Moana (film, 2016)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Moana
Janr komediya filmi[1], musiqili film, macəra filmi[1], komediya-dram, döyüş filmi
Əsas mövzu Mif, şəxsiyyət
İcraçı prodüserlər Don Duckwall[d]
Ssenari müəllifləri
İstehsalçılar Walt Disney Animation Studios[d][4], Walt Disney Pictures[3]
Distribütor Walt Disney Studios Motion Pictures[d], Disney+
İlk baxış tarixi 23 noyabr 2016[5], 2 dekabr 2016, 22 dekabr 2016[6], 30 noyabr 2016, 1 dekabr 2016[7]
Müddət 107 dəq.
Büdcə 150.000.000 $
Gəlir 690.845.539 $[8], 162.920.977 $[8]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
IMDb ID3521164
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Moana — "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş 2016-cı il musiqili, macəra janrında animasiya filmi. Filmin rejissorları Con Masker və Ron Klements, bəstəkarı isə Mark Mançindi. Əsas qəhrəmanlardan biri olan yarıtanrı Mauini amerikalı kinoaktyor Dueyn Conson səsləndirmişdir.[9] Dünyada premyerası 23 noyabr 2016-cı ildə baş tutmuşdur.

Film Sakit okeanın cənub sahillərindəki Matunui adalasında yaşayan Moana adlı qızın həyatından bəhs edir. Moana başçının qızıdır. Onların adasında yaşamaq üçün bütün vasitələr və şərait var. Amma bir gün məlum olur ki, ada sakinlərinin əsas qidası olan balıq və hind qozu (kokos) yoxa çıxmağa başlayıb. Bu zaman Moana mərcanları üzüb keçərək Teffitinin ürəyini qaytarmaq və bu yolla qəbiləni xilas etmək fikrinə düşür. Ona isə ancaq yarıtanrı Maui kömək edə bilər.

Əvvəlcə ancaq okean vardı. Sonra adaların anası Teffiti gəldi. Teffitinin möhtəşəm bacarığı olan ürəyi vardı. O, həmin ürək sayəsində həyat bəxş edə bilirdi. Və Teffiti bu bacarığını dünya ilə bölüşürdü. Amma sonra bəzi qüvvələr Teffitinin ürəyini axtarmağa başladılar. Onlar inanırdılar ki, ürəyə sahib olmaqla həyat yaratmaq istedadına da malik olacaqlar. Və bir gün onlardan ən dəliqanlısı ürəyi ələ keçirmək üçün okeanın üzərindən uçub keçdi. Bu, küləklərin və dənizlərin yarıtanrısı Maui idi.

Ürəyindən məhrum olan Teffiti parçalanaraq dəhşətli qaranlıq yaratmağa başladı. Maui qaçmağa çalışdı, amma digər ürək ovçusu olan torpaq və alov iblisi Tekaonun yolunu kəsdi. Mauini səmadan endirdi. Bir daha da onu görən olmadı. Mauinin sehrli qarmağı ilə Teffitinin ürəyi isə dənizə düşərək yox oldu.

Elə indi də Teka və dənizlərin iblisləri ürəyi axtarırlar. Onlar dayanmadan genişlənən qaranlıqda gizlənərək balıqlarımızı yoxa çıxaracaq, bizlərdən ən sonuncunu da qaniçənliklə məhv edənə qədər adalardakı həyatı heçliyə çevirəcəkdir. Amma bir gün bir nəfər mərcan adalarını cəsarətlə keçərək Mauini tapacaq, onu nəhəng okeandan keçirərək ürəyi Teffitiyə qaytaracaq və bizim hamımızı xilas edəcəkdir.