Jan Anuy
Jan Anuy | |
---|---|
fr. Jean Anouilh | |
Doğum tarixi | 23 iyun 1910[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 1987[1][2][…] (77 yaşında) |
Vəfat yeri | |
Uşaqları | 5 |
Təhsili |
|
Fəaliyyəti | dramaturq, ssenarist, yazıçı, rejissor |
Əsərlərinin dili | fransız dili |
Vikianbarda əlaqəli mediafayllar |
Jan Anuyl (fr. Jean Anouilh, 23 iyun 1910[1][2][…], Bordo[3][4] – 3 oktyabr 1987[1][2][…], Lozanna[4]) — fransız dramaturqu.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sorbonna Universitenin hüquq fakültəsini bitirmiş, reklam agentliyində işləmişdir. "Çamadansız müsafir" (1937) pyesi ilə məşhurlaşmışdır. "Çəhrayı pyeslər" (istehzalı-lirik komediyalar: "Oğruların rəqs gecəsi", 1938; "Sanlisdə görüş", 1941), "tikanlı pyeslər" ("Zavallı Bitos", 1956) və s. silsilə dramları var. "Ürkək qız" (1938), "Antiqona" (1943), "Torağay" (1953), "Dəlisov və ya məftun irticaçı" (1959), "Mağara" (1961) pyeslərində insani ləyaqətləri və əxlaqi görüşləri uğrunda mübarizə aparan insanlardan bəhs etmişdir. Dövrünün sosial-fəlsəfi problemlərini dərindən dərk edən Anuyl pyesləri süjet təbiiliyi, emosionallığı, yumoru ilə seçilir. "Medeya" əsəri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Jean Anouilh // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Ануй Жан // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 567. ISBN 978-9952-441-02-4.