HTTP
HTTP (ing. HyperText Transfer Prоtocоl – İnternet şəbəkəsində istifadə olunan protokoldur. HTTP veb-səhifələri İnternetdən çağırmaq üçün bir mexanizmdir.
HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// perefeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web (WWW)-dir. Lakin İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: File Transfer Protocol (FTP) və ya Gopher. Tiplərin ardınca serverin ünvanı yazılır (host). Bu ünvanı domen ünvanı da adlandırırlar. Domen ünvanına domenin özü (serverin aid olduğu təşkilatın tipi) və qovşağın adı daxildir. 2006-cı ildə, HTTP-trafikin Şimali Amerikada P2P-şəbəkələrində payı artaraq 46%-ə çatmışdır və onun da demək olar ki, yarısı "video və audio axın"-ların payına düşmüşdür. HTTP həmçinin SOAP,XML-RPC, WebDAV kimi digər proqram protokolları üçün "nəqliyyat vasitə" rolunda çıxış edir.
Protokolun strukturu
[redaktə]Metodlar
[redaktə]GET
[redaktə]GET metodu ilə hər hansı prosesi başlatmaq olar. İstifadəçi URL-də «?» işarəsindən sonra parametrlər ötürə bilər.
GET /test/demo_form.jsp?name1=value1&name2=value2
HTTP standartlarına görə GET metodu idempotent sayılır.[1]
GET sorğusunun xsusiyyətləri:[2]
- GET sorğusu brauzerin keşində saxlana bilir.
- GET sorğusu gizli məlumatlarla işləyəndə isitfadə olunmur.
- GET sorğusunun URL sorğusunun uzunluq məhdudiyyəti var(maksimum uzunluğu 2083[3] və ya 2048[2] simsoldur).
- GET sorğusu yalnız məlumat almaq üçün istifadə olunmalıdır.
- GET sorğusu kodlaşma növü application/x-www-form-urlencoded.
- GET sorğusunda verilənlər tipindən yalnız ASCII simvollarını dəstəkləyir.
- GET sorğusunda göndərilən məlumat URL-də görsənir.
POST
[redaktə]POST metodu veb serverin məlumatı alıb saxlaması üçün nəzərdə tutulub. Məlumatlar POST metodunun bədənində göndərilir. Post metodu daha çox faylların göndərilməsində həmçinin veb formlardan məlumat alınmasında istifadə olunur.
POST metoduna nümunə:[2]
POST /test/demo_form.jsp HTTP/1.1
Host: w3schools.com
name1=value1&name2=value2
POST metodu idempotent sayılmır.[1]
POST sorğusunun xsusiyyətləri:[2]
- POST sorğusunda sorğu uzunluğunda məhdudiyyət yoxdu.
- POST sorğusu brauzerin keşində saxlana bilmir.
- POST sorğusunun kodlaşma növü application/x-www-form-urlencoded və ya multipart/form-data.
- POST sorğusu bütün simvollu kodları dəstəkləyir.
- POST sorğusunda məlumatlar URL-də görsənmir.