Trabzonspor FK

Türkiyənin futbol klubu

Trabzonspor FKTürkiyənin Trabzon şəhərini təmsil edən futbol klubu.

Trabzonspor FK
Loqonun şəkli
Klubun tam adı Trabzonspor İdman İnvestisiya və Futbol Rəhbərliyi Ticarət Anonim Cəmiyyəti
Ölkə
Ləqəb(lər) Qaradəniz fırtınası, Qaradəniz pələngləri
Rəng(lər)          Tünd qırmızı - Mavi[1]
Yaranma tarixi 2 Avqust 1967
Stadionu Medikal Park Stadionu
Tutumu 40.782
Prezidenti Türkiyə Ertuğrul Doğan
Baş məşqçisi Türkiyə Şənol Günəş
Liqa Türkiyə Super Liqası
2023-24 3.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Trabzonspor 1967-ci ildə yaranmışdır. Həmin ildən Trabzonspor Türkiyə 2-ci Futbol Liqasında (indiki adı 1-ci Liqa) oynadı. İlk ilində 20 komanda arasında bu liqada Boluspordan sonra Liqanı altıncı sırada tamamladı. Növbəti iki il ərzində Liqanı dördüncüsü oldu və sonrakı il Liqada 8-ci oldu. 1974-cü ildən Türkiyə Super Liqasında mübarizə aparır. Klubun ilk prezidenti Əli Osman Ulusoy olmuşdur. Türkiyə Super Liqasında çempion olmuş 6 klubdan biridir.

Prezidentləri

redaktə
  • 1967–68 Əli Osman Ulusoy
  • 1968–69 Rüfət Dədəoğlu
  • 1969–70 Əli Osman Ulusoy
  • 1970–71 Rüfət Dədəoğlu
  • 1971–72 Suat Oyman
  • 1972–75 Salih Ərdəm
  • 1975–80 Şamil Əkinçi
  • 1980–81 Cəlal Ataman
  • 1981–82 Mustafa Günaydın
  • 1982–88 M. Əli Yılmaz
  • 1988–89 Mazhar Afacan
  • 1989–92 M. Əli Yılmaz
  • 1992–94 Sadri Şənər
  • 1994–97 Faruk Özak
  • 1997–2000 M. Ali Yılmaz
  • 2000–03 Özkan Sümer
  • 2003–06 Atay Aktuğ
  • 2006–08 Nuri Albayraq
  • 2008–13 Sadri Şənər
  • 2013–15 İbrahim Hacıosmanoğlu
  • 2015–18 Muharrem Usta
  • 2018-hal hazırda Əhməd Ağaoğlu

Avropa kuboklarında iştirak

redaktə

Trabzonspor 1975–1976 mövsümündə liqada çempion olaraq, növbəti mövsümdə UEFA (UEFA Çempionlar Kuboku) təşkilatında iştirak etmək hüququ qazanmışdı. Avropada ilk qarşılaşmasını İslandiyanın təmsilçisi İB Akraness ilə oynayan və bu komandanı məğlub edən Trabzonsporun Avropa arenasında ilk qolunu Nəcmi Perek vurdu. Trabzonspor ikinci turda Liverpul FK ilə qarşılaşdı. Trabzonspor, Trabzonda ilk matçını 1–0 qazanarkən, Böyük Britaniyada məğlub olmaqdan xilas ola bilmədi; Çempionlar Kubokunun qalibi Liverpul həmin il Avropa matçlarında yeganə məğlubiyyətini Trabzonda aldı. Trabzonsporun Avropa arenasında ən böyük uğuru UEFA Kuboku 3-cü mərhələsidir. Buna baxmayaraq tarixi boyu Olimpik Lion FKAston Villa FK kimi əhəmiyyətli Avropa klublarını yarışlardan kənarlaşdırıb. FC Internazionale Milan, Liverpul və FC Barcelona kimi Avropa çempionlarını məğlub etməyə müvəffəq oldu.

Trabzonspor Avropada ən böyük hesablı qələbəsini 2007-ci ildə 6–0 ilə Vllazniya Shkoder qarşı qazanır, 1990–1991 mövsümündə isə FC Barcelonaya qarşı 2–7 nəticəsi ilə ən böyük hesablı məğlubiyyətini aldı.

