Dauriya rododendronu
Dauriya rododendronu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Dauriya rododendronu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Dauriya rododendronu (lat. Rhododendron dauricum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Təbiətdə Şərqi Sibir, Uzaq Şərq, Monqolustanın şimal-şərq hissəsində və Şimali-Şərqi Çində rast gəlinir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 0,5-2,0 m, budaqları yuxarı istiqamətlənmiş, çoxbudaqlı, yarpağıtökülən koldur. Cavan zoğları qısa tükcüklü, qonur vəzicikli, xırda yarpaqlarla sıx örtülmüşdür, uzunluğu 5 sm, eni 2 sm-ə qədər, bəzən küt, ucu oyuqlu, bəzən isə biz, üstü parlaq yaşıldır. Yarpaqlarının uzunluğu 1,2-3,3 sm, eni 0,8-1,1 sm olub, ellipsvari və ya uzunsov-yumurtavarıdır. Payızda cavan yarpaqları tünd, burulmuş, xırda, alt tərəfində açıq-yaşıl, vəziciklərlə sıx örtülmüş olur, sonradan əksəriyyəti tökülür. Yarpaqlar açılana qədər çiçəkləyir. Çiçək saplağının uzunluğu 3-5 mm-dir. Kasacığı çox kiçikdir. Çiçək tacı açıq-çəhrayı, bənövşəyi çalarlı, bəzən ağ, uzunluğu 1,4-2,2 sm, diametri 2,2-4,0 sm, qıfvari-zəngvari 2/3 hissəsi uzunsov-yumurtavari və ya ellipsvari dilimlərə böıünmüşdür, üstdən tükcüklüdür. Erkəkcikləri 10 ədəd, bünövrəsində saplaqları tükcüklü, bənövşəyi-çəhrayıdır. Yumurtalığı qabıqlıdır. Sütuncuğu çılpaq, erkəkciklərdən uzun, al-qırmızıdır. Qutucuğu uzunsov-yumurtavari, uzunluğu 0,8-1,2 sm, saplağının uzunluğu 0,3-0,7 sm-dir. Təbii şəraitdə aprelin axırında-iyunda çiçəkləyir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Sərt qışda çiçək tumurcuqları donur. Əsasən çınqıllı torpaqda və qayalarda bitir. İsti havada, hətta qışda çiçəkləmə müşahidə edilir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Mədəni şəraitdə Samux və Gəncədə rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Dekorativ və dərman bitkisi kimi istifadə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 392.