Douglas DC-3
Douglas DC-3 | |
---|---|
İstehsalçı | Douglas Aircraft Company |
İlk uçuş | 1936 |
İstismara verilmə tarixi | 1936 |
İstismarçılar | |
Buraxılış sayı | 607 |
Vikianbarda əlaqəli mediafayllar |
Douglas DC-3 sabit qanad quruluşlu, pərvanəli, 1930 və 1940-cı illərə damğasını vurmuş təyyarə modelidir.
Təyyarə baş mühəndis Arthur E. Raymond tərəfindən inkişaf etdirilmiş və ilk uçuşunu 17 Dekabr 1935-də etmişdir. Təyyarə American Airlines CEO-i Cyrus Smith və Donald Douglasın etdikləri telefon marafonu nəticəsində DC-2-nin inkişaf etdirilməsi fikirləri nəticəsində doğulmuşdur. Kabin içi mətbəx və yataraq səyahət kimi fürsətlər təqdim edən DC-3 sayəsində xüsusilə Amerikada hava nəqliyyatı məşhur hala gəlmişdir.
Erkən dövr aviasiya şirkətləri United, Amerika, TWA və Eastern 400-ü üzərində DC-3 sifarişi vermişlər. İkinci Dünya müharibəsi illərində isə DC-3ün 10.000 ətrafı hərbi məqsədli versiyası istehsal edilmişdir (C-47, C-53, R4D və Dakota). Istehsalın pik nöqtəsinə çatdığı 1944-də tam 4853 ədədi təslim edilmişdir. Lisenziyalı kopyaları isə Yaponiyada çıxarılan SHOWA L2D və Rus istehsalı Lisunov Li-2 dir.
Döyüş sonrasında bir çox C-47 sivil nəqliyyatı məqsədi ilə yenidən əldən keçirilmişdir. Douglas bu vaxt DC-3-ü inkişaf etdirməyə davam etmiş və yük tutumunu böyüdərək və qanad quruluşunu dəyişdirərək Super DC-3 modelini yaratmışdır. Ancaq bu model ticarət satış üçün təqdim edilməmiş və hərbi məqsədli istifadə edilmişdir.
Bu gün hələ də bəzi şirkətlərdə bəzi daşımalarda DC-3lər istifadə edilməkdədir.
İstehsalat
[redaktə | mənbəni redaktə et]Santa Monica, Kaliforniya və Long Beach, Kaliforniyada 10655 ədəd DC-3 çıxarılmışdır. 2000 in üzərində Lisunov Li-2 Rusiyada, 485 ədəd Yaponiyada çıxarılmışdır. 1998-ci ildə 400 ətrafı DC-3 ticarət uçuşlarında vəzifə yerinə yetirməkdə idi.
Modellərdə çox müxtəlif mühərriklər istifadə edilmişdir. Pratt & Whitney R-1830 ən çox üstünlük verilənlərdir.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]DC-3 | ||
---|---|---|
Sərnişin | 21-32 | |
Uzunluq | 64 ft 5 in (19.7 m) | |
Qanad uzunluğu | 95 ft 0 in (29.0 m) | |
Quyruq yüksəkliyi | 16 ft 11 in (5.16 m) | |
Kabinet genişliyi, çöldən | ||
Kabinet genişliyi, içəriden | ||
Maks. qalxma ağırlığı | 28,000 lb (12,700 kg) | |
Maks. mənzil | 1,025 mil (890 nm, 1,650 km) | |
Tipik yer sürəti | 170 mph (147 knot, 274 km/h) | |
Güc qaynaqları (2x) | 2× Pratt & Whitney Twin Wasp S1C3G 14-silindirli radyal motor, her motorda 1.200 hp (895 kW) | |
Pərvanə | 3 Qanadlı Hamilton Standard 7149-A ardıcıllığı |
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Türk Hava Qüvvələrinə aid bir hərbi təyyarə
-
Bir hərbi təyyarə pilot kabinəsi