Qaqra
Şəhər | |
Qaqra | |
---|---|
gürc. გაგრა abx. Гагра rus. Га́гра | |
43°17′ şm. e. 40°16′ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Region | Abxaziya Muxtar Respublikası |
Rayon | [[Qaqra]] |
Tarixi və coğrafiyası | |
İlk məlumat | e.ə VI əsr |
Əvvəlki adları | Triqlif, Nitika, Abaata |
İqlimi | nəmli, subtropik |
Saat qurşağı | UTC+3 , yayda UTC+4 |
Əhalisi | |
Əhalisi | ▼ 12,115[1] nəfər (2015) |
Milli tərkibi | Abxazlar, ruslar, ermənilər, ukraynalılar, yunanlar |
Etnoxronim | Qaqralı |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 840 |
Poçt indeksi | 6700–6799 |
Digər | |
gagra.biz (rus.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Qaqra (gürc. გაგრა, abx. Гагра, rus. Га́гра) — Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qaqra bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qaqra rayonu) və Qara dənizin sahilində yerləşən kurort şəhər.[qeyd 1]
Şəhərin əhalisi 1989-cu ildə 26,636 nəfər idi, ancaq Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklər sonra azalmışdır.
Qaqra eyniadlı rayonun inzibati mərkəzidir. Şəhər Abxaziyanın qərbində yerləşir və Psou çayı vasitəsilə Rusiyanın Krasnodar diyarı ilə sərhəddir.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Gürcü alimlərinə əsasən, "Qaqra" adı svan dilində qoz mənasını verən "Qakra" sözündən gəlir.[2] Sovet idman turizmi ustası Bondarevə əsasən, şəhərin adı yerli "Qaqaa" qəbiləsindən gəlir.[3] Professor V. Kcarçiyaya əsasən, "Qaqra" abxaz dilində ‘sahilin sahibi’ deməkdir (Qaqra tarixi xəritələrdə "Kakara" və ya "Kakkari" olaraq adlandırılmışdır).[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Yaşayış məntəqəsi ilk dəfə bir yunan koloniyası və qəsəbə olaraq "Triqlif" adıyla Kolxida krallığı daxilində salınmışdır. Qəsəbədə həm yunanlar, həm də kolxidalılar yaşayırdı. Eradan əvvəl I əsrdə Kolxida Pont krallığının hakimiyyəti altına girmişdir. Pont hökuməti şəhərin adını "Nitika" olaraq dəyişmişdir. Çox vaxt keçməmiş ərazi Roma tərəfindən işğal olundu. Qəsəbənin coğrafi mövqeyi romalıların oranı möhkəmləndirməsinə gəlib çıxardı. Qəsəbə tez-tez Qotlar və digər tayfalar tərəfindən hücüma məruz qalırdı. Roma şəhərinin fəthindən sonra, dövlətin varisi olan Bizans İmperiyası qəsəbənin və bütün Kolxidanın sahibi oldu. Qəsəbə orta əsrlərdə böyük ticari bir yaşayış məntəqəsi olmuşdur. "Qaqra" adı ilk dəfə italyan Pyetro Viskontinin hal-hazırda Venesiyadakı Müqəddəs Mark muzeyində yerləşən və 1308-ci ildə hazırladığı "Qafqaz xəritəsi"ndə görünmüşdür.
Osmanlı və Rusiya İmperiyası dövrü
[redaktə | mənbəni redaktə et]XVI əsrdə Qaqra və Qərbi Gürcüstanın qalan hissəsi Osmanlı İmperiyası tərəfindən işğal olunmuşdu. Qərbli tacirlər qəsəbədən uzaqlaşdırılmış və uzun müddət davam edən bir tənəzzül dövrünə girmişdir. Qəsəbə əhalisinin əksəriyyəti dağlara qaçmışdır. XVIII əsrdə qəsəbə kiçik bir kəndə çevrilmişdi. Qəsəbənin tənəzzül dövrü Rusiya imperiyası Qafqazı işğal etməsindən sonra bitmişdir. Qəsəbədə yeni bir hərbi xəstəxana tikilmişdir. Qəsəbənin əhalisi isə hələ də kiçik idi. Qəsəbədə 336 kişi və 280 qadın (ümumi olaraq 610 nəfər) yaşayırdı. Qəsəbə Rusiya-Osmanlı müharibəsi böyük ziyan görmüşdür.
Müharibə bitdikdən sonra, qəsəbə Oldenburqlu Pyotr Aleksandroviç tərəfindən "kəşf edilmiş"dir. Regionun potensialını görən Pyotr burada birinci səviyyəli bir kurort, özü üçün isə bir saray tikdirmişdir. Qəsəbəyə tropik ağaclar, tutuquşuları və meymunları olan bir park salınmışdır. Qəsəbə üzərində aparılan bahalı işlərə baxmayaraq, kurort ilk vaxtlarda çox da uğurlu olmamışdır, halbuki daha sonra çoxlu sayda xarici turist cəlb etmişdir.
