Crocodylus halli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Crocodylus halli
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Crocodylus halli
Beynəlxalq elmi adı

Crocodylus halli — əsl timsahlar sinfinin dümayəndəsi. Yeni Qvineyaya aid endemik canlı. Bu növə 1989-cu ildə Yeni Qvineyanın şimalında və cənubundakı timsahlar arasında açıq fərqləri görən Amerikalı zooloq Filip Hallın adı verilmişdir.

Yeni Qvineya adasının cənub hissəsində yayılmışdır. Crocodylus halli nümayəndələri bataqlıqlarda, çaylarda, göllərdə və bəzən Papua Yeni Qvineyanın mərkəzi yüksəkliklərinin cənubundakı çaylarda, eləcə də Florida ştatının Sent-Oqastin şəhərindəki zooparkdan birində yaşayır. Müqəddəs Auqustin Alleqator Ferması Zooloji parkda daha əvvəl Yeni Qvineya timsahı hesab edilən üç timsah əslində yeni bir növ olduğu ortaya çıxır.

Uzunluğu 3 m-dən çoxdur. Yeni Qvineya timsahlarından əsas fərqlər kəllə nisbətlərində və quruluşundadır. Quru mövsümün sonuna (iyul-noyabr) yaxın nəsil verən Crocodylus novaeguineae-dən fərqli olaraq, bu canlılar yağışlı mövsümdə (noyabr-aprel) çoxalırlar. Bundan əlavə Crocodylus halli Crocodylus novaeguineae-dən daha böyük yumurta qoyur.[3][4].

Bu növ ilk dəfə 2019-cu ildə amerikalı herpetoloqlar Kristofer M. Murrey, Piter Russo, Aleksandr Zorrilla və Kaleb D. MkMahan tərəfindən muzey kolleksiyalarını araşdırdıqdan sonra təsvir edilmişdir. Crocodylus halli Yeni Qvineya timsahına (Crocodylus novaeguineae) olduqca oxşardır və əvvəllər onun xüsusi populyasiyası sayılırdı, lakin genetik analiz, həmçinin kəllə (yuxarı çənə) və postkraniumun strukturunun təhlili ayrıca bir növ kimi statusunu təsdiqləmişdir. Bu iki növ ehtimal ki, Yeni Qvineya dağlarının qalxması ilə onları fərqli populyasiyalara ayırmışdır. Bu fərqlər 3–8 milyon il ərzində formalaşır.

  1. https://edition.cnn.com/2019/09/25/world/new-crocodile-species-scn/index.html.
  2. Murray C. M., Russo P., Zorrilla A., McMahan C. D. Divergent Morphology among Populations of the New Guinea Crocodile, Crocodylus novaeguineae (Schmidt, 1928): Diagnosis of an Independent Lineage and Description of a New Species (ing.). // Copeia / H. T. Gaige American Society of Ichthyologists and Herpetologists, 2019. Vol. 107, Iss. 3. P. 517. ISSN 0045-8511; 1938-5110 doi:10.1643/CG-19-240
  3. Murray, Christopher M., Russo, Peter, Zorrilla, Alexander & McMahan, Caleb D. Divergent Morphology among Populations of the New Guinea Crocodile, Crocodylus novaeguineae (Schmidt, 1928): Diagnosis of an Independent Lineage and Description of a New Species // Copeia: jurna. — American Society of Ichthyologists and Herpetologists, 2019. — Vol. 107, no. 3. — P. 517–523. — ISSN 0045–8511. — doi:10.1643/CG-19–240.
  4. ""Раскопки" в музее помогли ученым открыть новый вид крокодилов" (rus). ТАСС. 2019-09-25. 2019-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]