Fiesta (roman)
Fiesta | |
---|---|
The Sun Also Rises | |
| |
Müəllif | Ernest Heminquey |
Janr | Roman |
Orijinalın dili | İngiliscə |
Ölkə | ABŞ |
Orijinalın nəşr ili | 1926 |
Tərcüməçi | Tamella Abdıyeva |
Nəşriyyat | Bakı Kitab Klubu (2016) |
Səhifə | 256 |
Tiraj | 100 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Fiesta (ing. The Sun Also Rises; azərb. "Günəş doğur"[1]; "Günəş də doğar"[2]; Günəş bir də doğacaq; Günəş də qalxır) — Ernest Heminqueyin romanı.
1926-cı ildə yazılmış “Fiesta” Ernest Heminqueyin ilk əhəmiyyətli əsəri hesab olunur.
2009-cu ildə "Newsweek" jurnalı "Fiesta"nı bütün xalqların və bütün dövrlərin ən yaxşı 100 kitabı arasına daxil edib.
Məzmun
[redaktə | mənbəni redaktə et]Roman Fransa və İspaniyaya səfərləri sırasında müharibələrarası zaman kəsiyində “itirilmiş nəsil” adlanan bir neçə nəfərin tarixinə həsr olunub. Birinci Dünya Müharibəsindən sonra müharibədə aldığı yara səbəbindən cinsi iqtidardan məhrum olmuş amerikalı jurnalist Xake Barnes və müharibədə tibb bacısı olmuş Brett Aşley müharibələrarası zaman içində Parisdə yenidən görüşürlər. Onlar Şimali Amerika cəmiyyəti ilə əlaqə saxlayırlar. Romanın ilk, əsas hissəsindəki hadisələr bu cəmiyyətin ətrafında dövran edir. Oradan Xake, Brett və yoldaşları Con, Bill və Mayk balıq tutmaq və Sanfermin bayramında iştirak üçün İspaniyanın Pamplona şəhərinə yola düşürlər. Bayram ərəfəsində mərkəzi xətdə dayanan Brettlə nişanlısı Maykl, bir neçə həftə əvvəl isə sevgi münasibətində olduğu Con və perspektivli öküz döyüşçüsü Pedro Romero arasındakı məhəbbət problemləri ilə yanaşı, sadə tamaşaçı kimi Barnesin mövqeyi də üzə çıxır. Bayramlar bitdikdən sonra isə qrup Madrid şəhərində əhvalata son verərək yoxa çıxır.
Nəşr və tərcümə
[redaktə | mənbəni redaktə et]2012-ci ildə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının tərkibində yaranmış Bədii Tərcümə Mərkəzi 2016-cı ildə start verdiyi yeni layihə çərçivəsində dünya ədəbiyyatından məşhur nümunələri seçib orijinaldan Azərbaycan dilinə tərcümə edərək oxuculara təqdim edir. İlk mərhələdə 2016-cı il boyunca minimum 10 kitabın - ingilis, ispan, italyan, fransız, ərəb və s. dillərdə yazılmış kitabların azərbaycan dilində ilk dəfə orijinaldan tərcümə əsasında çap olunması planlaşdırılmışdır. Plan üzrə, ilk kitab Ernest Heminqueyin “Fiesta” əsəri olub.[3]
Roman 2016-cı ildə Tamella Abdıyeva tərəfindən Azərbaycan dilinə tərcümə edilib və Bakı Kitab Klubunda 256 səhifədə, 100 tirajla nəşr edilib.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Kitab klubundan yeni kitablar çapdan çıxıb". 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-02.
- ↑ "Məşhur romanların ilk və yöndəmsiz adları - SİYAHI". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-02.
- ↑ "Ernest Heminquey "Fiesta" əsərinin çapı üçün kitabı indi sifariş et, endirim qazan !". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-02.
- ↑ "Yazıçı Ernest Heminqueyin "Fiesta" romanı işıq üzü görüb". 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-02.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Fiesta (roman)" ( (az.)). bbclub.az. 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-02.
- Ağ fillərə bənzəyən təpələr – Ernest Heminquey
- Oxumağa dəyər 5 kitab: Rəhman Hacıyev məsləhət görür – FOTO