Gregorian (musiqi qrupu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gregorian
Əsas məlumatlar
Üslub Qriqoryan xoru, nyu-eyc, korossover, simfonik rok
Fəaliyyət illəri 1991, 1999-bu günə kimi
Ölkə Almaniya Almaniya
Leybl Edel
Heyət Riçard Nakston
Conni Klukas
Kris Tikner
Devid Tilley
Cerry O'Beirn
Lourens Vayt
Rob Fardell
Deniel Vilyams
Brendan Metyu
Eşli Turnell
Əlaqəli layihələr Enigma
gregorian.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gregorian Frenk Petersonun rəhbərlik etdiyi, Qriqoryan xoru tərzində modern poprok musiqiləri ifa edən Almaniya kişi musiqi qrupudur. Qrup vokal harmoniyası və instrumental müşayəti ilə seçilir.

Qrupun ifa etdiyi musiqilər ənənəvi Qriqoryan xorundan çox fərqlənsə də, qrup üzvləri səhnə obrazı üçün orta əsr monaxlarının geyimlərini xatırladan geyimlərdən istifadə edirlər. Əksər hallarda mahnıları 8-10 nəfərlik xorla ifa edən qrup üzvləri konsretlərdə sutana ilə səhnəyə çıxır.

Həqiqi qriqoryan xorlarından fərqli olaraq, Gregorian mahnılarında musiqi müşayəti kimi gitara (mahnılardan fərqli olaraq elektron və ya akustik), zərb alətləridilli alətlərdən istifadə edir.

Gregorianın 2009-cu ildə Freyburq Konsert Zalında keçirilmiş konsertindən

Gregorian qrupu Enigma qrupunun daha pop yönümlü qolu kimi yaradılmışdır. Qrupun yaradıcısı və prodüseri olan Frenk Peterson 1990-cı ildə Mişel Kretu ilə birlikdə Enigmanın MCMXC a.D. adlı debüt albomunun yazılmasında iştirak etmişdir (albomun üz qabığında onun adı F.Gregorian psevdonimi ilə qeyd edilir). Bundan əvvəl isə Frenk Peterson Sandra Kretunun ilk solo albomunun hazırlanmasında iştirak etmişdir.

1991-ci ildə Mişel Kretu ilə yollarını ayıran Frenk müstəqil layihə kimi Gregorianın "Sadisfaction" adlı ilk albomunu çıxarır. Lakin, tezliklə o başa düşür ki, auditoriya pop musiqinin qriqoryan xoru ilə birləşməsini qəbul etməyə hazır deyil və bu istiqamətə marağı olan kütləni artıq Enigma ələ ala bilmişdir. 1998-ci ildə Qriqoryan xoru stilində pop mahnıları ifa etmək üçün Peterson və onun qrup yoldaşları Jan-Erik Kors, Maykl Soltau və Karsten Heysmann layihəni dirçəltmək qərarına gəlirlər. Mahnı seçiminə qoyulan tələb çox sərt idi; qrupun ifa etməsi üçün seçilən mahnıları yeddi tonluq şkalada tərcümə edilə bilən olmalı idi. Hər albom üçün mahnıları böyük diqqət və ehtiyyatla seçilmiş, bundan əlavə Jan-Erik Kors, Ameliya Braytman və Karsten Heyssman tərəfindən qrup üçün orijinal mahnılar da yazılmışdır. Daha sonra mahnıların ifası üçün on iki xor ifaçısı cəlb edilmişdir.

Qrupun albomlarına daxil olab bütün mahnıların musiqisi əvvəlcə Petersonun Hamburqdakı "Nemo" adlı studiyasında yazılır. Daha sonra vokalistlərin hissəsi az işıqlı və şamlarla əhatə olunmuş atmosferdə yazılır. Petereson 2001-ci ildə verdiyi müsahibədə mahnılarda yarana biləcək "quru studiya atmosferi"ndən qaçmaq üçün bu addımı atdığını deyir.[1]

Bu konsepsiya uğurlu alınır və qrup eyni stilli bir neçə "Masters of Chant" albomları yazır. Gregorianın 2004-cü ildə çıxardığı "The Dark Side" albomu adına uyğun olaraq qaranlıq repertuarı ilə qrupun əvvəlki albomlarından kəskin fərqlənir.

2005-ci ildə canlı DVD " The Masterpieces" adlı ümumiləşdirici albom çıxarılır. Bunun ardınca 31 mart 2006-cı ildə beşinci Master of Chant albomu təqdim edilir. Həmin ildə qrup "Christmas Chants" adlı bayram albomu da təqdim edir. 28 sentyabr 2007-ci ildə altıncı, 2009-cu ildə isə yeddinci Masters of Chant albomu çıxarılır.

8 sentyabr 2010-cu ildə Gregorianın "Dark Side of the Chant" adlı növbəti solo albomunun 15 oktyabr 2010-cu ildə çıxarılacağı elan edildi.[2] 14 sentyabr 2012-ci ildə isə Rusiya ifaçısı Eva Mali ilə birlikdə "Epic Chants" adlı yeni albom təqdim edildi.

2015-ci ildə qrupun Masters Of Chant seriyasından olan "Final Chapter" adlı onuncu albomu çıxarılmışdır. Qrupun rəsmi saytında qeyd edilir ki, bu, "fövqəladə müvəffəqiyyət hekayəsinin son fəslidir" və onlar bu albom vasutəsiylə "sadiq fanatarı ilə sağollaşırlar". 2016-cı ildə isə qrupun vida turnesinin keçirilməsi nəzərddə tutulur.

  • Frenk Peterson — layihə rəhbəri, aranjimançı
  • Xor: Riçard Nakston (Naksos), Conni Klucks (Conni), Kris Tikner (Kris T), Riçard Kollier (Riç), Cerri O’Beyrn (Cerry), Lourens Vayt (Lorro), Rob Fardell (Bobbi B), Deniel Vilyams və Brendan Metyu (Bren)
  • Qadın vokalı: Sara Braytman (həmçinin Hepsibah və Sarah Hellmann psevdonimləri ilə qeyd edilir), Ameliya Braytman (Violet, Sara Braytmanın kiçik bacısı), Mərcan Şaki
  • Dilli alətlər: Jan-Erik Kors, Karsten Heysmann
  • Perkussiya, zərb alətləri: Roland Peyl
  • Gitara, akustik gitara, solo: Gunter Lodan

Gregorian "Masters of Chant" seriyasından on albom çıxarmışdır. Bundan əlavə, qrupun, bayram albomları da daxil olmaqla bu seriyaya daxil olmayan albomları da vardır. Qrup iki tipli video albomlar çıxarmışdı: canlı musiqi ifaları və musiqi videoları.

Ameliya Braytman 2009-cu ildə Gregorian konsretində çıxış edərkən

Masters of Chant albomları

[redaktə | mənbəni redaktə et]

Digər albomlar

[redaktə | mənbəni redaktə et]
  1. "Q&A: Frank Peterson". The Age. 2001-08-26. 2001-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2016.
  2. The announcement of the new album Arxivləşdirilib 2011-03-19 at the Wayback Machine, Dark Side of Chant.
  3. Dark City jurnalının № 62, 2011 tarixli nömrəsində yazılmış resenziya

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]