Alfred Kreber

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alfred Kreber
ing. Alfred Louis Kroeber
Doğum tarixi 11 iyun 1876(1876-06-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 oktyabr 1960(1960-10-05)[3][1][…] (84 yaşında)
Vəfat yeri
Uşaqları
Elm sahəsi antropologiya
İş yeri
Təhsili
Elmi rəhbəri Frans Boas
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Аlfred Luis Kreber (11 iyun 1876[1][2][…], Hoboken, Nyu-Cersi[2]5 oktyabr 1960[3][1][…], Paris[3][2]) — Amerikalı antropoloq.

Alfred Kreber XX əsrin, Amerikanin böyük antropoloqlarindan biridir. O, 1876-cı ildə alman mühaciri ailəsində anadan olmuşdur. 1896-cı ildə Kolumbiya kollecində (Columbia College) ingilis dilindən bakalavr təhsili alib,1897-ci ildə isə incəsənət üzrə magistr təhsili alib. Ömrünün çoxunu Kaliforniya universitetində çalişib.Antropologiya üzrə professor rütbəsinəcən yüksəlib, Antropologiya muzeyinin direktoru olmuşdur. Doktorluq müdafiəsi isə 1901-ci ildə olub. Elmi rəhbəri Frans Boas idi. Onun müdafiə etdiyi disertasiya Amerikadakı hindular olan "arapaho" tayfalarından bəhs edir. Bu da Kaliforniya universitetində ilk işdir.

Alfred Kreber antropologiya ilə o eyni vaxtda arxeologiya ilə də dərindən maraqlanib.Meksikada,Peruda buna aid çoxlu qazıntılar aparib. Öz tələbələri ilə birlikdə hinduların mədəniyyəti haqqında bir çox dəlillər əldə edib. Onun "Handbook of İndians of Californiya" kitabında buna aid məlumatlar verilib. O, sosial fəlsəfi fikirlərinə görə "Amerika antropoloqlarinin dekani " ləqəbini aldı.

Alfred Kreber və Roland Dikson Şimali Amerika hindularının dilləri haqqında bir çox məlumatlar toplamışlar. Onlarin əldə etdiyi məlumatlarda sonuncu hindu dili "İŞİ" dilindən bəhs olunur ki, bu dil haqqında Kreberin ikinci arvadi Teodora Kreber kitab yazıb. Sonralar bu kitabın motivləri əsasında yazılan ssenari üzrə "The last of this Tribe" filmi çəkilib. Filmdə Con Boyt A. Kreber rolunu oynayıb.

Alfred Kreberin kitabları 1940-cı ilin sonunacan Amerika Coliforniya universitetində dərslik kimi istifadə edilib. O, öz yaradıcılığı dövründə 164-dən yuxarı mədəniyyət haqqında vəsaitlər və 100 dən artiq onlara aid məlumatlar toplamışdır. Kreber bunların hamısını A dan Fə qədər 6 əsas hissəyə bölmüşdür.

О, uzun illər arxаik mədəniyyətə malik olan hindu tayfalarını tədqiq etmişdir. Kreber F. Bоas məktəbinin bu əsas tezisini əldə rəhbər tuturdu: etnologiyanın əsas predmeti insan mədəniyyətidir, daha doğrusu, insan qruplarının mədəniyyətidir.

Alfred Kreber öz nəzəri baxışlarını "Antropologiya" (1912) əsərində də ifadə edir və yazır: "baxmayaraq ki, dünyanın bütün əvvəlki və indiki mədəniyyətləri vahidlik və bölünməzlik təşkil edir, onu praktiki olaraq iki kateqoriyaya bölmək olar: şifahi (yazısız) və yazılı. Еtnоlоgiyа elmi birinci ilə, tarix elmi isə ikinci ilə məşğuldur".

A. L. Kreber özünü sirf sosiologiya elminə həsr etmiş bir şəxs olmuşdur. Onun yaradıcılığı, tutduğu yol insanin sosiologiya elminin açarı olduğunu sübut etmək üçündür. Beləliklə, kulturoloji biliyin tədqiqində mədəniyyətə struktur-funksional metodu mühüm əhəmiyyət kəsb edir.

Kreberdən sonra hər yeni gələn nəsil onu öyrənir və müxtəlif cür izah edir. A. Kreberin elmi işləri bütün dövrlər üçün aktualdir.

"Antropologiya: irq, dil, mədəniyyət, psixologiya, tarix" (1923),"Kaliforniya hindulari haqqinda məlumatlar" (1925), "Mədəniyyətin inkişafinin formalaşmasi" (1944), "Mədəniyyətin təbiəti" (1952), "Stil və sivilizasiya" (1957)."Mədəniyyətin inkişafinin formalaşmasi" əsərində, ümumi anlayiş təkcə onlarin mədəniyyətləri haqqinda yox, həmçinin onlarin tarixindən bəhs edir. Kreberin çox da böyük olmayan "Kaliforniya hindularinin mədəniyyəti " (1904) əsəridir. Kreber ilk dəfə olaraq bu əsərdə real mədəniyyətin "arealizm" ilə kəsişən sərhəddi olmadiğindan söz açmişdir. Onun "Mədəniyyətin təbiəti " əsərində əsas mövzu bəşəriyyətin universal fenomeni kimi verilir. Hər bir mədəniyyətdə nəsə təkrarolunmaz və ümumi cəhət vardir. Kreber digər antropoloqlardan fərqli olaraq, antropologiyaya "konfiqurasya" terminin gətirmişdir. O, sonraki işlərində " konfiqurasya" ni " stil " mənasinda işlətmişdir. Kreber antropologiyani psixi cəhətdən "mədəniyyət və şəxsiyyət " istiqamətində görür.1918–20-ci illərdə ilk dəfə Amerika antropologiyasinda " Totem və Tabu" əsərinin analizində " mədəniyyət və şəxsiyyət " nəzərə çarpirdi.

  • Indian Myths of South Central California (1907), in University of California Publications in American Archaeology and Ethnology 4:167–250. Berkeley (Six Rumsien Costanoan myths, pp. 199–202); online at Sacred Texts.
  • The Religion of the Indians of California (1907), in University of California Publications in American Archaeology and Ethnology 4:6. Berkeley, sections titled "Shamanism", "Public Ceremonies", "Ceremonial Structures and Paraphernalia", and "Mythology and Beliefs"; available at Sacred Texts
  • Handbook of the Indians of California (1925). Washington, D. C: Bureau of American Ethnology Bulletin No. 78
  • Anthropology: Culture Patterns & Processes (1963). Harcourt: Brace & World, Inc.
  • Избранное: Природа культуры: перевод с английского (2004). М.: РОССПЭН. 1006 с.
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 7 8 9 10 Anguera J. E. Enciclopedia universal ilustrada europeo-americana (isp.). Editorial Espasa, 1905. Vol. Suplemento 1977-1978. P. 143. ISBN 978-84-239-4500-9
  3. 1 2 3 4 Крёбер Алфред Луис // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 NNDB (ing.). 2002.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]