33° şm. e. 120° ş. u.HGYO

Szyansu

Vikipediya, azad ensiklopediya
(Jianqsu səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Vilayət
Szyansu vilayəti
çin. 江苏省

33° şm. e. 120° ş. u.HGYO


Ölkə Çin
İnzibati mərkəz Nankin
Tarixi və coğrafiyası
Sahəsi 102.600 km² (24-ci-ci yer)
Saat qurşağı
Əhalisi
Əhalisi 78.659.903[1] nəfər (2013) (5-ci-ci yer)
Etnik tərkib %99.6 Xan xalqı, %0.2 Huey xalqı
Rəqəmsal identifikatorlar
ISO kodu CN-JS
Rəsmi sayt
Szyansu vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Szyansu (çin. 江苏省) – Çinin şərq hissəsində vilayət. Szyansu vilayətinin şimalında Şhandong vilayəti, cənubunda Zhejianq və Sarı dəniz, qərbində isə Anhoy vilayəti yerləşmişdir. İdarə mərkəzi Nankin şəhəridir. Ərazisi 102.600 km²-dir.

Keçmişdə Vu dövlətinin bir parçası olan Szyansu vilayəti, Altı sülalə dövründə böyük bir şəhərə çəvrildi. Son sülaləsi dövründə (1127-1279) şəhərə şimaldan çoxlu sayda qaçqın gəldi və şəhərin əhalisi rəngarəngləşdi. Min sülaləsi dövründə (1368-1644) paytaxt olan (1421 kimi) Nankin şəhərinə tabe idarə bölgəsi oldu. 1667-ci ildə Nankin şəhərindən ayrıldı və ayrı bir idarə bölgəsi kimi yaradıldı. İngilislərin Yanszı deltası işğal elədiyi Afyon Müharibəsinin (1839-1842) sonrasında xarici ticarət mərkəzinə çevrildi və sürətlə inkişaf etdi. 1926-cı ildə Çan Kayşiin Homindan partiyasının ordusu vilayətin idarəsini ələ aldı. Çin Kommunist Partiyası Szyansu vilayətinin idarə mərkəzi Nankin şəhərini (1928-37, 1946-49) paytaxt elan etdilər. Çindəki iktidar münaqişəsi Szyansu vilayəti böyük təsir göstərdi. 1938-45-ci illər Çin-yapon müharibəsi (1937—1945) dövründə Szyansu vilayəti Yapon ordusu tərəfindən işğal olundu. İşğaldan azad edilsə belə Szyansu vilayətindəki dağıntıların bərpası xeyli vaxt apardı. 1928-49 illər arasında Szyansu vilayətinin idarə mərkəzi Çjentszyan şəhəri oldu.

Szyansu vilayətinin əhalisinin dini
Din Faiz
Yerli dinlər və başqaları
  
80.69%
Öz babalarına sitayiş
  
16.67%
Xristianlıq
  
2.16%

2007 və 2009-cu illərdə aparılan statistikaya görə Szyansu vilayətinin əhalisinin çoxu Çinin qədim dinlərinə, 16.67% öz ulu babalarına sitayiş edir. 2.16% dini isə Xristianlıqdır.

Yanszı çayı Szyansu vilayətini iki hissəyə ayırır cənubi hissə Jiangnan, şimalda qalan hissə isə Subei (Şimali Szyansu) kimi adlandırılır.

Florasını Şərqi Asiyadaki musson iqliminə uyğun istini və rütubəti sevən bitkilər təşkil edir.

2010-cu ilin siyahıya almasına əsasən əhalisi 78,659,903 olan Szyansu vilayəti Çinin beşinci böyük əhaliyə malik vilayətidir. Əhalisinin şimalda daha sıx olmasının səbəbi bu bölgənin Şimali Çin ilə Aşağı Yanszı Vadisi arasındakı yolun üzərində olmasıdır. Szyansu vilayətinin cənub-şərq hissəsində təpəlik bölgədə əhalinin sıxlığı yüksəkdir. Szyansu vilayətinin əhalisi az sayda Huey xalqı (Müsəlman Çinli) və əhalinin böyük hissəsini təşkil edən Xan xalqıdır

  1. "Communiqué of the National Bureau of Statistics of People's Republic of China on Major Figures of the 2010 Population Census 1(No. 2)". National Bureau of Statistics of China. 29 April 2011. 7 January 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 Avqust 2013.