SSRİ dövrü
[redaktə | mənbəni redaktə et]1905-ci il Rusiya inqilabı zamanı gerçəkləşən yerli bir qiyam nəticəsində, qəsəbəni qısa-ömürlü Qaqra Respublikasını quran inqilabçı bir hökumət edirdi. Bu dövlət çox vaxt keçmədən məğlub edilmiş, inqilabçılar isə həbs olunmuşdur. Birinci Dünya müharibəsi Qaqra üçün bir fəlakət idi, çünki müharibə nəticəsində şəhərin ən böyük gəlir mənbəyi olan turizm məhv olmuşdu. 1917-ci il Rusiya inqilabı zamanı bolşeviklər qəsəbənin nəzarətini ələ almışdılar. Rusiya vətəndaş müharibəsi zamanı Fransa qüvvələrinin qəsəbəni azad etmə cəhdi uğursuz olmuş, nəticədə qəsəbə SSRİ-in yeni Gürcüstan SSR-ə qoşulmuşdur
Bolşevik rəhbəri Vladimir Lenin 1919-cu ildə qəsəbədə "fəhlə kurortu" yaradan bir fərman imzalamışdır. Qəsəbə sovet vətəndaşları üçün məşhur bir bayram kurortu olmuşdur. İkinci dünya müharibəsi zamanı qəsəbə böyük bir hərbi xəstəxana və reabilitasiya mərkəzi olmuşdur. Müharibə bitdikdən sonra qəsəbədə hökumət tərəfindən idarə edilən sanatoriyalar tikilmişdir.
Post-sovet dövrü
[redaktə | mənbəni redaktə et]1980-ci illərin sonlarında regionda yaşayan gürcülər və abxazlar arasındakı gərginlik böyümüşdür. 1992-1993-cü illərdə abxaz seperatçılar və Gürcüstan hökuməti arasında müharibə olmuşdur. Müharibə Gürcüstan hökumətinin məğlubiyyəti ilə nəticələnmişdir. Gürcülərə qarşı olan etnik təmizləmədə yüz minlərlə etnik gürcülər Abxaziyadakı evlərindən qovulmuş və öldürülmüşdür.[5][6]
Qardaş şəhərləri
[redaktə | mənbəni redaktə et]Əhalisi
[redaktə | mənbəni redaktə et]Abxaziya müharibəsindən əvvəl şəhərin əhalisi 26,900 nəfər idi.[8]. 2003-cü ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 10,717 nəfər idi.[1] 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 12,34 nəfər idi. Onların 6,531-i abxaz (52,8%), 2,355-i rus (19,0 %), 2,046-ı erməni (16,6%), 328-i gürcü (2,7%), 119-u yunan (1,0 %), 766-ı isə digər millətlərin nümayəndələri (6,1 %) idi.[9]. 2012-ci ildə şəhərin əhalisi 12,248 nəfər idi. 2013-cü ildə şəhərin əhalisi 12,213 nəfər idi. 2014-cü ildə şəhərin əhalisi 12,213 nəfər idi. 2015-ci ildə şəhərin əhalisi 12,115 nəfər idi.[1]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
SSRİ-nin poçt markası (1946)
-
Gürcüstan-Abxaziya münaqişəsi dövründə zədələnən teatr
-
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə abidə
-
Daur Ahvlediani adına futbol stadionunun qarşısında iki futbolçu heykəli
-
"Medeya" heykəli
-
Dənizkənarı park
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Bu yaşayış məntəqəsi mübahisəli ərazi olan Abxaziyada yerləşir. Ərazi Gürcüstanın de-yure Abxaziya Muxtar Respublikasında yerləşir, ancaq de-fakto Abxaziya Respublikası tərəfindən idarə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Laqivilava A. Абхазия в цифрах 2015: Управление государственной статистики Республики Абхазия. 300. Suxumi. 2016. səh. 22—27. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ Topçişvilli, Roland. History of Georgian Mountain Regions: Svaneti and Its Inhabitants (Ethno-historical Studies) (PDF). Tbilisi: Gürcüstan Milli Parlament Kitabxanası. 2005. 2012-03-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ Bondarev, N.D. В ГОРАХ АБХАЗИИ (rus). Moskva: Bədən tərbiyəsi və idman. 1981. 2009-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ V.E., Kcarçiya. Аҧсны атопонимика. Suxumi. 2002. səh. 92.
- ↑ Paul C., Mörfi. The Wolves of Islam: Russia and the Faces of Chechen Terror. Brassey's. 2004. ISBN 1-57488-830-7.
- ↑ Georgia/Abkhazia: Violations of the Laws of War and Russia’s Role in the Conflict. 7. Helsinki: Human Rights Watch. 1995. 2001-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ "Города Гагра и Владимир будут сотрудничать". Gagra District Administration. 14 may 2012. 15 yanvar 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 may 2012.
- ↑ Anatoliy Yamskov. "Особенности этнодемографической ситуации в Абхазии в постсоветский период" (rus). CA & CC Press. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ "Перепись населения Абхазии 2011. Гагрский район" (rus). ethno-kavakaz. 2011. 2013-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- VikiSəyahətdə Qaqra haqqında səyahət məlumatları var.
- Qaqrada veb-kamera Arxivləşdirilib 2010-05-19 at the Wayback Machine