Frederik Senger

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Frederik Senger
ing. Frederick Sanger
Doğum tarixi 13 avqust 1918(1918-08-13)[1][2][…]
Vəfat tarixi 19 noyabr 2013(2013-11-19)[3][4][…] (95 yaşında)
Vəfat yeri
Uşağı 3
Elm sahəsi biokimya
Elmi dərəcələri
İş yeri
Təhsili
Tanınmış yetirmələri Elizabet Blekbörn
Üzvlüyü
Mükafatları "Britaniya imperiyası" ordeni komandoru Order of the Companions of Honour
Kimya üzrə "Nobel" mükafatı Kimya üzrə "Nobel" mükafatı "Kopli" medalı
Companion of Honour "Xidmət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frederik Senger (ing. Frederick Sanger; 13 avqust 1918[1][2][…]19 noyabr 2013[3][4][…], Kembric, İngiltərə[10]) — ingilis biokimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1980).

İngilis biokimyaçısı Frederik Senger 1918-ci ilin avqustun 13-də Redkompda (Qolsterşir) anadan olmuşdur. 1939-cu ildə Kembric universitetini bitirmişdir. 1940-cı ildən Kembric universitetində işləmişdir. 1983-cü ildə istefaya çıxmışdır.

Frederik Sengerin əsas elmi işləri zülalların və nuklein turşularının kimyasına həsr olunub. Senger insulinin strukturunu öyrənmişdir. O, peptidlərin kənar aminqruplarının identifikasiyasının dinitroflorbenzol üsulunu işləyib hazırlamış və bu üsulun köməyi ilə insulində amin qruplarının ardıcıllığını və təbiətini müəyyən etmiş, insulinin strukturunu açmışdır (1944–1954-cü illər).

F. Senger müəyyən etmişdir ki, insulinin ümumi formulu C337 N65O75S6 kimidir, üç sulfid körpüsü var və iki zəncirdən ibarətdir: 21 aminturşu qalığına malik A zənciri və 30 aminturşu qalığından ibarət B zənciri. Bu işlər sintetik insulini və digər hormonları almaq üçün əsas oldu.

F. Senger 1965-ci ildə struktur tədqiqatları üçün lazım olan RNT və DNT-ni radioaktiv 32P ilə nişanlamağı təklif etmişdir. Bu, işləri olduqca az miqdarda (10–69) material ilə aparmağa imkan vermişdir. 1967-ci ildə 5SRNT-nin strukturunu (120 əsas) müəyyən etmişdir. 1977-ci ildə faq DNT-si FX 174-ün strukturunu (5375 əsas) müəyyənləşdirmişdir. 1977-ci ildə DNT-nin birli strukturunu açmaq üsulunu təklif etmişdir.

F. Senger 1980-ci ildə "Nuklein turşularının birinci quruluşunun müəyyən edilməsi sahəsində tədqiqatlara görə" Nobel mükafatına layiq görülmüşdür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]