Nefertiti
NEFERTİTİ | |
---|---|
Nefertiti | |
Doğum tarixi | e.ə. 1370 |
Doğum yeri | Misir |
Vəfat tarixi | e.ə. 1330 |
Vəfat yeri | Misir |
Həyat yoldaşı | |
Uşaqları | |
Atası | II Eye |
Fəaliyyəti | queen regnant[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Nefertiti — (Nefer-Neferu-Aton Nefertiti, qədim misircəsi Nfr-nfr.w-Jtn-Nfr.t-jty, təq. e.ə. 1370, Teben – təq. e.ə. 1330) Exnaton yeni krallığının, XVIII sülaləsinin qədim Misir fironunun "əsas həyat yoldaşı". Exnatonun və Nefertitinin hakimiyyət illəri "Amarna dövrü" olaraq tanınır. Bu dövr üçün səciyyəvi olan xüsusiyyət Atonun əsas tanrı elan edilməsi və dini islahatların (atonizm) keçirilməsidir. Kraliçanın "günəşə sitayiş etmə" islahatının aparılmasında olan rolu mübahisəli mövzulardandır.[1]
Elmi ictimaiyyətdə mübahisəli olan Nefertitinin qadın firon olan Nefernefruaton ilə eyniləşdirilməsidir. Ehtimal edilir ki, o, təxminən 2 il hakimiyyətdə olub. Kraliça, 1912-ci ildə Ludvig Borxardt ekspedisiyası tərəfindən aşkar edilən, amarn sənətinin həqiqi bir tərzində olan heykəltaraşlıq büstü ilə məşhurdur. Büst hal-hazırda Berlinin “Yeni Muzeyində” təqdim olunur. Heykəlin müəllifi heykəltaraş Tutmos hesab olunur, çünki, büst onun emalatxanasında tapılıb. Nefertiti onu görən hər kəsi öz gözəlliyi ilə valeh edirdi. III Reyxin Fuhreri Adolf Hitler özü ilə birlikdə bu qadının büstünü bunkerə aparmışdı. Nasist lideri ölənə qədər onunla ayrılmadığı barədə şayiələr var.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Exnatonun həyat yoldaşı olan kraliça Nefertitinin ailəsi haqqında etibarlı məlumat təəssüf ki, yoxdur. Aşkar edilmiş arxeoloji tapıntıların təfsirindən asılı olaraq vaxtaşırı müəyyən versiyalar səslənib. Ümumiyyətlə, Misiroloqların fikirlərini 2 qrupa bölmək olar: əksəriyyəti Nefertitini misirli, digərləri xarici bir şahzadə hesab edirlər. Kraliçanın zadəgan doğulmaması və təsadüfən taxtda görünməsi barədə fərziyyə əksər Misiroloqlar tərəfindən rədd edilib. Nefertitinin adı "Gözəl qadın gəldi" olaraq tərcümə olunur, buna görə də Exnatonun həyat yoldaşının misirli olmaması kimi versiya irəli sürülmüşdür.
Bəzi alimlər onu Firon Tuşrattınin qızı Hurrian şahzadəsi Taduhepa ilə eyniləşdirirlər. Lakin digər misiroloqların fikirlərincə, Nefertiti — Kraliça Tianın ehtimal olunan qardaşı olan Eyenin və onun birinci həyat yoldaşnın qızıdır. Eyenin ikinci arvadı olan Tia gələcək kraliçanın süd anası olduqnu deyirdi, yəni o onun bioloji anası deyildi. Daha sonra Tia Nefertitinin qayınanası olub.[2] Bu da onun Amarn sülaləsinnən olmasını və eyni zamanda misirli olmasını təsdiqləyir. Amarnadakı zadəganların məzarlarının divarlarında Nefertiti Mutbenret adlı kraliçanın bacısı kimi qeyd olunur.[3][4]
Övladları
[redaktə | mənbəni redaktə et]Nefertitinin Exnatonla evlənib Fironun həyat yoldaşı olmasının dəqiq tarixi məlum deyil. Bu evlilikdən onların 6 qız övladı var idi (doğumlarının təxmin edilən tarixi aşağıda verilmişdir):
- Meritaton ("Atonun sevgilisi"; e.ə.1356-cı il). Firon Smenxkaranın əsas həyat yoldaşı. Nefertitidən sonra qısa müddət hakimiyyətdə olub.
