Portal:Dinozavrlar
Dinozavrlar (lat. Dinosauria, qəd. yunan dilindəki δεινός - "dəhşətli" və σαῦρος - "kələz") — Mezozoy erasında Yer kürəsində hakim olan və Trias dövrünün sonlarından başlayaraq (təxminən 230 min. il əvvəl) Təbaşir dövrünün sonunadək (təxminən 66 min. il əvvəl) 160 milyon il mövcud olmuş quruda yaşayan onurğalı heyvanların üstdəstəsidir. Təbaşir və Paleogen dövrlərinin sərhədində geoloji baxımdan qısa zaman kəsiyində heyvanların və bitkilərin genişmiqyaslı və kütləvi yox olması zamanı dinozavrların böyük əksəriyyəti məhv olmuşdur. Daşlaşmış dinozavr qalıqları bütün qitələrdə aşkar olunmuşdur. Hazırda paleontoloqlara 2 şərti qrupa — ətyeyənlər və otyeyənlər — bölünən 500-dən artıq cins və 1000-dən artıq müxtəlif növ kələz məlumdur.
redaktə
Maraqlı faktlar
redaktə
PaleontoloqlarUilyam Smit (William Smith; 23 mart 1769 - 28 avqust 1839) - 1815-ci ildə ilk regional geoloji xəritəni yaradan Böyük Britaniya geoloqu, paleontoloq. Uilyam Smit Oksfordşir qraflığında Con və Anna Smitlərin ailəsində anadan olmuşdur. Ailədə ondan balaca olan iki qardaşı - Daniel və Con və bacısı Elizabet var idi. Elizabetin oğlu Con Fillips Oksford universitetinin geologiya üzrə professoru olmuşdur. Atası Kuznets sətəlcəmdən vəfat edəndə Uilyam Smitin 8 yaşı vardı. Onun tərbiyəsi ilə dayısı Uilyam məşğul olmuşdur. redaktə
Dinozavr şəkilləriredaktə
Yeni məqalələr
redaktə
Kateqoriyalarredaktə
Əlaqəli portallar
|