Computer Gaming World

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Computer Gaming World
Loqonun şəkli
Təsis tarixi noyabr 1981
Nəşrini dayandırıb noyabr 2006
Ölkə
Dil ingilis dili[1]
ISSN 0744-6667
OCLC nömrəsi 8482876
web.archive.org/web/2008…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Computer Gaming World" — ABŞ videooyun jurnalı. 1981–2006-cı illərdə nəşr olunmuş jurnal sadəcə videooyunlar və geyminq sənayesinə həsr olunmuş ilk jurnallardan biridir.

"Computer Gaming World" 1981-ci ildə cənubi baptistlərin keçmiş keşiş Rassell Sayp tərəfindən təsis edilmişdir. O, "Strategic Simulations" tərəfindən istehsal olunmuş "Computer Air Combat" videooyununu oynayarkən qarşılaşdığı çətinlikləri düşünərək videooyunlar haqqında jurnal ideyasını əldə etmişdir. Sayp həmin ilin iyununda "Golden Empire Publications Inc." şirkətini təsis etmiş və noyabrda "Computer Gaming World" jurnalının ilk nömrəsi buraxılmışdır.[2]

1991-ci ildən jurnalın həcmi xeyli artmış, 1992-ci ilin noyabrında nəşr olunan 100 illik yubiley nömrəsində 196 səhifəyə çatmışdır. Elə həmin il Conni Vilson yeni baş redaktor olmuşdur. Sayp 1993-cü ildə jurnalı "Ziff Davis" şirkətinə satmışdır.[3][4]

1997-ci ilin dekabrında jurnalın həcmi 500 səhifəyə çatmışdır. 1999-cu ildə Vilson baş redaktor vəzifəsini tərk etmiş və onun yerinə Corc Cons gəlmişdir.[5] 2002-ci ildə Ceff Green yeni baş redaktor olmuşdur.[5][6]

2 avqust 2006-cı ildə "Ziff Davis" şirkəti "Microsoft" ilə birlikdə verdiyi açıqlamada jurnalın bağlanacağını və onun əvəzinə "Games for Windows: The Official Magazine" jurnalının fəaliyyət göstərəcəyini elan etmişdir. Jurnalın sonuncu, 268-ci nömrəsi 2006-cı ilin noyabrında buraxılmışdır.[6]

Jurnal 1987-ci ildə "Ən yaxşı peşəkar oyun jurnalı" kateqoriyasında "Origins Award" mükafatına layiq görülmüşdür.[7]

  1. 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 0744-6667
  2. Russell Sipe. The Greatest Story Ever Told // Computer Gaming World (ingilis). № 50. 1988.
  3. Ziff-Davis Acquisition // The New York Times. — 1993. — 16 avqust. — 11.
  4. Russell Sipe. From The Publisher // Computer Gaming World (ingilis). № 111. 1993. 178.
  5. 1 2 GAME THEORY; In a Time Warp With Pac-Man and Pong // The New York Times. — 1999. — 26 avqust. — 4.
  6. 1 2 Russell Sipe, Johnny Wilson, George Jones, Jeff Green. 25 years of Computer Gaming World // Computer Gaming World (ingilis). № 268. 2006. 75–81.
  7. "The 1987 Origins Awards" (ingilis). The Game Manufacturers Association. 2017-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-21. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)