A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adam ancaq öz bildikləri və xatirələri ilə yaşayır və onları qazanc sayırsa, arzulardan təcrid olunursa bu çətin bir həyat olmalıdır. Alber Kamyu
  • Arzular gələcək haqqında xatirələrdir. Lev Landau
  • Arzular, heçmi yorulmayacaqsınız. Andre Gid
  • Arzular iştaha bənzəyir. Çox olanda əziyyət verir, olmayanda ölümə bərabər olur. Pyer Büast
  • Arzular itirilmişdir, həqiqət isə ələ salınır. Teodor Drayzer
  • Arzular kağız üzərində həmişə yazıq görünür. Mel Qibson
  • Arzular və illər geri qayıtmır. Aleksandr Puşkin
  • Arzularına sərhəd qoymayan insan azad ola bilməz. Epiktet
  • Bir insanın həqiqətən ələ almış olduğu düşüncə azadlığı ilə, onun ehtirasları və hətta arzuları da gizli-gizli öz üstünlüklərini göstərəcəklərini sanarlar. Fridrix Nitsşe
  • Boş ümidlərdən və gerçəkləşməyəcək arzulardan uzaqlaşmaq insan üçün ən böyük qazancdır. Uilyam Şekspir
  • Böyük ideyalar və nəcib arzular mənbəyi olan sanballı kitablar, orijinal əsərlər oxumağa çalışın. Nikolay Çernışevski
  • Daxili apartamentlərin nəzarətçisi topal, qozbel, axmaq, qoca, qadınlara qarşı biganə, öz hisslərinə nəzarət edən, arzulardan azad və hər bir iş üçün yararlı olmalıdır. Çanakya
  • Dayanıb suya baxmaqla dənizi keçmək olmaz. Boş arzulara vaxt sərf etməyin. Rabindranat Taqor
  • Din - yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqların mövcudluğunu zəruri edir. Çünki insan cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində məruz qaldığı nevrozlara paraleldir. Ziqmund Freyd
  • Düşünəndə ki, uşaqlarım mənim dilimi, bunun ardınca da düşüncələrimi, arzularımı, səylərimi, yoxsul təbiətimə, doğma xalqıma, küləşli kəndimə yaxşımı, pismi, xidmət etdiyim vətənimə məhəbbətimi anlamayacaqlar, məni dəhşət bürüyür.[1] Vladimir Koralenko
  • Ey bu evi ti­kən, sən gö­rür­sən! Sən bir də bu əziy­yə­ti çək­mə­yə­cək­sən. Di­rək­lə­rin uçub ar­tıq, çar­da­ğı­nın bə­zə­yi po­zu­lub. Bu dün­ya­dan dar­tı­nan ağıl, axır ki, ar­zu­la­ra qa­lib gəl­di. Dham­ma­pa­da
  • Əgər əcəllər (hər bir kəsin ömür müddəti) məlum olsa arzular rüsvay və bərbad olar.[2] İmam Kazım
  • Əgər mənim qarşımda hansısa bir yorucu vəzifə dururdusa, mən ona təkrar-təkrar qayıdır və onu etməyənə qədər sakitləşmirdim. Beləliklə, mən günlərlə, səhərdən axşama qədər onlarla məşğul olurdum. Əvvəlcə bu, meyllərə və arzulara qarşı güclü əqli səy tələb edirdi, lakin illər keçdikcə bu ziddiyyət zəiflədi və nəhayət, mənim iradəm və istəyim eyni oldu. Bu gün də belədir və mənim bütün uğurlarımın sirri bundadır. Nikola Tesla
  • Əşyalarını topla. Gedirik. Arzular özbaşına həqiqətə çevrilməyəcək. Paulo Koelyo
  • Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir. Konstantin Uşinski
  • Göydən qızıl yağsa insanın arzuları bitməz. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır. Qautama Budda
  • Həyatda iki faciə var: birincisi, bütün arzulara çata bilməmə, ikincisi, hamısını əldə etdikdən sonrası. Oskar Uayld
