Birincili skleroz xolangit
Birincili skleroz xolangit — səbəbi və mexanizmi dəqiq məlum olmayan xolestatik xəstəlik olub, qaraciyərdaxili və xarici öd yollarında diffuz daralmalara xarakterizə olunur və autoimmun-fibrotik xəstəliklərlə birlikdə rastlana bilir. Çapıq daralmalar 0,5–2 sm uzunluqda olub, əksər hallarda həm daxili, həm də xarici öd yollarını birlikdə tutur, az hallarda isə birini (daxili 30%, xarici –10%) tuta bilir. Daralmalar diffuz şəkildə yerləşir və aralarında sağlam axacaq hissəsi olur. Nəticədə "daralma-genişlənmə" görüntüsü öd yollarında "çərəkə" mənzərəsi yaradır ki, bu da Birincili skleroz xolangitin spesifik göstəricisidir. Birincili skleroz xolangit əksər hallarda (80%) bağırsağın iltihabı xəstəlikləri – xoralı kolit və Kron xəstəliyi ilə birlikdə rast gəlir. Digər autoimmun və fibrotik xəstəliklər də rast gələ bilir.[1]
Birincili skleroz xolangit | |
---|---|
XBT-10-KM | K83.0 |
XBT-9 | 576.1 |
OMIM | 613806 |
DiseasesDB | 10643 |
MedlinePlus | 000285 |
MeSH | C536419 |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ N. Y. Bayramov. Cərrahiyyə Seminarları: Öd Yollarının Cərrahi Xəstəlikləri. Ankara. 2004. 320. ISBN 975-92103-0-4.