- Maxetaton ("Aton tərəfindən qorunan"; e.ə. 1349-cı il)
- Anhesenpaaton ("Aton üçün yaşayır"; e.ə. 1345-ci il), (sonradan adını Anhesenamona dəyişdirdi). Tutanhamonun həyat yoldaşı olub. Təxmin edilir ki, daha sonra Eyenin həyat yoldaşı olub.
- Nefernefruaton-tasherit ("Atonun Mükəmməl Mükəmməlliyi"; e.ə. 1344-cü il).
- Nefernefrura ("Ranın ideal mükəmməlliyi"; e.ə. 1341-ci il).
- Setepenra ("Ra tərəfindən seçilmiş"; e.ə. 1339-cı il).
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]Exnatonun taxta çıxmasından bir qədər öncə Nefertiti ilə evləndiyi güman edilir. Gəlinin 12-15 yaşı var idi, bəy isə ondan bir neçə yaş böyük idi. Nefertiti, həyat yoldaşnın başlatdığı dini dəyişiklikləri tam olaraq dəstəkləyirdi və onun qədər bu islahatlarda maraqlı idi. Bəzi müəlliflər hətta Nefertitini dini islahatların keçirilməsinin təşəbbüskarı kimi təqdim edirlər. Firon Eyenin türbəsində, yazılardan biri Nefertitiyə həsr edilmişdir. Həmin yazıda Nefertitinin Aton tanrısına olan məhəbbətindən bəhs edilir.
Exnaton həmişə ictimaiyyət qarşısında həyat yoldaşı Nefertiti ilə birlikdə çıxırdı, Nefertiti bütün əhəmiyyətli dini mərasimlərdə iştirak edirdi. Buna onların birqə rəsimləri şahidlik edir. Exnatonun hakimiyyətinin 12-ci ilində cütlüyin ikinci qızı olan şahzadə Maketaton vəfat edir. Və tezliklə Nefertiti özü də tarixi arenada yox olur. Onun yerni öncə ikinci dərəcəli kraliça Kiya və daha sonra Nefertitinin büyük qızı — Meritaton tutur. Exnatonun hakimiyyətinin 14-cü ilinə (e.ə. 1336ci il) kraliça ilə əlaqəli bütün məlumatlar bitir. Heykəltəraş Tutmosun emalatxanasında tapılan heykəllərdən biri Nefertitinin yaşlı olduqnu göstərir.
Hərəkətdə olan kralıça bədən quruluşnu görsədən don və sandali geyib. Heykəltəraşlıq emalatxanalarının birində Nefertitinin yaşlı olduğu illərində üzündən çıxarılan bir maska tapılıb. Maska üzərində heykəltaraş tərəfindən müəyyən əməlyatlar aparıldığından onun ölü və ya diri qadının üzündən çixarılmasını müəyyənləşdirmək mümkün deyil. Kraliça Nefertitinin ölüm səbəbləri haqqında məlumat yoxdur. Kraliçanın oğlunun — firaon taxtının varisinin olmaması firoon ailəsində münasibətlərin pisləşməsinə təsir göstərə bilərdi.
Hamı üçün sirr olaraq qalan, Nefernefruatonun Nefertiti olduğu ehtimal edilir.[5] Misiroloqlar düşünürki, ərinin hakimiyyətinin 5-ci ilində, antik hesab edilən Nefernefruaton-Nefertiti adını almışdı.[6] Kiya Exnatonun əsas həyat yoldaşı olduğu halda, Exnaton Nefertitini hakimiyyətin idarə edilməsində öz şəriki edir. Nefertiti balaca Tutanhamonun regenti olaraq qala bilərdi.[7]
Exnaton və Nefertiti
[redaktə | mənbəni redaktə et]Qədim Misir tarixində üç şəxsin həyatı həmişə maraq obyektində olub: Firon Exnaton, onun xanımı Nefertiti və kahin Ay. Birinci dini islahatı ilə, ikinci qadın gözəlliyi ilə, sonuncu isə Tutanhamonun qatili kimi. Nefertiti qədim Misirin bütün qanunlarına və ənənələrinə zidd olaraq IV Amenhotepin əsas həyat yoldaşı oldu. Ola bilsin ki, "necə olur ki, qısa bir müddət ərzində Nefertiti güclü fironun qəlbini ələ keçirdə bildi?" sualnın cavabnı məhs burada axtarmaq lazımdır. eyni zamanda IV Amenhotepin hakimiyyət illəri "dini islahat" dövrü kimi yadda qaldı. Firon Misirin ən güclü kastalarından birinə — keşişlərə qarşı çıxmaqdan qorxmadı. Bu kasta "sirli bilik" sahibi olduğu üçün demək olar ki, bütün sakinləri qorxu içində saxlayırdı. Çoxsaylı tanrıların mürəkkəb dini ayinlərindən istifadə edərək Misirdə hakimiyyəti ələ keçirirdilər. IV Amenhotep isə səlahiyyətindən imtina edəcək adamlarda deyildi. Düşündükdən sonra keşişlərə qarşı müharibə elan edir.
