Erix Fromm
Erix Fromm | |
---|---|
alm. Erich Fromm | |
Doğum adı | Erich Seligmann Fromm |
Doğum tarixi | 23 mart 1900[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 mart 1980[1][2][…] (80 yaşında) |
Həyat yoldaşları |
|
Elm sahələri | fəlsəfə, Sosial psixologiya, psixoanaliz, Sosial fəlsəfə, etika, Din fəlsəfəsi, sosiologiya, psixologiya |
Elmi dərəcəsi |
|
İş yerləri |
|
Təhsili | |
fromm-online.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Erix Zeliqmann Fromm (alm. Erich Seligmann Fromm; 23 mart 1900[1][2][…], Frankfurt-Mayn, Prussiya[3] – 18 mart 1980[1][2][…]) — alman sosioloq, filosof, sosial psixoloq, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi, neofreydizmin və freydomarksizmin yaradıcılarından biri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Erix Fromm Heydelberq və Münhen universitetlərində təhsil almışdır. 1922-ci ildə Heydelberq Universitetində doktoranturanı bitirmişdir. Münhendə psixoloq kimi tədqiqatlar apardıqdan sonra Berlin Psixoanaliz İnstitutunda təhsilini davam etdirmiş və 1931-ci ildə buradan məzun olmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində Almaniyada nasist hərəkatı gücləndiyinə görə İsveçrənin Cenevrə şəhərinə köçmüşdür. 1933-cü ildə Çikaqo İnstitutunun dəvəti ilə ABŞ-yə getmişdir. 1934-cü ildə, 1938-ci ilə qədər heyətində bir mütəxəssis olaraq vəzifə aldığı Frankfurt İctimai Araşdırma İnstitutu ilə birlikdə Nyu-Yorka köçür. Şəxsi çalışmalarını davam etdirərək, Columbia Universitetində təhsil işçisi olaraq çalışıb.
1946-cı ildə Vilyam Alonso White Ruh Həkimliyi, Ruh Təhlil və Ruh Elm İnstitutunun qurucuları arasında iştirak edir. Yel Universiteti, Nyu York Universiteti Bennington Kolleci, Miçiqan Əyalət Universitetində təhsil işçisi olaraq çalışır.
1949-cu ildə Meksika Milli Muxtar Universitetindən gələn bir professorluq təklifini qəbul edir və tibb fakültəsi magistr bölümündə ruh təhlil etmə şöbəsini qurur, 1965-ci ildə təqaüdçü olana qədər orada çalışır.
Təqaüdçülük illərini keçirdiyi 1980-ci ildə İsveçrədə vəfat edib.
Marksist və sosialist, humanist dünyagörüşünü mənimsəyən Fromm, qərb kapitalizmi və SSRİ kommunizmini rədd edirdi.
Erix Frommun çalışmaları bir çox dilə tərcümə edilib.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Azadlıqdan qaçış (1941)
- Özünü müdafiə edən İnsan / Əxlaq Fəlsəfəsinin Psixologiyasına dair Bir Tədqiqat (1947)
- Psixoanaliz və Din (Fromm) (1950)
- Unudulmuş Dil (1951)
- Sağlam Cəmiyyət (1955)
- Sevmək Sənəti (1956)
- Ziqmund Freydin Şəxsiyyəti və Təsirləri (1959)
- Qoyun İnsan qazansın: Bir Sosialist Manifest və Proqram 1960
- [Zen Buddizm və Ruh Təhlil etmə — D. T. Suzuki və Riçard de Martino ilə birlikdə (1960)
- Marksın İnsan Konsepsiyası (1961)
- Yeni Bir İnsan Yeni Bir Cəmiyyət (Yanılsama zəncirlərinin Kənarında) Marx və Freud 'un Kıyaslanması (1962)
- Sevginin və Şiddətin Mənbəyi (1964)
- Tanrılar Kimi olacaqsınız (1966)
- Ümid İnqilabı (1968)
- Meksika kəndində İctimai Xarakter — Maykl Maccoby ilə birlikdə (1970)
- Ruh Tədqiqnin Böhranı: Freydin sınaqları, Marks və İctimai Ruh Elm (1970)
- İnsandakı mənşəyi (1973)
- Sahib Olmaq Mı, Olmaq Mı? (1976)
- Ərdəm və Xoşbəxtlik
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Erich Fromm // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Фромм Эрих // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 23 martda doğulanlar
- 1900-cü ildə doğulanlar
- Frankfurt-Maynda doğulanlar
- 18 martda vəfat edənlər
- 1980-ci ildə vəfat edənlər
- 80 yaşında vəfat edənlər
- Miçiqan Universitetinin müəllimləri
- Nyu-York Universitetinin müəllimləri
- İohann Volfqanq Göte adına Frankfurt Universitetinin məzunları
- Heydelberq Universitetinin məzunları
- Nyu-York Universitetinin məzunları
- Əlifba sırasına görə alimlər
- ABŞ yəhudiləri
- Frankfurt məktəbi