Turnir Çıxış etmə Oyun Qələbə Heç-heçə Məğlubiyyət Attığı qol Qapısında gördüyü qol
UEFA Çempionlar Liqası 3 14 4 6 4 12 15
UEFA Çempion Klublar Kuboku 6 14 6 1 7 12 19
UEFA Avropa Liqası 8 47 18 11 18 55 56
UEFA Konfrans Liqası 1 3 0 2 1 5 6
UEFA Kuboklar Kuboku 3 12 4 4 4 13 18
UEFA Kuboku 11 40 15 11 14 61 63
UEFA İntertoto Kuboku 2 8 3 1 4 19 12
Cəmi [2] 34 138 50 34 52 177 189

Dost klublar

redaktə

Trabzonspor Şanlıurfasporİrlandiyanın Droeda Yunayted klubu ilə dost klub sayılır.

 
 


Rəngləri

redaktə

Trabzonsporun rəngləri tünd qırmızımavidir.

 
Trabzonspor azarkeşlərinin sevimlisi olan İbrahim Yattara

Azarkeşlər

redaktə

Trabzonspor oyunlarını olduqca çox olan azarkeşləri qarşısında oynayır. Trabzonspor Türkiyənin ən çox azarkeşi olan 4. klubudur. Trabzonspor'un yalnız Trabzon şəhərindən olan yox, digər şəhərlərdən olan azarkeşləri də var. Azarkeşlər üçün 61. dəqiqənin xüsusi önəmi var.

UEFA reytinqində

redaktə
Yer Ölkə Klub Xal
157   Real Sosyedad 27.442
158   Trabzonspor 27.340
159   Ştutqart 26.399

Çempionat mübarizəsi

redaktə

1974 — hal-hazırda

  • Türkiyə 1. liqası: 7

1967–1974

Stadion və təsislər

redaktə

Hüseyin Avni Aker stadionu

redaktə

Trabzonda yerləşən və Trabzonsporun 2017-ci ilə qədər oyunlarını oynadığı stadion. 1951-ci ildən 2017-ci ilin yanvar ayına qədər fəaliyyət göstərib.

Şənol Günəş stadionu

redaktə

Trabzonsporun ev oyunlarını keçirdiyi stadion. 2017-ci ildə açılışı olub.

M. Əli Yılmaz təsisləri

redaktə

Trabzonsporun oyunlara hazırlaşdığı təsislərdir. 2010-cu ildə yenilənmişdir.

Heyəti

redaktə
Nömrə Ölkə Mövqeyi Futbolçu
1   GK Uğurcan Çakır (Kapitan)
4   DF Hüseyin Türkmen
5   MF Berat Özdemir
6   MF Manolis Siopis
7   MF Yusuf Sari
8   MF Dorukhan Toköz
9   FW Anthony Nwakaeme
10   MF Abdülkadir Ömür
11   FW Tasos Bakasetas
13   DF Vitor Hugo
14   FW Andreas Cornelius
15   MF Anders Trondsen
16   GK Erce Kardeşler
17   FW Simon Banza
18   MF Edin Višća
Nömrə Ölkə Mövqeyi Futbolçu
19   FW Bengali-Fodé Koita
21   FW Djaniny
23   DF İsmail Köybaşı
24   DF Stefano Denswil
27   FW Gervinho
28   FW Salih Kavrazlı
29   MF Yunus Mallı
33   DF Bruno Peres
41   MF Murat Akpınar
54   GK Muhammet Taha Tepe
59   GK Arda Akbulut
70   DF Ahmetcan Kaplan
77   FW Jean Evrard Kouassi
99   DF Serkan Asan

Uğurları

redaktə
  Çempion (7): 1975-1976, 1976–1977, 1978–1979, 1979–1980, 1980–1981, 1983–1984, 2021-2022
  İkinci (9): 1977–1978, 1981–1982, 1982–1983, 1994–1995, 1995–1996, 2003–2004, 2004–2005, 2010–2011, 2019–2020
  Çempion (9): 1976–1977, 1977–1978, 1983–1984, 1991–1992, 1994–1995, 2002–2003, 2003–2004, 2009–2010, 2019–2020
  İkinci (5): 1974–1975, 1984–1985, 1989–1990, 1996–1997, 2012–2013
  Çempion (10): 1976, 1977, 1978, 1979, 1980, 1983, 1995, 2010, 2020, 2022
  İkinci (3): 1981, 1984, 1992
  • Baş nazirlik Kuboku
  Çempion (5): 1975–1976, 1977–1978, 1984–1985, 1993–1994, 1995–1996
  İkinci (6): 1976–1977, 1989–1990, 1990–1991, 1992–1993, 1996–1997, 1997–1998
  • Türkiyə İkinci Liqası "Qırmızı qrup"
  Çempion (1): 1973–1974

İstinadlar

redaktə
  1. Şablon:Web kaynağı
  2. "Trabzonsporun UEFA məlumatları". www.uefa.com. 2015-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.


xəbər saytları

redaktə