Kontrplak
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Kontrplak və ya fanera — tikinti sənayesində geniş istifadə olunan meşə məhsuludur. Suya davamlılığı və yüksək möhkəmliyi onu bu sektor üçün əhəmiyyətli edir. Xüsusilə beton qəliblərin hazırlanmasında istifadə olunur. Brüt, yəni cilalanmamış, kobud qəlib kimi də xarakterizə olunan suvaqsız qəlib sistemləri üçün çox münasib materialdır.
Kontrplak taxta təbəqələrdən ibarət bir paneldir. Çox yaxşı mexaniki müqavimətə malik olsa da, yüngül materialdır. Qatlarının sayı adətən tək qat kimi istehsal olunur. Xarici təbəqələr ümumiyyətlə panelin uzununa ölçüsünə paraleldir. Ardıcıl olan təbəqələr bir-birinə perpendikulyar formada yapışdırılır. Bu istehsal növü müqaviməti artıran və vibrasiya ilə meydana gələcək şok təsirlərinə müqavimət göstərən bir strukturdur.
Bu gün qəlib materialı kimi getdikcə daha çox istifadə edilən kontrplaklar, cilalanmamış beton əldə etmək üçün ənənəvi taxta qəlibləri əvəz edir. Kontrplaklar plyonkalı və plyonkasız olmaqla iki yerə bölünürlər.
İctimaiyyət arasında mövcud olan məşhur fikrin əksinə olaraq, aralarındakı fərq davamlılıqla əlaqəli deyil, yalnız beton səthinə təsir göstərir. Suvaq ilə örtülməyəcək səthlərdə plyonkalı materialların istifadəsi düzgündür və bu parlaq cilalanmamış (brüt) beton əldə etməyə imkan yaradır. Suvaq ediləcək səthlərdə isə plyonkasız kontrplaklardan istifadə edilməlidir. Plyonkasız materiallardan əldə edilən beton səth cilalanmamış, lakin parlaq deyildir. Bu xüsusiyyəti sayəsində suvaq etməyə imkan verir.
Mümkündür ki, lazımi yerdə düzgün materialdan istifadə etmədiyiniz üçün sonradan əlavə xərclərlə qarşılaşasınız. Suvaq işləri aparılan sahələrdə plyonkalı materiallardan istifadə edilməsinə görə bəzi kimyəvi maddələrlə qarışma əlavə xərclərə səbəb olur.
Nəticə olaraq; Suvaq edilməyəcək səthlər yaratmaq üçün plyonkalı materiallardan istifadə etmək, parlaq olmayan və suvaqlanmış səthlər arzu olunan yerlərdə isə plyonkasız materiallardan istifadə etmək məqsədəmüvafiqdir.
Türkiyəyə Finlandiya, Rusiya, Rumıniya, Hindistan, İndoneziya, Malayziya, Çili, Braziliya, ABŞ və Kanadadan məhsullar gətirilir. Türkiyədə qəliblənmiş kontrplak (fanera) istehsal olunmur.
Xüsusiyyətləri
Türkiyədə 3 mm ilə 40 mm arasında dəyişən qalınlıqlarda,
- 2500 mm x 1250 mm
- 3000 mm x 1500 mm
- 2440 mm x 1220 mm
- 1525 mm x 1525 mm
- 1700 mm x 2200 mm
ölçülərində istehsalı mövcuddur.
İstinadlar
Xarici keçidlər
Bu məqalə qaralama halındadır. |