Dinamit
Dinamit — Nitroqliserinin diatomitə hopturulması ilə hazırlanan partayıçı növü. Dinamit İsveçli kimyaçı Alfred Nobel tərəfindən 1866-cı ildə kəşf edilmişdir. Nobel 1867-ci ildə dinamitin patentini əldə etmişdir. Adətən dinamitlər 20 sm uzunluğunda və 2.5 sm genişliyində olur və çubuqlar şəklində istehsal edilir. Ancaq müxtəlif məqsədlər üçün istifadə edilən, müxtəlif ölçülü dinamit növləridə vardır.
İstifadə sahələri
[redaktə | mənbəni redaktə et]Dinamitin əsas istifadə sahələri inşaat, mədən sənayəsi və dağıntı üçün istifadə olunur amma son illərdə daha üstün xüsusiyyətlərə sahib partlayıcıların bazara çıxarılması ilə istifadəsi azalmışdır. Hal hazırda, əsasən su altı dağıntılar törətmək və digər sahələrdə əlavə partlayıcı kimi istifadə olunur .
Dinamit bəzi silahlı qüvvələr tərəfindən, düşməni yavaşlatmaq məqsədilə yol və körpülərin istifadəsiz hala salınması zamanı istifadə olunur.
Kassalar kimi zirehli əşya və ya otaqlarin partladılmasında dinamit yox, dinamitin qaynadılmasından əmələ gələn mayenin üstündəki nitrogliserin qaymağı istifadə olunur.
Tərkibi
[redaktə | mənbəni redaktə et]Dinamit, 3 ölçü nitrogliserin, 1 ölçü diatomit ve kiçik miqdarda sodiyum karbonatın qarışdırılması ilə əldə olunur. Xəmir halında olan məhlul silindir vəziyyətinə gətirilir və kağıza bükülür. Nitrogliserinin saf halı quvvətli şoka (ani hərəkətə)qarşı çox həssasdır. Bu hadisə daşınma zamanı təhlükəni artırır. Diatomite ilə adsorbsiya edildikdə nitrogliserinin yaratdığı təhlükə azalır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Dinamit, qara barıtdan daha güçlü ve istifadəsi təhlüksəsiz olan ilk partlayıcı idi. Bazara çıxmasından dərhal sonra barıt və nitrogliserin təhlükəsiz bir seçim kimi görünmüşdü. Nobel ixtirasının patent hüquqlarını çox ciddi qorumuş və qeyri-qanuni istehsalat həyata keçirən zavodların fəaliyyətinin dayandırılmasına nail olmuşdur. Nobelin müdaxilələrinə baxmayaraq bəzi fabriklər çox az dəyişdirilmiş bir formula istifadə edərək öz dinamitlərini istehsal etmişdir. Nobel dinamit vasitəsilə böyük sərvət qazanmış və Nobel mükafatının əsasını qoymuşdur.
1940-cı illərdən sonra dünyanın ən böyük dinamit idxalçısı Cənubi Afrika idi. De Beers 1902-ci ildə Sommerset Westdə (Qərbi Somerset) bir zavod qurmuşdur. Bu zavod sonralar Afrika Partlayıcı və Kimya sənayəsi adlı qurum tərəfindən idarə edilməyə başlanmışdır. Ölkədəki böyük dinamit tələbinin səbəbi Witwatersrand və onun ətrafındakı qızıl mədənləri idi.
Dinamitin mənfi xüsusiyyətlərindən biri istehsalat zamanı yaranan təhlükə idi. 1960-cı illərdə Somerset Westdə iki böyük partlayış olmuşdur. Bu partlayışlarda insan itkisi yaşanmasına baxmayaraq zavodun strukturu və ətrafdakı ağacların təziqi azaltması daha böyük fəlakətin qarşısını almışdır. 1985-ci ildə zavodun fəaliyyəti dayandırıldı.
Dinamit sözü köhnə Yunan dilində güc mənasına gələn δυναμις (dunamis) və ιτης (-itēs) şəkilçisindən yaranmışdır.