Firon Misirin paytaxtını Fifdən yeni bir yerə köçürdü. Orada yeni məbədlər tikdirdi. Bu məbədlərdə yeni bir tanrı heykəlləri ucaldıldı. Amonu ləğv etdi və yeninə — Aton tanrı təyin etdi. Firon öz adını belə Exnatona dəyişdi. Exnaton adının mənası isə "Atonun xoşuna gələn" deməkdir.
Fironun Misirlilərin fikrini dəyişdirmək və keşişlərlə müharibədə qalib gəlmək üçün nə qədər səy sərf etdiyini təsəvvür etmək belə çətindir. Əlbəttə ki, bunlar etibarlı və sadiq müttəfiq olmadan edilə bilməzdi. Bəs o müttəfiq kim idi? Əlbəttə ki, onun sadiq həyat yoldaşı — Nefertiti. Kraliçanın ərinə necə kömək etdiyi haqqında məlumat yoxdur. Ancaq risk edib insan psixologiyasına istinadən bu məsələni təsvir etmək olar. Nefertiti ilə evləndikdən sonra firon hərəmini tamamilə unutdu. O, həyat yoldaşının ondan ayrılmasına icazə vermirdi. Bütün qaydalara zidd olaraq qadın ilk dəfə olaraq, diplomatik görüşlərdə və qəbullarda iştirak etməyə başladı. Exnaton utanmadan, tərəddüd etmədən və həyat yoldaşı ilə hamının gözü qarşısında məsləhətləşirdi. Karaol hər şeyi yalnız firona deyil, həyat yoldaşına da hesabatı təqdim edirdilər. Bütün məbədlər kraliçanın əzəmətli heykəlləri ilə bəzəndilmişdi.
Nefertitinin Exnatonla xoşbəxt yaşaması üçün hər bir şərait varmış kimi görünürdü. Təəssüf ki, çətinlik ən az gözlədikləri tərəfdən gəldi. Nefertiti 6 qız evladı dünyaya gətirsə də, oğlu yox idi. Bu vaxtlar kraliçanın həsədini aparan şəxslər sevinirdi. O dövrdə misirlilərin ömrü çox qısa idi. Ən çox otuz il yaşayırdılar. Exnaton hər an ölə bilərdi, o zaman onun sonraki varisi olmayacaqdı. Fironu Kia adlı olduqca gözəl bir xanımla tanış etdilər. Əslində bu an Nefertitinin hakimiyyətinə son qoyulmalı idi. Lakin Exnaton gah Kianın, gah da Nefertitinin yanına gələrdi. Nefertiti olduqca güclü qadın idi. Exnatonu hər zaman xoş təbəssüm ilə qarşılasa da, keçmiş sevgini bərpa edmək münkün deyildi. Nefertitinin mükəmməl ağılı və situasiyanı obektiv qiymətləndirməsi nəticəsində varis problemi həll olunmuşdu.[8]
Ölümü
[redaktə | mənbəni redaktə et]Misiroloqlar kraliçanın 30 — 40 yaşında öldüyünü deyirlər. Bu tədqiqatçıların inamla danışdıqları yeganə məlumatdır. Nefertitinin mumiyası tapılmayıb, buna görə də Exnatonun sevgilisinin ölüm səbəbini təyin etmək mümkün deyil. Lakin Nefertitinin ölmüylə bağlı tarixdə 2 versiya yer almışdı.
