Pekin Milli Stadionu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pekin Milli Stadionu
国家体育场
Xəritə
Memar Ay Veyvey
Tamaşaçı tutumu 80.000
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pekin Milli Stadionu (çin. 北京國家體育場) — həmçinin "quş yuvası" kimi tanınan 2008 Yay Olimpiya Oyunlarının keçirilməsi üçün yaradılmış, üzgüçülük kompleksinin yanında yerləşən çoxfunksiyalı idman kompleksi. Bu stadionda idman yarışlarının olması ilə yanaşı, 2008-ci il Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri də keçirilib. Stadionun inşası Herzog & de Meuron bürosunun layihəsinə əsasən 2003-cü ilin dekabrında başlamışdır. Stadionun açılışı 2008-ci ilin martında oldu. Stadion 2022 Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinə də ev sahibliyi edəcək.[1]

Stadionun inşaat dəyəri 3,5 milyard yuan səviyyəsində qiymətləndirilir ki, bu da təxminən 325 milyon avro təşkil edir.

Stadion olimpiya oyunlarından başqa İtaliyanın 2009, 2011 və 2012-ci il futbol üzrə İtaliya Superkubokunun Oyunlarına ev sahibliyi etmişdir.

2022-ci ildə stadionda 2022 Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirilməsi planlaşdırılır.[2]

Digər tədbirlər

[redaktə | mənbəni redaktə et]

2009-cu ildə stadionda avtomobil yarışının 2009 Çempionlar Yarışı karnavalı keçirildi.[3] 12 yanvar 2009-cu il tarixində meydançanın sahibləri stadionda ticarət-əyləncə kompleksinin tikintisi planlarını açıqlayıblar. Citic Group operatoru tərəfindən hazırlanan bu planlar üç ildən beş ilədək davam edəcək proqnozlaşdırılır. Stadion turizm məkanı kimi fəaliyyət göstərməkdə davam edəcək, eyni zamanda idman və əyləncə tədbirləri keçirəcəkdir. Ceki Çan, 2 aprel 2009-cu ildə stadionda pop konserti keçirən ilk sənətçi idi.

1 noyabr 2010-cu ildə Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası 2015-ci ildə Yüngül atletika üzrə Dünya çempionatının Pekin Milli Stadionunda keçiriləcəyini açıqladı.[4]

Amerika-Çin pop ulduzu Linhom Van 14 aprel 2012-ci ildə stadionda ilk solo pop konsertini keçirdi. Tayvanlı Mayday qrupu Mayday No Where turu çərçivəsində 29-30 aprel 2012-ci il tarixləri arasında iki gecə stadionda çıxış edib. Onlar stadionda iki günlük konsert verən ilk qrup idi.[5]

2017-ci il 4 noyabr tarixində stadionda Əfsanələr Liqası üzrə Dünya Çempionatının final mərhələsi keçirildi.[6]

SK Telecom T1Samsung Galaxy arasında 2017 Əfsanələr Liqası üzrə Dünya Çempionatının final mərhələsi
  1. "China's New Faces: Ai Weiwei". BBC News. 3 March 2005. 11 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2010.
  2. Demick, Barbara. "Beijing's Olympic building boom becomes a bust". Los Angeles Times. 22 February 2009. 25 February 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2009.
  3. "Race of Champions moves to Beijing". Autosport.com. Haymarket Publications. 16 April 2009. 19 April 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2009.
  4. "Beijing selected to host 2015 World Championships". iaaf.org. IAAF. 20 noyabr 2010. 24 dekabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2010.
  5. "Stadium SUPER Trucks To Race in Beijing, China With Monster Jam". Stadium Super Trucks. 27 July 2017. 28 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2017.
  6. "League of Legends 2017 International Events". 2018-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.