52°24′ şm. e. 13°04′ ş. u.HGYO

Potsdam

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Potsdam
Potsdam
Bayraq Gerb
Bayraq Gerb
52°24′ şm. e. 13°04′ ş. u.HGYO
Ölkə  Almaniya
Torpaq Brandenburq
Mer Yan Yakobs
Tarixi və coğrafiyası
İlk məlumat 993
Sahəsi 187.28 km²
Mərkəzin hündürlüyü 35 m
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi 164 042 nəfər (2015)
Milli tərkibi Almanlar
Rəqəmsal identifikatorlar
Telefon kodu +49 (0) 331
Poçt indeksi 14467-14482
Nəqliyyat kodu P
Digər
potsdam.de
Potsdam xəritədə
Potsdam
Potsdam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Potsdam (alm. Potsdam[ˈpɔtsdam]) — Almaniyanın şərqində Brandenburq torpağında yerləşən şəhər. Brandenburq torpağının paytaxtıdır. Hafel çayının sahilində və bir biri ilə birləşmiş göllərin yaxınlığında yerləşir. Berlin şəhərindən 20 km cənub-qərbə yerləşir[1]. 1945-ci ildə Potsdam konfransı bu şəhərdə keçirilmişdir.[2]

1918-ci ilə qədər Prussiya kralları və Alman imperatorları üçün kurort ərazi idi.[3]

Almaniyada yerləşən ən böyük Ümumdünya irsi abidəsi olan Sansusi sarayı bu şəhərdə yerləşir. Potsdamın cənub-şərq hissəsində yerləşən Babelsberq 1930-cu illərin əvvəllərində Almaniyada və bütün Avropada əsas film istehsalı studiyası olmuşdur. Bu kinostudiya dünyanın ən qədim genişmiqyaslı film studiyası hesab olunur.[4]

Potsdam XIX əsrdən etibarən Almaniyanın elm mərkəzi kimi inkişaf etməyə başladı. Hazırda şəhərdə üç ictimai kollec, Potsdam Universiteti və 30-dan çox axtarış institutu fəaliyyət göstərir.[5]

Ərazidə son buzlaşma dövründən qalan moren təpə və tirələri mövcuddur. Hazırda şəhər ərazisinin dörddə üç hissəsi meşə və kolluqlardan, qalan dörddə bir hissəsi isə urbanizasiyalaşmış ərazidən ibarətdir.

Potsdam şəhəri və ətraf ərazilərdə ümumilikdə 20-yə yaxın göl və çay vardır. Şəhərin ən hündür nöqtəsi 114 metr hündürlüyündəki Kleyner Ravensberq yüksəkliyidir.

Potsdam yeddi tarixi əraziyə və 2003-cü ildə şəhərə birləşdirilən 9 yeni kəndə bölünmüşdür. Şəhərin bu bölgələri bir-birindən kifayət qədər fərqlənir. Şimalda və mərkəzdə tarixi binalar üstünlük təşkil etdiyi halda, şəhərin cənub hissəsi yeni tikilmiş binalardan ibarətdir.

Potsdam şəhəri dəniz iqlim tipində yerləşdiyinə görə, burada qış qarlı və soyuq, yay ayları isə sərin keçir. Qışda orta temperatur maksimum 3,5 °C, minimum isə −1.7 °C olur. Qış əsasən qarlı keçir. Yaz və payız fəsilləri qısa olur. Mülayim yay aylarında isə orta temperatur maksimum 23,6 °C, minimum isə 12,7 °C qeydə alınır.

1875–2020-ci illər ərzində gözlənilən əhali artımı.
Potsdam:
Əhali sayının dəyişməsi cədvəli
İl Əhali
1875 61 719
1890 77 301
1910 101 950
1925 107 734
1933 116 947
1939 125 664
1946 113 035
1950 114 663
1964 117 711
1971 118 923
İl Əhali
1981 139 746
1985 146 746
1989 149 043
1990 147 252
1991 146 441
1992 146 138
1993 145 667
1994 145 227
1995 144 118
1996 143 151
İl Əhali
1997 140 880
1998 139 823
1999 139 695
2000 140 668
2001 141 907
2002 143 246
2003 144 979
2004 145 707
2005 147 583
2006 148 813
Year Population
2007 150 833
2008 152 966
2009 154 606
2010 156 906
2011 157 603
2012 159 456
2013 161 468
2014 164 042
2015 167 745

Xarici vətəndaşlar

[redaktə | mənbəni redaktə et]

Əhalisinin sayına görə, etnik azlıqlar:

Vətəndaşlığına görə Xarici Ölkə Rezidentləri
Yer Ölkə Əhali (31.12.2017)
1 Suriya Suriya 1,970
2 Rusiya Rusiya 1,340
3 Polşa Polşa 1,055
4 Ukrayna Ukrayna 790
5 Rumıniya Rumıniya 660

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

Potsdam aşağıdakı şəhərlərlə qardaş şəhər statusu daşıyır:[6][7][8]

  1. "Almaniyanın şəhərləri arasında məsafə cədvəli". 2011-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.
  2. "Potsdam conference". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
  3. The Potsdam project, 1996, HRH The Prince of Wales, Charles; Hanson, Brian; Steil, Lucien; Prince of Wales's Urban Design Task Force; Prince of Wales's Institute of Architecture, Prince of Wales's Institute of Architecture, 1998, Introduction.
  4. "Babelsberg Studio Tour". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
  5. "About the Potsdam University". 2017-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
  6. "Die Partnerstädte der Landeshauptstadt Potsdam". www.potsdam.de (German). 2016-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
  7. "Miasta Partnerskie Opola". Urzad Miasta Opola (Polish). 1 avqust 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
  8. "City Twinnings". Stadt Bonn. 10 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]