MKS Dabrova Gornicza QVK

Vikipediya, azad ensiklopediya
(MKS Dabrova Gornicza VK səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Polşa Miejski Klub Siatkarski Dabrova Gornicza
Loqonun şəkli
Ölkə
Şəhər Dabrova Gornicza
Ləqəb(lər) Tauron Banimex (sponsorunun adı)
Rəng(lər) Çəhrayı
Yaranma tarixi 1992
Meydança Hala Widowiskowo-Sportowa Centrum [1]
Tutumu 3000
Prezidenti Polşa Robert Koçma
Baş məşqçisi İtaliya Nikola Neqro
Liqa PlusLiga
2012-13 2
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


"Miejski Klub Siatkarski Dabrova Gornicza"Polşanın Dabrova Gornitsa (pol. Dąbrowa Górnicza) şəhərini təmsil edən qadın voleybol klubudur. 1992-ci ildə yaradılmış klub son illərdə yüksəlişdədir. Komanda "Plusliga"da (Polşa qadın voleybol çempionatı) 2010, 2012-ci illərdə qazandığı bürüncün ardından 2012-13 idman mövsümündə tarixinin ən böyük uğuruna imza atdı və ölkə ikincisi oldu.

Dabrova Gorniczanın oyunundan bir görüntü

Komanda 2009-2010 idman növsümündə Polşa üçüncüsü olaraq ilk medalını qazanmışdır. Eyni uğur növbəti mövsüm də təkrarlandı. 2013-cü ildə klub həm ölkə superkubokunu qazandı həm də Polşa ikincisi oldu. Bu ikincilikdə komandaya yeni qoşulmuş türk voleybolçu Özgə Kırdar Çəmbərcinin böyük payı olmuşdur. Avropa üçüncüsü olmuş voleybolçu sözün əsl mənasında komandasını topla təmin edən şəxs idi. Növbəti mövsüm isə komandanı illərdir çalışdıran polyak mütəxəssis Valdemar Kavka yollar ayrıldı. Yerinə gələn italyan məşqçinin isə komandanı toparlaması bir qədər vaxt aldı.

Dabrowa Gornicza vs Poznan oyunu 2007

2013-14 mövsümü üçün[2]

Nömrə Oyunçunun adı Mövqeyi Boyu (metr) Doğum tarixi
1 Polşa Katarzyna Urban Diaqonal 1.82 1987
2 Polşa Yoanna Staniucha-Szczurek Diaqonal 1.84 1981
3 Polşa Aleksandra Liniarska Blokçu 1.88 1981
5 İtaliya Natalia Guadalupe Brussa Hücumçu 1.88 1985
6 Polşa Eleonora Dziękiewicz Blokçu 1.85 1978
7 Braziliya Welissa Gonzaga Diaqonal 1.79 1982
8 Polşa Katarzyna Zaroslinska Hücumçu 1.87 1987
9 Türkiyə Özge Kırdar Çemberci Toppaylayıcı 1.82 1985
10 Polşa Kristina Strasz Libero 1.65 1987
11 Polşa Anna Kaczmar Toppaylayıcı 1.80 1985
13 Polşa Marina Katiç Toppaylayıcı 1.84 1983
14 Polşa Rachael Adams Blokçu 1.89 1990
16 Polşa Elzbieta Skowronska Diaqonal 1.83 1983

Texniki heyət

  • Baş məşqçi : İtaliya Nikola Neqro
  • Köməkçi məşqçi : Polşa Leszek Rus
  • Satatist : Polşa Przemek Kavka
  • Fizioterapist : Polşa Jacek Stiçno
  • Təlimçilər hazırlaşdıran şəxs : Polşa Łukasz Filipecki [3]
Dabrova Gornicza voleybolçuları Polşa superkuboku alma mərasimində il 2013.
Silver Medal Gümüş medal: 2012-13
Bronze Medal Bürünc medal: 2009-10, 2011-12
  • Polşa Polşa kuboku - (2)
2011-12, 2012-13
  • Polşa Polşa superkuboku - (2)
2012, 2013
  1. centrum Arxivləşdirilib 2014-03-07 at the Wayback Machine (pol.)
  2. "Komandanın heyəti". 2014-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-24.
  3. Łukasz Filipecki Arxivləşdirilib 2015-11-03 at the Wayback Machine (pol.)
  4. Historia Arxivləşdirilib 2014-03-20 at the Wayback Machine (pol.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]