Amorphis

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Amorphis
Əsas məlumatlar
Üslub İlkin dövr:
det-dum-metal[1]
folk-metal[2][3]
Sonrakı dövr:
proqressiv metal[4]
melodik det-metal[1]
qotik-metal[1]
Fəaliyyət illəri 1990—h.h.
Ölkə Finlandiya Finlandiya
Şəhər Helsinki
Dil ingiliscə
Leybl Nuclear Blast Records
Heyət Jan Rechberger
Esa Holopainen
Tomi Koivusaari
Santeri Kallio
Niclas Etelavuori
Tomi Joutsen
Keçmiş üzvlər Olli-Pekka Laine
Kasper Martenson
Pasi Koskinen
Pekka Kasari
Kim Rantala
Digər layihələr Ajattara
Shape of Despair
www.amorphis.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amorphis1990-cı ildə Cen Reçberqeri, Tomi Koyvusaari və ESA Holopaynin tərəfindən Finlandiyanın Helsinki şəhərində qurulan bir metal qrupudur. İlk əvvəl death metal ilə başlayan qrup, daha sonra melodik və proqressiv metala yönəldi. 1989-cu ildə Violent Solution adlı speed metal qrupunda fəaliyyət göstərən Jan və ESA, musiqiçilərin fərqli janrlara yönəlmələri səbəbilə qısa müddətdə qrupu tərk etdilər. Bundan sonra death metal qrupu qurmağa qərar verən ikili, yanlarına vokalist Tomi'ni və bas gitarist Oppu Laynini də alaraq Amorphis'i yaratdı. Eyni zamanda Abhorrence adlı bir qrupda da çalan Tomi, Amorphis'də bir tərəfdən gitara çaldığı vaxt, digər tərəfdən də qrupun vokalistliyini edirdi. Amorphis ilk demosunu yayımladıqdan qısa bir müddət sonra Abhorrence dağılmışdı, lakin dağılmadan əvvəl Tomi'nin Relapse Recordsa göndərdiyi demolar bəyənilmişdi. Çox təəssüf ki səsyazma şirkətindən müqavilə tələbi qrup dağıldıqdan sonra gəldi. Bu təklifi Amorphis'in xeyrinə istifadə etməyə qərar verən Tomi və digər Amorphis üzvləri, qısa bir müddət sonra 1992-ci ilin noyabr ayında "The Karelian Isthmus" adlı ilk albomlarını satışa çıxardılar. Ardından da "Privilege of Evil" adlı bir EP yayımlandı.

1994-cü ildə "Tales from the Thosand Lakes" adlı albomunu yayımlayan qrup, bu albomda Finlandiyanın yerli dastanı olan Kalevala'nı konsepsiya olaraq istifadə etmişdi. Hələ də death metal cığırı ilə irəliləyən qrup, ilk dəfə bu albomda death metal'dan ayrılmaq üzrə olduğunun xəbərini verdi. Melodik clean vokallarının da yer aldığı bu albom, gözləniləndən daha çox maraq gördü və qrupun konsert təqvimi bir anda dolmağa başladı. Bu vaxt baş verən üzv dəyişikliklərindən ən əhəmiyyətlisi vokalda oldu. Pasi Koskinen, 1996-cı ildə yayımlanan "Elegy" albomundan başlayaraq 2004-cü ilə qədər qrupla birlikdə olacaqdı.

"Elegy" albomunda yer alan mahnı sözlərində yenə bir Finlandiya mifologiyası olan Kanteletar'dan istifadə olundu. Pasıi və Tomi vokal vəzifəsini paylaşdı. Bu albomda Pasi yalnız clean vokalları ifa etdi. 6 ay boyunca turda olan qrup, vaxt itirmədən bir sonrakı abüm üçün işə başladı. Bu albomda vokalların hamısını Pasi öz boynuna götürdü və ortaya daha yüngül bir sounda sahib olan "Tuonela" albomu çıxdı. 2000-ci illərə daxil olanda yenə üzv dəyişikliyi yaşayan qrup, 2001-ci ildə yayımladığı "Am Universum" albomuyla dinləyənlərinə daha fərqli bir atmosfer yaşatdı. Klaviş və saksafonun ağırlığını hiss etdirən bu albom, daha təcrübəli bir işin məhsulu idi. Albom eyni zamanda Relapse Recordsdan çıxan son Amorphis işi oldu. 2003-ci il tarixli "Far From the Sun" albomundan sonra Pasi qrupdan ayrıldı və yerinə Tomi Joutsen keçdi. Tomi ilə birlikdə müvəffəqiyyətli bir Amerika turnesini arxada qoyan Amorphis, yeni vokalisti ilə hazırladığı "Eclipse" albomunu 2006-cı ildə dinləyiciləri üçün təqdim etdi. 8-ci albom "Silent Waters" isə 2007-ci ilin sentyabr ayında satışa çıxarıldı.

Amorphis 2008-ci ilin noyabr ayında Sonic Pump studiyasında 9-cu albomun hazırlaqlarına başladı. Yeddi ay davam edən hazırlıqlardan sonra 2009-cu il 27 may tarixində qrup "Skyforger" adlı 9-cu albomunu yayımladı. Albom iki gün sonra Avropada, 16 iyun tarixində isə ABŞ'da nümayiş olundu. Albom 2011-ci il 7 iyul tarixində Finlandiyada qızıl sertifikat aldı.

2010-cu il 30 sentyabr tarixində səsyazma şirkəti olan Nuclear Blast, qrupun yeni albom üzərində çalışdığını açıqladı. Bir ilə yaxın davam edən hazırlıqlardan sonra 2011-ci il 27 may tarixində "The Beginning of Times" adlı onuncu studiya albomu yayımlandı.

2012-ci il 21 avqust tarixində qrup öz rəsmi veb səhifəsindən yeni albomun hazırlıqlarına başladığını açıqladı. Qrupun 11-ci studiya albomu "Circle" 2013-cü il 19 aprel tarixində yayımlanacaq.

Studiya albomları

[redaktə | mənbəni redaktə et]
  • 1992 - The Karelian Isthmus
  • 1994 - Tales from the Thousand Lakes
  • 1996 - Elegy
  • 1999 - Tuonela
  • 2001 - Am Universum
  • 2003 - Far from the Sun
  • 2006 - Eclipse
  • 2007 - Silent Waters
  • 2009 - Skyforger
  • 2011 - The Beginning of Times
  • 2013 - Circle
  • 2015 - Under the Red Cloud
  • 2018 - Queen of Time
  • 2022 - Halo
  1. 1 2 3 Sharpe-Young, Garry. "MusicMight Amorphis". MusicMight.com. 2013-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-21.
  2. Begrand, Adrien. "PopMatters review of Eclipse". PopMatters. 2006-03-31. 2013-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-04.
  3. Eduardo, Rivadavia. "Allmusic review of Silent Waters". allmusic. İstifadə tarixi: 2009-08-04.
  4. Sharpe-Young, Garry. "MusicMight Amorphis". MusicMight.com. 2013-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]