Milis (hərbi qüvvə)
Naviqasiyaya keç
Axtarışa keç
Milis, (lat. militia, fr. milice; "hərbi xidmət", miles "əsgər"[1]) əsasən silahlı mülki şəxslərdən ibarət olan Paramilitar və nizamsız hərbi qüvvələrdirlər.
Milis termini işlədildiyi vəziyyətdən asılı olaraq hərbi və ya hərbiləşdirilmiş (yarımhərbi, paramilitar) mənalarında işlədilə bilər. Terminin istifadə edildiyi bəzi ifadələr aşağıdakı kimidir:
- Mülki şəxslərdən formalaşdırılmış olan rəsmi hərbi ehtiyat qüvvələri. Bir çox ölkələrdə müxtəlif adlar altında ola bilərlər (Milli Qvardiya).
- Müəyyən bir cəmiyyəti, ərazini, əmlakı və qanunları mühafizə etmək məqsədi ilə müdafiə fəaliyyətləri və ya xidmətləri.[2]
- Keçmişdə Sovet İttifaqı, bəzi Varşava Müqaviləsi ölkələri, Yuqoslaviya kimi keçmiş Sosialist dövlətlərinin və müasir dövrdə bəzi Müstəqil Dövlətlər Birliyi ölkələrinin milli polis təşkilatları.
- Birbaşa dəstəklənməyən və ya hökumət tərəfindən təsdiqlənməmiş xüsusi (və ya şəxsi), qeyri-hökumət qüvvələri.
- Öz liderinə hər hansısa bir suveren dövlətin sərhədləri daxilində yerləşən submilli ərazi üzərində hərbi, iqtisadi və siyasi nəzarət həyata keçirməyə imkan verən nizamsız silahlı qüvvələr.
Bir çox hallarda isə milislərin oynadıqları rollar və ya mövcudluğu məsələləri mübahisələrə səbəb ola bilər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Charlton T. Lewis, An Elementary Latin Dictionary, p. 505, Oxford U. Pr., 1997.
- ↑ Sumner, William Hyslop, An Inquiry Into the Importance of the Militia to a Free Commonwealth: In a Letter from William H. Sumner... to John Adams, Late President of the United States; with His Answer, Cummings and Hilliard, Boston, 1823