Fratriya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fratriya — qarşılıqlı nikah əlaqəsində olan bir neçə nəsilləri birləşdirən qəbilə bölgüsü idi. Bunlar çox vaxt bir nəslin sonrakı inkişafı nəticəsində yaranmışdı. Qəbilənin ən ilkin başlanğıcı azı iki nəslin mövcud birliyi şəklində olmuşdur. Nəslin və ya qəbilənin təsərrüfat fəaliyyəti ümumi təsərrüfat formasına – icmaya əsaslandığı üçün bunu həm də nəsli icma və ya arxaik icma adlandırırlar. Məlum olduğu kimi bütün ibtidai icma dövründə, yəni sinifsiz cəmiyyətdə əmək alətləri və istehsal vasitələri üzərində icma mülkiyyəti mövcud olmuşdur. Bu cür icmalar bir qayda olaraq qohumluq münasibətlərinə əsaslanırdı.
Əmlak bərabərsizliyinin yaranması, qan qohumluğu əlaqələrinin sarsılması və ərazi əlaqələrinin yaranması nəticəsində nəsli icmalar kənd icmalarına və ya əkinçilik icmalarına çevrilirdi. Bu da öz dualizmi ilə seçilirdi. Belə ki, torpaq, otlaq və biçənəklər üzərində icma-kollektiv mülkiyyət saxlanılır, istehsal vasitələri üzərində isə ayrı-ayrı ailələrin xüsusi mülkiyyəti təşəkkül tapırdı. Deməli, ailələrin istifadə etdiyi əkin sahələri və otlaqlar icmaya məxsus idi. Oradan götürülən gəlir isə fərdi xarakter daşıyırdı. Sinifsiz cəmiyyət dövründə yaranan bu qayda son günlərə qədər davam etmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Quliyeva N. ETNOQRAFİYA VƏ ETNOLOGİYA. Bakı, 2009.