Kakapo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kakapo
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kakapo
Beynəlxalq elmi adı

Kakapo (mao. Kākāpō; lat. Strigops habroptilus) və ya bayquş tutuquşuYeni Zelandiyanın təbii meşələrində yayılmış taksonomik ranq olan Yeni Zelandiya tutuquşularının böyük növlərindən biri olan tutuquşu növü. Kakapo dünyada uça bilməyən yeganə tutuquşu növüdür. Sayıları həddən artıq azdır. Strigopidae fəsiləsinin yeganə yaşayan növüdür. Gecə həyat tərzi keçirmələri, yumuşaq lələklərə malik olmaları, bayquşlara oxşamalarına görə bəzən bayquş tutuquşu adlandırılırlar.

Kakapo ilə insanın müqayisəsi.

Aparılan araşdırmalar kakapoların digər quşlardan 82.000-85.000 il əvvəl ayrılmışlar. Kakapoların nə zaman Yeni Zelandiyaya köç etdikləri məlum deyil. Amma onların buraya gəlməzdən əvvəl uça bildikləri məlumdur. Yeni Zelandiyanın Qondvanadan ayrılmasından sonra digər yerlərdən təcrid olması, yırtıcıların və rəqabətin olmaması kakapolar üçün əlverişli şərait yaratmış, buna görə də uçmaq qabiliyyətlərinə ehtiyac qalmamışdır. Uça bilmək qabiliyyətini buranın ətraf mühitinə uyğunlaşdıqdan və təkamül keçirdikdən sonra itirmişlər.

Kakapolar Yeni Zelandiyanın nəmli torpaqlarında yaşayırlar. Yaşıl rəngdə olurlar. Kakapolar dünyada ən uzun, ən ağır, ən iri və ən uzunömürlü tutuquşulardır. Ağırlıqları 4 kq-a çatır.[3] Uzunluqları isə 60 sm olur. Əsasən 60-90 il ömür sürürlər.

Uça bilməyən və gecələr aktiv həyat tərzi keçirən yeganə tutuquşu növü də kakapodur. Kakapolar uça bilmirlər, yavaş hərəkət edirlər. Buna görə də müdafiəsizdirlər. Ətrafa saçdıqları qoxu də onların ovlanmalarını asanlaşdırır. Qanadlarından ancaq bədənlərinin tarazlığını saxlamaq üçün istifadə edirlər.[4] Təbiətdə ən böyük düşmənləri gəlinciklər, pişiklər və siçavullardır.

Ağaclara sürətlə dırmaşa bilirlər. Əsasən ot, meyvə, yarpaq, böcək və onurğasızlarla qidalanırlar. Gündüz dincəlir, gecələr ova çıxırlar. Buna baxmayaraq görmə qabiliyyətləri zəifdir, amma qoxubilmə qabiliyyətləri güclüdür. Açdıqları çuxura bir dəfəyə 2-3 yumurta qoyurlar. İldə iki dəfə yumurtlayırlar.

Kakapoları yerli Maori xalqı həm ovlayaraq yem kimi, həm də tutaraq ev heyvanı kimi istifadə edirdilər.

E.ə. 900-cü ildə Yeni Zelandiyaya ilk dəfə insanlar gələndə kakapolar müdafiəsiz idilər. Nəsilləri avropalılar bu torpaqlara pişikləri gətirdikləri dövrdə daha da təhlükəyə düşdü. Nəsillərinin təhlükəyə düşməsinin səbəblərindən biri də kakapoların dişi yumurtadan çox, erkək yumurta buraxmasıdır (dişi fərdlər erkək fərdlərə nisbətən döllənmədə daha məhsuldar iştirak edir). Hər 2 dişiyə 3 erkək düşür. 1974-cü ildə bioloqlar nəsli kəsilməyə başlayan bu quş növünü qorumaq üçün onları digər məməlilərdən təcrid edərək başqa Kodfiş, Maud və Kiçik Barrier adalarına köçürdülər.[5] 1989-cu ildə isə Kakapo Bərpaolunma Planı başladıldı. 1995-ci ildə sayıları cəmi 51 idi. Hazırda təcrid olunmuş adalarda 138 kakapo yaşamaqdadır.2023-cü ildə sayıları 247 olmuşdur. Bioloqların fikrincə kakapoların əvvəlki saylarına çatdırılması 12-109 il vaxt ala bilər.

Kakapo Bərpaolunma Planı

[redaktə | mənbəni redaktə et]
Kakapoların sayı.
1974-1992
Köçürülən ada Say Ölüm < 6 ay Sağ qalanlar (1992, noyabr)
Maud (197481) 9 (6♂, 3♀) 3 (2♂, 1♀) 4 (2♂, 2♀)
Kiçik Barrier (1982) 22 (13♂, 9♀) 2 (1♂, 1♀) 15–19 (10–12♂, 5–7♀)
Kodfiş (198792) 30 (20♂, 10♀) 0 20–30 (13–20♂, 7–10♀)
Maud (198991) 6 (4♂, 2♀) 0 5 (3♂, 2♀)
Mana (1992) 2 (2♀) 1 (1♀) 1 (1♀)
Cəmi 65 (43♂, 22♀) 6 (3♂, 3♀) 41–55 (27–36♂, 14–19♀)
Qeyd: ♂ = erkək, ♀ = dişi.
  1. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  2. World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4
  3. "Uçamayan papağan kakapo". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-28.
  4. "Dünyanın Uçamayan Tek Papağanı: Kakapo". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-28.
  5. "Kakapo Nedir?". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]