Social Trends in America and Strategic Approaches to the Negro Problem – Phylon, C.9 No.3. 1948
- Conference of the British Sociological Association, 1953. II Opening Address: The Relation between Social Theory and Social Policy The British Journal of Sociology, C.4, No.3, Eylul. 1953.
- An International Economy, Problems and Prospects, Harper & Brothers Publishers. 1956.
- Value in Social Theory: A Selection of Essays on Methodology. Ed. Paul Streeten, Harper. 1958.
- Beyond the Welfare State.
- Challenge to Affluence. Random House. oktyabr 1963.
- America and Vietnam – Transition, No.3. oktyabr 1967.
- Twenty Years of the United Nations Economic Commission for Europe – International Organization, C.22, No.3. 1968.
- Asian Drama: An Inquiry into the Poverty of Nations.
- The Challenge of World Poverty.
- Gunnar Myrdal on Population Policy in the Underdeveloped World – Population and Development Review, C.13, No.3. sentyabr 1987.
- The Equality Issue in World Development - The American Economic Review, C.79, no.6. dekabr 1989.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İqtisadiyyat üzrə Nobel mükafatı
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Qunnar Myurdal haqqında Nobel mükafatı e-muzeyində məlumat
- Qunnar Myurdal haqqında faktlar
- Qunnar Myurdal
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 K Gunnar Myrdal (швед.). 1917.
- ↑ 1 2 3 4 Myrdal i Ålsten senare Äppelviken, K Gunnar // Two-Chamber Parliament 1867–1970.. 1985. C. 5. S. 77.
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
- 6 dekabrda doğulanlar
- 1898-ci ildə doğulanlar
- 88 yaşında vəfat edənlər
- 17 mayda vəfat edənlər
- 1987-ci ildə vəfat edənlər
- Stokholm Universitetinin məzunları
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Macarıstan Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- İqtisadiyyat üzrə Nobel mükafatı laureatları