Baiya
Baiya | |
---|---|
Bahia | |
|
|
Ölkə | |
İnzibati mərkəz | Salvador |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1889 |
Sahəsi |
|
Hündürlük | 838 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-BA |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Baiya[3][4] (port. Bahia) — Braziliyanın şərqində, Atlantik okean sahillərində yerləşən ştat. Ştat əhalisinin sayına görə Braziliyada dördüncü, sahəsinə görə siə beşinci yerdədir. İnzibati mərkəzi Salvador şəhəridir. Şəhər Bütün müqəddəslər buxtası sahilində qərarlaşır. Ştatın adı da portuqalcadan tərcümədə «buxta» mənasını verir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Ştat Braziliya alcaq dağlıq sərhəbi bonunca Alaqoas, Pernambuku və Piaui, qərbdən Tokantins və Qoyas, cənubdan Minas-Jerays və Espiritu-Santu mtaları ilə sərhədə malikdir. Ərazisindən axan San-Fransisko çayı üzərində sahəsi 4214 km² olan Sobradinyo su anbarı mövcuddur.
İqlimi
[redaktə | mənbəni redaktə et]İqlimi turopikdir. Orta illik temperatur +22 ºС-dir. Ştat ərazisində iki mövsüm müşahidə edilsə də ərazisindən asılı olaraq fərqlidir. Məsələn Salvador şəhərində yağış mövsümü martdan iyula qədər davam edir. Qərb rayonlarında oktyabrdan marta qədər çəkir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Portuqaliyalı Alvareş Kabral 1549-cu ildə Portu-Sequruya lövbər atır. 1549-cu ildə burada Salvador şəhəri salınır. 1624 - 1625 illər arası şəhəri hollandlar idarə etmişlər.
Baiya ştatı Braziliya imperiyasına 2 iyul 1823-ci ildə birləşdirilmişdir. XVI - XVIII əsrlər ərzində buyada şəkər qamışı plantasiyaları mövcud olmuşdur. Bu məqsədlə hətta Afrikadan bura qullar gətirilmişdir.
İnzibati bölü
[redaktə | mənbəni redaktə et]Ştat ərazisi 8 mezoregiona və 32 mikroregiona bölünür.
Demoqrafiya
[redaktə | mənbəni redaktə et]Braziliyanın Coğrafiya və Statistika institutunun məlumatına görə 2007-ci ildə ştat ərazisində 14080654 nəfər yaşayır. Bu göstərici ilə hər km² 24,93 nəfər adam düşür.
2006-cı ildə əhalinin 67,4 % şəhərdə yaşayır. 1991 - 2000 illər aralığında ştat ərazisində əhalinin artımı cəmi 1 % təşkil etmişdir.
Son siyahıya alımaya əsasən burada 8,831 mln mulat (63,2 %), 2,864 mln ağdərili (20,5 %), 2,193 mln qaradərili (15,7 %), 83 min. hindu və asiyalı (0,6 %) yaşayır
Mühüm şəhərləri
[redaktə | mənbəni redaktə et]- San-Salvador-da-Baiya-di-Тодус-ус-Сантус
- Feyra-di-Santana
- Viktoriya-da-Konkista
- İleus
- İtabuka
- Makasari
- Jekie
- Alaqoinyas
- Barreyras
- Portu-Sequru
- Teyşeyra-di-Freytas
- Paulu-Afonsu
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Braziliyanın Coğrafiya və Statistika institutunun məlumatına görə 2005-ci ildə ÜDM 90,943 milyard Braziliya dolları, əhalinin adambaşına düşən gəliri isə 6583 Braziliya dollarıdır.
Ştatın paytaxtı həm də Şimal-şərqin iqtisadi mərkəzidir, burada dəniz limanı və beynəlxalq hava limanı mövcuddur.
Kənd təsərrüfatı
[redaktə | mənbəni redaktə et]Nəhəng kənd təsərrüfatı kompleksləri böyük miqdarda məhsul istehsal edir. Burada 3 mln 572 min. baş keçi (37 % ölkə üzrə) mövcuddur. Üstəlik il ərzində 110 800 t (65 % ölkə üzrə) kakao istehsal edilir.
Meşə təsərrüfatı
[redaktə | mənbəni redaktə et]Ağac tədarükü hesabına burada mebel istehsalı və kağız hazırlanması həyata keçirilir.
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
город Салвадор
-
XIX əsr
-
XVII əsr
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://censo2022.ibge.gov.br/panorama/.
- ↑ // Encyclopædia Britannica, Ninth Edition, 9th ed., Encyclopædia Britannica, Ninth Edition/Volume III, New York: Charles Scribner's Sons, 1878, 239–240
- ↑ 1911 Encyclopædia Britannica/Bahia (state) // 1911 Encyclopædia Britannica, Cambridge: Cambridge University Press, 1911, səh. 210
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ştatın rəsmi saytı Arxivləşdirilib 2016-01-28 at the Wayback Machine
- ANP report on the Reconcavo Basin Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- All about Salvador Bahia Brazil Arxivləşdirilib 2016-10-21 at the Wayback Machine
- Bahia from Salvador to Porto Seguro
- discovering Bahia in your language
- Population of Bahia
- Cities in the South of Bahia (por.)
- Indira Weis's travelogue in Bahia
- A Most Accurate Picture of Brazil