Boeing T-7 Red Hawk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Boeing T-7 Red Hawk
Tipi hava nəqliyyatı, təlim təyyarəsi
Hazırlayan Boeing, Saab AB
İstehsalçı Boeing, Saab AB
İlk uçuş 20 dekabr 2016[1]
İstismarçılar
Buraxılış sayı 2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boeing/Saab T-7 Red Hawk (Qırmızı Şahin) ilkin olaraq bilinən adı, Boeing TX, İsveç/ABŞ müştərək istehsalı olan reaktiv təlim təyyarəsidir. Təyyarə İsveçin Saab AB və ABŞ-nin Boeing şirkəti tərəfindən müştərək olaraq istehsal edilmişdir. 27 sentyabr 2018-ci ildə Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri tərəfindən Northrop T-38 Talonu əvəz etmək üçün qabaqcıl pilot təlim sistemi (TX) proqramının qalibi seçilmişdir. Prototip məqsədi ilə hələlik cəmi 2 ədəd istehsal edilmişdir.[2]

Dizayn və inkişaf

[redaktə | mənbəni redaktə et]

ABŞ Hərbi Hava Qüvvələrinin Hava Təhsili və Təlim Komandanlığı (AETC) Northrop T-38 Talonun dəyişdirilməsi üçün tələbləri 2003-cü ilin əvvəlindən inkişaf etdirməyə başladı. Əvvəlcə, əvəzedici təlim təyyarəsinin 2020 ətrafında xidmətə girməsi gözlənilirdi. 2008-ci ildəki qəza nəticəsində T-38C-nin iki nəfər şəxsi heyəti həyatını itirdi və Hərbi Hava Qüvvələri ilkin əməliyyat qabiliyyətinin (IOC) hədəflənmə tarixini 2017-ci ilə qədər irəli çəkdi.[3] 2013-cü ilin maliyyə büdcəsi təklifində USAF 2016-cı maliyyə ilindən əvvəl icrası mümkün olmayan bu layihəni 2020-ci ilin büdcəsinə qədər təxirə salınmasını təklif etdi.[4] Azalan büdcələr və daha yüksək prioritetli modernləşdirmə layihələri TX proqramının qalibi olan IOC-u 2023 və ya 2024-cü maliyyə ili”nə kimi təxirə saldı. Proqram 2014-cü ilin büdcəsindən tamamilə kənarda qalsa da, xidmət yenə də təlim təyyarəsi layihəsinə prioritet kimi baxırdı.[5]

İsveçin aerokosmik şirkəti olan Saab AB ilə birlikdə[6][7], Boeing şirkətinin yarışa qatılması ilə, əkiz quyruqlu, iki nəfərlik oturacaqlı (tandem oturacaqlı) və geriyə çəkilə bilən üç təkərli eniş dəstinə sahib olan, tək mühərrikli qabaqcıl reaktiv təlim təyyarəsi olan Boeing TX modeli meydana çıxdı. Təqdim olunan təyyarə və nümayiş etdirilmiş modelləri afterburner sistemli turbofan General Electric F404 ilə təchiz edilmişdirlər.[8]

Boeing 13 sentyabr 2016-cı ildə öz təyyarəsini ictimaiyyətə təqdim etdi.[9] İlk TX təyyarəsi 20 dekabr 2016-cı ildə uçdu.[10][11]

27 sentyabr 2018-ci il tarixində Boeingin dizaynının ABŞ Hərbi Hava Qüvvələrinin T-38 Talonunu rəsmi olaraq əvəzləyəcək yeni qabaqcıl reaktiv təlim təyyarəsi olduğu elan edildi. Cəmi 351 təyyarə və 46 simulator, texniki(xidmət, təmir, təminat) təlim və dəstək 9,2 milyard ABŞ dolları dəyərində bir proqramla təmin ediləcəkdir.[12][13][14][15]

2019-cu ilin may ayında Saab, Purdue Universiteti ilə ortaq olaraq, İndianada TX üçün ABŞ-də bir istehsal müəssisə açacağını açıqladı.[16][17]

16 sentyabr 2019-cu ildə təyyarənin rəsmən Tuskegee AirmenCurtiss P-40 Warhawka hədiyyə olaraq T-7A Red Hawk (T-7A Qırmızı Şahin) olaraq adlandırılacağı açıqlandı.[18]

BTX-1
Qiymətləndirmə üçün nəzərdə tutulmuş olan iki prototip modeli.
T-7A
ABŞ Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş olan təyyarə

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]
ABŞ ABŞ
  • ABŞ Hərbi Hava Qüvvələri

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ümumi xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 2
  • Uzunluq: 46 ft 5.0 in (14.15 m)
  • Qanad eni: 32 fut 9.7 in (10 m)
  • Hündürlük: 13 ft 1.4 in (4.0 m)
  • Mühərrik: 1 ədəd General Electric F404 yanma sonrası (afterburner) turbofan, 11.000 lbf (49 kN) quru itələmə, 17.700 lbf (79 kN) afterburner ilə
  • Maksimum sürət: 808 mph (1300 km/saat, 702 kn)
  • Mənzili: 1.143 mil (1.839 km, 994 nmi)
  • Xidmət tavanı: 50,000 fut (15,240 m)
  • Qalxma (dırmanma) sürəti: 33.500 fut/dəq (170 m / s
  1. https://www.avweb.com/avwebflash/news/BoeingSaab-T-X-First-Flight-228240-1.html.
  2. Stephen Trimble. "Boeing/Saab fly second T-X test aircraft". FlightGlobal.com. 24 April 2017. 25 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2017.
  3. Trimble, Stephan, "US Air Force, industry prepare for T-38 replacement", Flight International, 22 June 2010, 26 June 2010 tarixində arxivləşdirilib, İstifadə tarixi: 20 September 2010.
  4. "USAF delays T-38 trainer replacement to 2020". Flight global. 17 February 2012. 21 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2013.
  5. "Budget constraints delay new trainer", Air force times, 15 May 2013, 29 August 2013 tarixində arxivləşdirilib, İstifadə tarixi: 21 September 2019.
  6. "Boeing and Saab Sign Joint Development Agreement on T-X Family of Systems Training Competition". Boeing. 2017-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-10.
  7. Clark, Colin. "Boeing Takes T-X Lead as Northrop Joins Raytheon & Drops Out of T-X". Breaking Defense. 2017-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-16.
  8. "Boeing T-X Advanced Pilot Training system" (PDF). Saab. 2016-12-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 28 September 2018.
  9. "Boeing T-X Sees the Light". Boeing. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-10.
  10. "Boeing and Saab complete first T-X flight". Flight Global. 20 December 2016. 31 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2018.
  11. Niles, Russ. "Boeing/Saab T-X First Flight". AVweb. 20 December 2016. 24 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2016.
  12. "Air Force awards $9B contract to Boeing for next training jet". Defense News. 2018-09-27. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2018.
  13. "Air Force awards next-generation fighter and bomber trainer". Saab. 28 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2018.
  14. O'Connor, Kate. "Air Force Selects New Combat Trainer". AVweb. 2 October 2018. 19 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2018.
  15. "Boeing: It's Official: Boeing Wins T-X!". Boeing.com. 2019-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-22.
  16. "Saab announces new U.S. site for advanced manufacturing and production". Saab Corporate (ingilis). 2019-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  17. "Saab's global defense and security company lands in Indiana, to open site near Purdue University". Purdue (ingilis). 2019-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  18. "This is the name of the Air Force's new training jet". Defense News. 16 September 2019. 19 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2019.