  • Həyatın daim hərəkətdə olması üçün çalışanlar ən adi insanlardır ki, ən kiçik arzular dalınca getdiklərindən həqiqi bəxtiyarlığa çatmazlar. Abdulla Şaiq
  • Həyatınızda yalnız bir dəfə, həqiqətən inanıram ki, dünyanızı tamamilə dəyişdirə biləcək birini tapacaqsınız. Siz ona heç vaxt başqa bir ruhla paylaşmadığınız şeyləri ona danışırsınız və o, dediyiniz hər şeyi dinləyir və əslində daha çox eşitmək istəyir. Siz gələcəyə olan ümidləri, heç vaxt gerçəkləşməyəcək arzuları, heç vaxt əldə olunmayan məqsədləri və həyatın sizə atdığı çoxlu məyusluqları onula paylaşırsınız. Möhtəşəm bir şey baş verəndə, həyəcanınıza şərik olacağını bilə-bilə bu barədə ona danışmaq üçün səbirsizlənirsiniz. İncidildiyiniz zaman sizinlə ağlamaqdan və ya özünüzü axmaq etdiyiniz zaman sizinlə gülməkdən utanmır. Heç vaxt hisslərinizi incitməz və ya kifayət qədər yaxşı olmadığınızı hiss etdirmir, əksinə o sizi inkişaf etdirir və sizi xüsusi və hətta gözəl edən şeyləri sizə göstərir. Heç vaxt heç bir təzyiq, qısqanclıq və ya rəqabət yoxdur, ancaq o yanında olduqda bir rahatlıq duyursan. Siz özünüz ola bilərsiniz və sizin haqqınızda nə düşünəcəyi barədə narahat olmayın, çünki o sizi olduğunuz kimi sevir. Bir not, mahnı və ya gəzinti kimi insanların əksəriyyəti üçün əhəmiyyətsiz görünən şeylər, əbədi olaraq əzizləmək üçün ürəyinizdə qorunan əvəzolunmaz xəzinələrə çevrilir. Uşaqlığınızın xatirələri geri qayıdır və o qədər aydın və canlıdır ki, yenidən gənc olmaq kimidir. Rənglər daha parlaq görünür. Əvvəllər nə olduğunu bilmədiyiniz gülüş gündəlik həyatın bir hissəsi kimi görünür. Gün ərzində bir və ya iki telefon zəngi uzun bir iş günündən keçməyinizə kömək edir və həmişə üzünüzdə təbəssüm yaradır. Onun hüzurunda davamlı söhbətə ehtiyac yoxdur, ancaq siz onun yanında olmaqdan kifayət qədər razı olduğunuzu görürsünüz. Əvvəllər sizi heç maraqlandırmayan şeylər valehedici olur, çünki bilirsiniz ki, sizin üçün çox xüsusi olan bu insan üçün vacibdir. Hər fürsətdə və etdiyiniz hər şeydə bu insanı düşünürsünüz. Sadə şeylər onu solğun mavi səma, mülayim külək və ya hətta üfüqdə fırtınalı bulud kimi xatırladır. Bir gün qırılma şansının olduğunu bilə-bilə ürəyini açırsan və ürəyini açarkən heç vaxt arzulamadığın bir sevgi və sevinc yaşayırsan. Həssas olmağın ürəyinizə əsl həzzi hiss etməsinə imkan verməyin yeganə yolu olduğunu görürsünüz. Əsl dostunuz və bəlkə də sona qədər sadiq qalacaq bir can yoldaşınız olduğunu bilməklə güc tapırsınız. Həyat tamamilə fərqli, həyəcanlı və dəyərli görünür. Yeganə ümidiniz və təhlükəsizliyiniz onun həyatınızın bir parçası olduğunu bilməkdir. Bob Marli
  • İnsan arzularının sonu yoxdur. Ağlı başında olan insan gerçəkləşməyəcək arzulara bel bağlamaz. [3] İohann Lavater
  • İspaniya və Portuqaliyanın birliyi siyasətimizin böyük məqsədlərindən biri, həyatımızın ən böyük işlərindən biri, xalqlara sahib olan və böyük birliklərdə, böyük qanunlarda, Kortesdə təzahür edən arzulardan biri olmalıdır/ Unutmayaq ki, İspaniya və Portuqaliya vahid milliyyət təşkil etməlidir. Daxili siyasətimiz bu olmalıdır. Portuqaliya ilə İspaniya qardaş kimi davranmalı, ona qucaq açmalıdır, onu ata evinə daxil olmağa dəvət etməlidir. Emilio Kastelyar
