Psixo (film, 1960)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Psixo
ing. Psycho
Janr triller
qorxu
Əsas mövzu seriyalı qatil
Rejissor Alfred Hiçkok
Prodüser Alfred Hiçkok
Ssenari müəllifləri
Baş rollarda Entoni Perkins
Canet Li
Operator Con L. Rassell
Bəstəkar Bernard Herrmann
İstehsalçı Paramount Pictures
Distribütor Paramount Pictures
İlk baxış tarixi 1960, 7 oktyabr 1960[2], 17 avqust 1960[3], 8 sentyabr 1960[3]
Filmin digər adı Psixoz
Filmin növü bədii film
Müddət 109 dəqiqə
Büdcə 806 min $
Gəlir 32 milyon $
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
İl 1960
Rəng ağ-qara
Çəkiliş yeri Kaliforniya, Arizona
IMDb ID0054215
Mükafatları Golden Globe Award for Best Supporting Actress – Motion Picture
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Psixo" (ing. Psycho) — rejissor Alfred Hiçkokun filmi.

Gənc qadın Merion Kreyn müdirin ona etibar etdiyi 40 min dollar pulu oğurlayır. O, bunun cinayət olduğunu düşünməyərək öz-özünə pulları oğurlayır. Merion sadəcə olaraq şəhərdən getmək və öz sevgilisi ilə yeni həyata başlamaq istəyir. Qaçış zamanı avtomobili idarə edərkən daxili gərginlikdən yorulan qız maşını şose yoluna döndərmək və gecəni oradakı boş moteldə keçirmək qərarına gəlir. Burada polis onu tapa bilməzdi. Burada isə onu qorxulu cəza gözləyirdi. Moteli Norman Beyts adli gənc oğlan idarə edir. O, şəxsi iztirab çəkir: moteldə onunla birlikdə sevimli, lakin çoxdan ölmüş anası yaşayır. Normanda Meriona meyil yaranır. Amma onun "anası" oğlunun hislərinin qəti əleyhinə çıxır. "O" Normandan tələb edir ki, Meriondan uzaqlaşsın. Bu tələbinə rədd cavabı alandan sonra isə qızı öldürmək qərarına gəlir və öz fikrini Merion duş qəbul edərkən həyata keçirir. Bu vaxt Merionu axtaran şəxsi xəfiyyə Milton Arboqast ortaya çıxır. O, Normanın qorxulu sirrini açmağa çalışır. Lakin tapdığı faktları qızın sevgilisinə və bacısına çatdıra bilmir. Çünki Norman Arboqastı da öldürür.

Ancaq hər halda nəhayət ki, qızın bacısı və sevgilisi Normanı birlikdə dolaşığa sala bilirlər. Yalnız onda məlum olur ki, Normanın anası çoxdan ölüb və motelin sahibi onun qurumuş meyitini ehtiyatla otaqların birində kresloda oturmuş vəziyyətdə saxlayıb.

  • Alfred Hiçkokun sonuncu ağ-qara filmidir.[4]
  • Öz karyerasının başlanğıcında yeni sima olan aktyor Entoni Perkins daha çox ikinci Ceyms Din kimi tanınırdı. Lakin onun bu Hiçkokun bu filmində çəkilməsi cəmiyyətin ona olan fikrini tamamilə dəyişir.[5]

1961-ci ilin "Edqar Allan Po" mükafatı:

[redaktə | mənbəni redaktə et]
Ən yaxşı bədii film – Cozef Stefano, Robert Blox
İkinci planda ən yaxşı aktrisa – Canet Li

1961-ci ilin "Oskar" mükafatına namizəd:

[redaktə | mənbəni redaktə et]
Ən yaxşı rejissor işi – Alfred Hiçkok
Ən yaxşı operator işi – Con L. Rassell
İkinci planda ən yaxşı aktrisa – Canet Li
Ağ-qara filmdə ən yaxşı quruluşçu rəssam işi – Cozef Hörli, Robert Kletvorti, Corc Maylo
Filmin treyleri

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi : Robert Blox (roman)
Ssenari müəllifi : Cozef Stefano
Rejissor : Alfred Hiçkok
Operator : Con L. Rassell
Bəstəkar : Bernard Herrmann
Prodüser : Alfred Hiçkok
Filmin loqosu
Entoni Perkins – Norman Beyts
Canet Li – Merion Kreyn
Vera Maylz – Merionun bacısı Layla
Con Gevin – Sem Lumis
Martin Balsam – detektiv Milton Arboqast
Con Makintayr – şerif El Çambers
Saymon Oklend – Fred Riçmond
Von Teylor – Corc Louveri
Frenk Albertson – Tom Kessidi
Laren Tattl – şerifin xanımı Eliza
Patrisiya Hiçkok – Kerolin
Con Anderson – Çarli
Mort Mayllz – polis zabiti
  1. https://www.siamzone.com/movie/m/2880.
  2. Lexicon of international films (alm.). Zweitausendeins.
  3. 1 2 IMDb (ing.). 1990.
  4. Cellania. "Psycho: Alfred Hitchcock's Scariest Film" (ingilis). Neatorama. 28.06.2012. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
  5. "Only the most talented actors have the nerve to tackle roles that push them to their physical and mental limits". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
  • "Kinonun 10 ən yaxşı manyakı". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 40-41.