D (proqramlaşdırma dili)
D (ing. D programming language) – obyekt-yönlü, imperativ proqramlaşdırma dillərindən biridir.
2001-ci ildə Digital Mars şirkətinin əməkdaşı Volter Brayt (Walter Bright) tərəfindən işlənib hazırlanıb. Öncə C++ dilinin yenidən mühəndisliyi (RE-ENGINEERING) kimi düşünülüb, ancaq C++ dilinin önəmli təsirinin olmasına baxmayaraq, onun variantı deyil. D dilində C++ dilinin bəzi xassələri yenidən reallaşdırılıb, eləcə də Java, Python, Ruby, C# və Eiffel kimi başqa proqramlaşdırma dillərinin də təsirinə məruz qalıb.
D dilinin yaradılmasında kompilyasiya olunan proqramlaşdırma dillərinin məhsuldarlığı ilə dinamik dillərin təhlükəsizliyi və ifadəliliyini birləşdirməyə cəhd edilib. Bu dildə yazılmış kod, adətən, C++ dilindəki ekvivalent kod kimi sürətlə işləyir, eyni zamanda D dilindəki proqram daha qısa olur və yaddaşa təhlükəsiz erişməni təmin edir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- dlang.org — Rəsmi saytı
- Digital Mars
- Türk Forumu