Köhnə versiya
[redaktə | mənbəni redaktə et]2012-ci ilə qədər Misirşünaslar hesab edirdilər ki, Exnatonun hakimiyyətinin 12-ci ili Nefertitiyə dair tarixi qeydlər yoxa çıxdığına görə o artıq həyatda deyil. Ölüm səbəbi kimi, həmin vaxt şəhəri bürüyən veba xəstəliyi və yaxud təbii səbəblərdən olan ölüm göstərilirdi. Bu nəzəriyyə Nefertiti üçün yazılmış parçalarının (hazırda Luvr və Bruklin muzeylərində yerləşirlər) üzərində olan yazılara əsaslanırdı. Exnatonun hakimiyyəti dövründə (və bəlkə də onun ölmündən sonra da) Nefertiti misli görünməmiş gücə malik idi. Exnatonun hakimiyyətinin on ikinci ilinə qədər onunla birlikdə hökmdar statusuna yüksəldildiyinə dair bir dəlil də var: fironla bərabər status — Stella Coregency.[9] Bəlkə də Nefertiti "Nefernefruaton" adı altında hakimiyyətdə qalmağa davam edirdi. Bəzi alimlər Nefertitinin hələ uzun müddət sağ olduğunu və gənc fironlara təsir etdiyini düşünürlər.[10]
Yeni versiya
[redaktə | mənbəni redaktə et]2012-ci ildə Exnatonun hakimiyyətinin 16-cı ilnə Axet fəslinin 3-cü ayna, 15-ci gününə aid yazının tapılması barədə məlumat verilmişdir.[11] Yazı, Deyr əl-Berşin əhəngdaşı karxanasında tapılmışdır.[12] Qırmızı oxra ilə yazılmış, beş sətirdən ibarət olan bu yazıda "Böyük fironun həyat yoldaşı, onun sevimlisi, iki ölkənin rəbbi Neferneteruaten Nefertiti" haqqında qeydlər var.[13][14]2014-cü ildə deşifrə edilmiş yazının tam mətni Afina Van de Perre tərəfindən "Journal of Egyptian History (JEH)" jurnalında dərc olunaraq, Nefertitinin Exnatonun hakimiyyətinin sonuna qədər sağ olması təsdiq edilmişdir. Adı, cinsiyyəti və xronoloji mövqeyi "Neferneferuaton" adı altında bir qadın firon olduğunu tam dəqiq şəkildə ifadə edə bilir. Bu tapıntı Amarna dövründəki müxtəlif ardıcıllıq nəzəriyyələrinə də əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Məsələn, Aidan Dodson kimi bəzi Misirşünaslar Neferneferuatonun üç il ortaq bir vasitəçi rolunu oynadığını bundan sonra daha üç il müstəqil bir hökmdar kimi xidmət etdiyini bildirirlər.[15]
Van der Perre öz tapıntısı haqqında yazır:
Mövcud məlumatlar göstərir ki, bu vəziyyətdə Nefertiti "Anx[et]xeperura Neferneferuaton" adı altında hökümdarlıq vəzifəsinə keçdi. Lakin bu hadisə Exnatonun hakimiyyətinin 16-cı ilinə qədər baş verə bilməzdi, çünki Deyr Əbu Hinnisdəki tapılan yazıda fironun və kraliçanın adları, "Böyük Kraliça (Exnatonun)" olaraq qalmışdır. Bu hadisələrin çox güman davamı o ola bilər ki, nəticədə Nefertiti sələfi Anxexeperur (Smenxar) ın taxt adını qəbul etdi və bunu şəxsi adı "Nefernerferuaton" ilə birləşdirdi. 3il hökm sürdükdən sonra Nefertiti tarixdən birdəfəlik itir və böyük ehtimal ki ölür. Sonra Tutanhamonun hakimiyyət dövrü başlayır. " [16][17] |
Bu açıqlama Neferneferuatonun Exnatonun hakimiyyətinin 17-ci ilində ölümündən dərhal sonra XVIII sülalənin müstəqil qadın fironu kimi çıxış etdiyini göstərə bilər.