  • İşləmədən arzulara çatmaq mümkün deyil. Qaraçay atalar sözləri
  • Kitablar arzular doğurur və onları yaşadır. Stanislav Strumilin
  • Kitablar ruhu aydınlaşdırır, insanı qaldırır və gücləndirir, onu ən nəcib arzulara oyadır, zehni itiləşdirir, qəlbi yumşaldır. Uilyam Tekkerey
  • Niyə tanış şeylər haqqında düşünmək bu qədər rahatdır? Çünki o, təhlükəsizlik illüziyası yaradır. Amma insanlar pisi düşünməyə, pisi gözləməyə, pisə hazırlaşmağa öyrəşirlər. Yaradıcı olmaq, həyatı necə yaxşılaşdırmaq barədə düşünmək əvəzinə, keçmişlərinin əbədi həbsxanasına düşürlər. İnsanların çoxu nə düşünür? Keçmiş sevgi, yerinə yetirilməmiş arzular, itirilmiş imkanlar və ya maliyyə problemləri haqqında. Digərləri xoşbəxt uşaqlıq arzulayırlar - baxmayaraq ki, bütün dürüstlüklə, kimin buludsuzluğu var idi? İnsanlar heç bir mənası olmayan şeylərə nə qədər diqqət yetirirlər? Məsələn, tərəvəz dükanında satıcı qadının və ya iş yoldaşının yan baxması haqqında. İnsan bu cür düşüncələrə öz içinə yol verirsə, adı təşviş olan zəhərin dağıdıcı təsirinə məruz qalır. İnsanlar özləri böyük gücdən imtina edirlər, onların təbiətinə xasdır. Doğuşdan hamımız möcüzə işçiləriyik, sadəcə özünüzə möcüzələr yaratmağa icazə verməlisiniz. Nə qədər ki, insan adi düşüncələrin əsiridir, xoşbəxtliyin sirrinin şüurun idarə olunmasında olduğunu heç vaxt anlaya bilməyəcək. Robin Şarma
  • Öz-özümüzə deyirik ki, əgər bütün kainatı yaradan, onu bizim üçün min cür naz-nemətlə dolduran Tanrı olsaydı və əgər yer üzündə əxlaqi nizamla axirət mövcud olsaydı, nə gözəl olardı. Halbuki bütün bunların reallıqda əksini tapmaması və sadəcə, məsum arzulardan ibarət olması məlumdur. Əgər yazıq cahil ulu babalarımız bütün bu qəliz kosmik suallara cavab tapsaydılar, onda hər şey çox gözəl olacaqdır. Ziqmund Freyd
  • Paxıllıq qabiliyyətin yoxsulluğundan doğar, hünərsiz adam arta bilmədiyini görüb başqalarının da hünərsiz olmasını və geriləməsini arzular ki, özü ilə müvaziləşsin. Abbasqulu ağa Bakıxanov
  • Rəssamın intim arzuları və fantaziyaları yalnız transformasiya yolu ilə incəsənət əsərlərinə çevrilir, bu arzularda ədəbsiz olanlar yumşalır, onların şəxsi mənşəyi maskalanır və gözəllik qaydalarına riayət olunması nəticəsində başqa insanlara zövqün cazibədar payı təklif olunur. Ziqmund Freyd
  • Sivilizasiya bizdə xeyirxah başlanğıcı boğan və şərə yol açan arzular, qüsurlar, süni tələbatlar yaratdı.Aleksandr Düma (ata)
  • Şeylərə, insanlara, arzulara diqqətlə baxıb səbirli olsan, həzz alasan. Bunlara ötəri baxmaq, deməli bütün dünyanı gözdən qaçırmaq. Mark Avreli
  • Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir ("Füyuzat" jurnalından)
  • Vaxtsız çiçək açan arzular bar verməz. Əbu Turxan
  • Yaxşı arzular öz-özlüyündə sülhü təmin etməyəcək.Alfred Nobel

İstinadlar

redaktə
  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  2. Əlamud-Din, səh.305
  3. Aforizmlər. Bakı, 2013. səh.15