Kos
Naviqasiyaya keç
Axtarışa keç
Kos | |
---|---|
Κως | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Hündür nöqtəsi | 846 m |
Əhalisi |
|
Yerləşməsi | |
36°48′55″ şm. e. 27°06′37″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kos (yun. Κως, q.yun. Κῶς) və ya İstanköy — Egey dənizində Yunanıstana aid ada. Dodekanes adalar qrupuna (Egey dənizinin cənub-şərq hissəsindəki Cənubi Sporad adaları) daxildir. Kalimnos və Pserimosun cənubunda, Kiçik Asiya yarımadasındakı Göyova körfəzinin girişində yerləşir. Adanın 4 kilometr şərqində İoniya sahilləri, indiki Türkiyənin Bodrum kurort bölgəsi yerləşir. 2011-ci il siyahıyaalınmasına görə, əhalisi 33.388 nəfərdir.[1] Dodekanes arxipelaqında Rodosdan sonra ikinci ən çox əhalisi olan adadır. Adanın və eyniadlı icmanın inzibati mərkəzi Kos şəhəridir.
Adanın adı, ehtimal olunur ki, qədim zamanlarda sikkələrdə emblem kimi təsvir edilən xərçəngdən gəlir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Δελτίο τύπου. Ανακοίνωση των αποτελεσμάτων της Απογραφής Πληθυσμού-Κατοικιών 2011 για το Μόνιμο Πληθυσμό της Χώρας" (PDF) (yunan). Ελληνική Στατιστική Αρχή. 28 Δεκεμβρίου 2012. 2013-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-04.