Sərdabəsi
[redaktə | mənbəni redaktə et]2010-cu ilin fevral ayında edilən genetik tədqiqatlara qədər fərz edilirdi ki, KV35 məzarında tapılan iki mumiyyadan biri, məsələm KV35YL Nefertiti ola bilər. Bu fərziyyə 2001-2003-cü illərdə Susan James[18] və Coan Fletçer misiroloqları tərəfindən irəli sürülmüşdü. Onlar mumiyanın varlığını təsdiqləyən bir sıra əlamətlərə işarə edərək mediyaya Nefertitini tapdıqlarını bildirdilər.[19]
2003-cü ildə mumiyanın həyatda olarkən neçə bir simaya sahib olduqu texnologiyalar vasitəsi ilə bərpa olundu; onun Nefertitinin büstünə çox bənzədiyini iddia edilirdi.[20] Lakin genetik-geneolojı ekspertizaya əsasən mumiya KV35YL, eyni məzarda mumiyası əşkar edilmiş kraliça Ti və III Amenxotopun qızı, Exnatonun bacısı və Tutanxamənun anasıdır.[21]
2015-ci ilin noyabrn 15 də Misirin Qədim İşləri üzrə nazirliyi "90% ehtimal ilə" Firon Tutanhamonun məzarının divarları xaricində ən azı bir araşdırılmamış bir otaqın olduğunu bildirdi. Bu fikir İngilis Misiroloqu Nikolas Rivesin Tutanhamonun, qəfil və erkən ölümündən sonra keşişlər gənc fironun cənazəsi üçün təcili olaraq başqasının məzarını düzəltməli olduqlarna dair olan fərziyyəsinə əsaslanır.[22][23]
6 May 2018-ci ildə Misir Qədim İşləri üzrə naziri Xalid əl-Anani Tutanhamon türbəsinin içərisində və ya bitişik yerlərdə araşdırılmamış bir otağın olmadığını sübut edən italyan alimlərinin araşdırmalarının nəticəsini rəsmi olaraq təqdim etdi.[24]
Zaxa Xavassanın sözlərnə görə, KV21 məzarlığında aşkar edilən KV21B mumiyası Nefertitinin mumiyası ola bilər. Bu mumiyanın onurğa və çubuq əyriliyi var, sümüklərin vəziyyətinə əsasən ölüm zamanı onun sahibinin təxminən 45 yaşında olduğunu göstərir.[25]
Qaleriya
[redaktə | mənbəni redaktə et]-
Nefertiti və ya Exnatonun başsız büstü. Böyük qırmızı kvarts abidəsinin bir hissəsi. Qəsdən vurulan ziyan nümunəsi. Exnatonun hakimiyyət dövrünə aiddir. Misir, Anarma. Misir Petri Arxeologiya Muzeyi, London.
-
Nefertiti və Exnatonun və ya III Amenhatom, Tia və şahzadənin taninmayan büstü. Exnatonun hakimiyyət dövrünə aitdir. Misir, Anarma. Misir Petri Arxeologiya Muzeyi, London
-
Əhəng daşı relyefinin fraqmenti. Şahzadə qismən görülən Nefertitinin arxasında sistrom tutur. Exnatonun hakimiyyət dövrünə aiddir. Misir, Anarma. Misir Petri Arxeologiya Muzeyi, London
-
Silisli əhəng daşı Nefertiti relyefinin fraqmenti. Həddindən artıq üslublu portretdi. Exnatonun hakimiyyət dövrünə aiddir.Misir, Anarma. Misir Petri Arxeologiya Muzeyi, London
-
Nefertiti qranit heykəli. Başın yuxarı hissəsindəki möhkəmləndirici yazı müxtəlif saç düzümləri ilə başının bəzənməsinə imkan verir. Altes Muzeyi, Berlin.
-
Nefertitinin heykəlinin başı. Altes Muzeyi, Berlin.
-
Exnaton, Nefertiti və qızları Atonun qarşısında. Exnatonun stelası və ailəsi. Misir Muzeyi, Qahirə.
-
Nefertiti Atona yağ təklif edir. Bruklin Muzeyi.
-
Talatat Nefertitiya Atonun ibadət etdiyini göstərir. Altes Muzeyi.
-
Nefertiti üzərində əks olunmuş bir relyef parçası, Bruklin Muzeyi.
-
Exnaton və Nefertiti. Luvr Muzeyi, Paris.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Перепёлкин, Ю. Я. «Древний Египет», С.-Пб. «Нева», 2000 г. — // Глава «Солнцепоклоннический переворот Амен-Хотпа IV»
- ↑ Hermann A. Schlögl. Das Alte Ägypten. Geschichte und Kultur von der Frühzeit bis zu Kleopatra. — München: C. H. Beck, 2006. — səh. 225.
- ↑ "Egypt State Information Service — Famous women". 10 April 2008. Archived from the original on April 10, 2008. Retrieved 8 June 2016.
- ↑ Dodson, Aidan and Hilton, Dyan. The Complete Royal Families of Ancient Egypt. Thames & Hudson. 2004.
