SMS

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Motorola RAZR telefonunun ekranında SMS mətn

SMS (ing. Short Message Service — qısa mesaj xidməti) — mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistem.

SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir.

1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" (Deutsche Telekom) şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.