Donika Kastrioti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Andronika Arianiti
alb. Andronika Arianiti
Doğum tarixi 1428
Doğum yeri
Vəfat tarixi 1506
Vəfat yeri
Həyat yoldaşı İskəndər bəy
Uşağı 1
Atası Georgi Arianiti
Anası Mariya Muzaka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Donika Kastrioti kimi də tanınan Andronika Arianiti (alb. Andronika Arianiti; 1428, Kanina[d]1506, İspaniya) — alban zadəgan qadını və alban lideri İskəndər bəyin (Georgi Kastrioti doğum adıdır) həyat yoldaşı. O, Osmanlılara qarşı davam edən üsyanın öncəki lideri Georgi Arianitinin qızı idi.

1451-ci ildə Donika və İskəndər bəyin toyu.

Donika 1428-ci ildə Kaninada anadan olub. Onun atası Georgi Arianiti Arianiti ailəsinin üzvü idi, onun ərazisi Şkumbin vadisi və köhnə Via Egnatia yolu boyunca uzanaraq indiki Bitolanın şərqinə qədər uzanırdı. Anası Mariya Muzaka Myzeçe bölgəsinə hökmranlıq edən Muzaka ailəsinin üzv�� idi.[1]

Qaeta müqaviləsindən bir ay sonra, 21 aprel 1451-ci ildə İskəndər bəy Donika ilə evləndi və beləliklə, indiki Albaniyanın cənub-qərbində yerləşən Luşnya şəhərindəki Şərqi Pravoslav Ardenika Monastırında Arianiti ailəsi ilə əlaqələri gücləndirdi.[2][3][4] Daha sonra bacısı Angelina serb hökmdarı Stefan Brankoviç ilə evləndi. O, Serb Pravoslav Kilsəsində müqəddəs kimi hörmətlə qarşılanır.[5]

Osmanlının Albaniyanı fəth etməsindən sonra Kastriotilərə Neapol Krallığında torpaq verildi.[6] Onlar feodal domenini, Qalatinadakı San-Pietro Hersoqluğunu və Soleto Qraflığını (İtaliya, Leççe əyaləti) əldə etdilər.[7] Donika və İskəndər bəyin yeganə övladı olan II Corc Kastrioti Serbiya despotu Lazar Brankoviçin qızı İrene Brankoviç Palaiologina ilə evləndi.[8]

Donika, Neapol Kralı I Ferdinandın ikinci həyat yoldaşı, Araqonlu İoanna ilə yaxın dostluq münasibətləri qurmuşdu. 1494–1498-ci illər İtaliya Müharibəsi başlayandan sonra Donika Neapolu tərk etmək məcburiyyətində qaldı və nəvəsi Alonso Kastrioti ilə birlikdə təxminən 1501-ci ildə Valensiyaya gəldi.[9] Onlar kral sarayında sığınacaq tapdılar.

  1. "Arxivlənmiş surət". 2020-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  2. "Arxivlənmiş surət". 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  3. "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  4. "Arxivlənmiş surət". 2010-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  5. "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  6. https://books.google.com/books?id=b8ETAAAAYAAJ
  7. "Arxivlənmiş surət". 2023-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  8. "Arxivlənmiş surət". 2023-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  9. "Arxivlənmiş surət". 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]