- ↑ J. Tyldesley. Chronicle of the Queens of Egypt. — Thames & Hudson, 2006. səh. 136—137..
- ↑ Tyldesley, Joyce A. Chronicle of the queens of Egypt : from early dynastic times to the death of Cleopatra. — New York, NY: Thames & Hudson, 2006. səh. 124. — 224
- ↑ Aidan Dodson. Amarna Sunset: Nefertiti, Tutankhamun, Ay, Horemheb, and the Egyptian Counter-reformation. — Oxford University Press, 2009. səh. 35—37. səh. — 233
- ↑ Tyldesley, Joyce. Nefertiti: Egypt's Sun Queen. Penguin. 1998.
- ↑ Reeves, Nicholas. Akhenaten: Egypt's False Prophet. p.172 Thames & Hudson. 2005.
- ↑ Dodson, Aidan, Amarna Sunset: Nefertiti, Tutankhamun, Ay, Horemheb, and the Egyptian Counter-Reformation. The American University in Cairo Press. 2009
- ↑ Van der Perre, Athena (2012). Seyfried, Friederike (ed.). In the Light of Amarna : 100 Years of the Nefertiti discovery. Ägyptisches Museum und Papyrussammlung, Staatliche Museen zu Berlin. səh. 196-197.
- ↑ Van der Perre, Athena (18 August 2014). "The Year 16 graffito of Akhenaten in Dayr Abū Ḥinnis. A Contribution to the Study of the Later Years of Nefertiti". Journal of Egyptian History. 7 (1): 68
- ↑ Van der Perre, Athena (2012). Seyfried, Friederike (ed.). In the Light of Amarna : 100 Years of the Nefertiti discovery. Ägyptisches Museum und Papyrussammlung, Staatliche Museen zu Berlin. səh. 197.
- ↑ Van der Perre, Athena (18 August 2014). "The Year 16 graffito of Akhenaten in Dayr Abū Ḥinnis. A Contribution to the Study of the Later Years of Nefertiti". Journal of Egyptian History. 7 (1): 73.
- ↑ Dodson, Aidan (2018). Amarna sunset : Nefertiti, Tutankhamun, Ay, Horemheb, and the Egyptian counter-reformation (Revised ed.). Cairo: The American University in Cairo Press. səh. 18.
- ↑ Van der Perre, Athena (18 August 2014). "The Year 16 graffito of Akhenaten in Dayr Abū Ḥinnis. A Contribution to the Study of the Later Years of Nefertiti". Journal of Egyptian History. 7 (1): 76.
- ↑ Van der Perre, Athena (18 August 2014). "The Year 16 graffito of Akhenaten in Dayr Abū Ḥinnis. A Contribution to the Study of the Later Years of Nefertiti". Journal of Egyptian History. 7 (1): 77
- ↑ Учёные нашли мумию Нефертити и своими глазами увидели, как выглядела первая красавица Древнего Египта. www.africana.ru. Дата обращения 27 апреля 2018.
- ↑ В растерзанной мумии признали известный символ женской красоты. Грани.Ру. www.grani.ru. Дата обращения 27 апреля 2018.
- ↑ Лицо знаменитой красавицы Нефертити "обновилось". Грани.Ру. www.grani.ru. Дата обращения 27 апреля 2018.
- ↑ Hawass Z, Gad YZ, Ismail S, Khairat R, Fathalla D, Hasan N, Ahmed A, Elleithy H, Ball M, Gaballah F, Wasef S, Fateen M, Amer H, Gostner P, Selim A, Zink A, Pusch CM. Ancestry and Pathology in King Tutankhamun's Family (англ.) // JAMA: the Journal of the American Medical Association. — 2010. — Февраль.
- ↑ Министерство по делам древностей В гробнице Тутанхамона найдена комната, в которой может находиться усыпальница Нефертити, ТАСС (29.11.2015).
- ↑ В. Лаговский. Мумия Нефертити, похоже, действительно спрятана в гробнице Тутанхамона, Комсомольская правда (30.11.2015).
- ↑ Wagdy, Mohammed. Egypt says no hidden rooms in King Tut's tomb after all (англ.), chicagotribune.com (6 мая 2018). Дата обращения 27 августа 2018.
- ↑ Zahi Hawass, Sahar N. Saleem. Scanning the Pharaos. CT Imaging of the New Kingdom Royal Mummies. — Cairo: American University Press, 2016. — səh. 136, 142.