Oleq Penkovski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Oleq Penkovski
Şəxsi məlumatlar
Doğum tarixi 23 aprel 1919(1919-04-23)[1][2]
Doğum yeri
Vəfat tarixi 16 may 1963(1963-05-16)[2] (44 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Birləşmiş Krallıq
Qoşun növü artilleriya[d]
Rütbəsi polkovnik
Döyüşlər
Təltifləri "Qırmızı bayraq" ordeni "Aleksandr Nevski" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Praqanın azad edilməsinə görə" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı Czechoslovak War Cross 1939–1945
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oleq Vladimiroviç Penkovski (kod adı: "Agent Hero"; rus. Олег Владимирович Пеньковский; 23 aprel 1919[1][2], Vladiqafqaz16 may 1963[2], Moskva) — SSRİ hərbi kəşfiyyat orqanı olan QRU-da xidmət etmiş polkovnik idi. 1950-1960-cı illərdə Birləşmiş KrallıqABŞ-a SSRİ-nin Kubaya yerləşdirdiyi raketlərKarib böhranı haqqında məlumatlar ötürmüşdür.

Penkovskinin atası Ağ orduda xidmət edən bir zabit olmuş və Rusiyada vətəndaş müharibəsi zamanı həlak olmuşdur. 1939-cu ildə Kiyev Artilleriya Akademiyasını leytenant rütbəsi ilə başa vurmuşdur. İkinci Dünya müharibəsiQış müharibəsi zamanı SSRİ ordusunda döyüşmüş və daha sonra polkovnik rütbəsinə layiq görülmüşdür. QRU zabiti kimi 1955-ci ildə Ankara hərbi attaşesi vəzifəsində Türkiyəyə təyin edilmişdir. Daha sonralar isə Sovet Elmi Tədqiqat Komitəsində işləmişdir. Onun QRU rəisi olan İvan Serov və sovet marşalı Sergey Varentsovla dostluq əlaqələri olmuşdur. Kuba böhranı zamanı SSRİ-nin Kubada olan raketlərini geri çəkməsinin səbəblərindən biri də, Oleq Pendovskinin ABŞ və Böyük Britaniyaya verdiyi kəşfiyyat məlumatları idi. Rusiyada həbs edilmiş Oleq Pendovski vətənə xəyanət ittihamı ilə mühakimə olunaraq edam cəzasına məhkum edilmiş və cəsədi naməlum bir yerdə basdırılmışdır. Ailəsinə isə Moskvada sakit bir formada yaşamağa icazə verilmişdir.[3]

  1. 1 2 Oleg Vladimirovich Penkovsky // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Oleg Vladimirovich Penkovsky // TracesOfWar.
  3. Oleg Gordiyevski ve Christopher Andrew (1990). KGB: The Inside Story. Hodder & Stoughton. ISBN 0-340-48561-2; cited from Russian edition of 1999, pages 476-479

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Oleq Penkovski  (ing.) Find a Grave saytında
  • cia.gov The Capture and Execution of Colonel Penkovsky, 1963 Arxivləşdirilib 21 dekabr 2020 at the Wayback Machine
  • Joseph J. Bulik. Oral History, Penkovsky's CIA case officer
  • "Soviet Propaganda Film 14 (53234)". PeriscopeFilm. Los Angeles: Periscope Film LLC via Internet Archive. 1963. İstifadə tarixi: 23 May 2021. Highlights: 00:09 Criminal case against Penkovski O.V. and Wynne G.M. concerning unlawful acts described by Articles 64, Article 65 of the USSR's RSFSR Criminal code. Article 64 is Treason, Article 65 is Espionage. This is 30 November 1962.
  • 'Fatal Encounter' BBC TV documentary 3 May 1991, KGB, MI6 and CIA officers involved with the Penkovsky reveal their stories
  • "Nonfiction Book Review: The Spy Who Saved the World: How a Soviet Colonel Changed the Course of the Cold War by Jerrold L. Schecter, Author, Peter S. Deriabin, With Scribner Book Company ISBN 978-0-684-19068-6". Publishers Weekly (ingilis). İstifadə tarixi: 22 May 2021.