Sony Corporation (yap. ソニー Sony) — transmilli şirkət. Mənzil qərargahı YaponiyaABŞ-dadır. 1946-cı ildə yapon mühəndisləri Akio Morita və Masaru İbuka tərəfindən Yaponiyada yaradılıb.

Sony
ソニーグループ[1]
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi İctimai şirkət
Sənaye Beynəlxalq sahədə fəaliyyət göstərən Şirkətlər Qrupu
Məhsulları İstehlakçı elektronika
Yarımkeçiricilər
Video oyunlar
Media / Əyləncə
Kompüter avadanlığı
Telekom avadanlığı
Təsis tarixi 7 May 1946[2]
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 5.575.839.000.000 ¥ (31 mart 2021)[5]
Ümumi aktivlər
  • 26.354.840.000.000 ¥ (31 mart 2021)[5]
Ümumi gəliri 137 Milyar US$ (2011)
Xalis mənfəəti
  • 1.191.375.000.000 ¥ (31 mart 2021)[5]
Əməliyyat mənfəəti
  • 971.865.000.000 ¥ (31 mart 2021)[5]
Struktur
İşçi sayı 146,300 (2013)[2]
Tərəfdaşlar Sony Mobile Communications, Sony Interactive Entertainment, Sony Pictures Animation[d], Sony Pictures, Sony Pictures Motion Picture Group[d]
Rəhbərlik
Təsisçilər
Rəhbərlik Masaru Ibuka
Akio Morita
Osamu Nagayama (İdarə Heyətinin sədri)
Kazuo Hirai (Prezidenti və CEO)
SONY Middle East
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Sony" sözü latın dilindən sonus (“səs”) və ingilis sözlərindən “sunny boys” (“günəşli oğlanlar”) sözlərindən yaradılmışdır. Morita dünyanın heç bir dilində olmayan sözü tapmaq istəyirdi. Yapon dilində “Sonny” sözünün tələffüzü (“sonni”) uğursuz biznesi xatırladan söz mənasını verdiyindən, o, “n” hərflərindən birinin pozulmasına qərar verir.

Hazırda Sony Corporation — Sony Group holdinqin tərkibinə daxildir.

Fəaliyyəti

redaktə

Sony Group əsas əməliyyat seqmenti:

  • Sony Corporation
  • Sony Computer Entertainment (Sony Playstation, video oyunlar )
  • Sony Pictures Entertainment
  • Sony Music Entertainment (musiqi alətləri).
  • Sony Financial Holdings (maliyyə sferasında əməliyyatlar — sığorta, banklar)
  • Sony (mobil telefonlar)
  • Sony Vaio (noutbuklar)
  • Sony Bravia (televizorlar)

2005-ci il üçün əməkdaşlarının sayı 151400 nəfər olmuşdur.

Maliyyə göstəriciləri

redaktə

2007—2008 maliyyə ili üçün satış dövriyyəsi 85,47 mlrd. $ (2006—2007 ildəki 79,95 mlrd. $-dan 6,9 % artıq) təşkil etmişdir. Xalis gəlir 3,56 mlrd. $ (2006—2007-ci ildəki 1,22 mlrd. $-dan 3 dəfə çox).

Tarixçə

redaktə

1945-ci ildə II. Dünya Müharibəsindən sonra Masaru İbuka, bombardman sonrasında xarabaya çevrilən Tokioda təmir dükanı açmışdı. Ertəsi il iş ortağı Akio Morita ilə birlikdə Tokyo Tsushin Kogyo Kabushiki Gaisya (东京 通信 工业 株式会社; qısaca: Tōtsūkō 东 通 工), adlı şirkəti qurdular. Bu şirkət Type-G adlı Yaponiyanın ilk kaset oxuducusunu istehsal etdi.

1950-ci illərin əvvəlində İbuka Amerikaya getdi və orada Bell Labs'in icadı olan transistoru eşitdi. Bell Labs'i transistorun lisenziyasını alıb öz şirkətində istifadə mövzusunda razı saldı. Bir çox Amerikan şirkəti transistoru hərbi məqsədli istifadə üçün düşünərkən İbuka bu icadı ünsiyyət üçün istifadə etməyi düşündü. Transistoru ilk dəfə Regency and Texas Instruments adlı şirkət istifadə etsə də, İbuka bu icadı ilk dəfə ticarət baxımdan müvəffəqiyyətli etdi.

1955-ci il Avqust ayında Tokyo Tsushin Kogyo, Sony TR-55-i satışa buraxdı.Bu məhsul Yaponiyanın ilk transistorlu radiosu idi. . Eyni ilin dekabr ayında isə, Sony TR-72 satışa çıxarıldı və bu məhsul həm daxildə, həm də xaricdə böyük maraq gördü. Bu məhsul bir çox xüsusiyyəti sayəsində 60-cı illərin ən məşhur radiosu oldu.

May 1956-ci ildə şirkət TR-6-nı satışa çıxartdı. Daşına bilən balonlu bu yeni radio, yenilikçi bir dizayn və daha yaxşı bir səs keyfiyyəti ilə bazara çıxarıldı. TR-6-nın reklamında Sony, cizgi film xarakteri "Atchan" (アッ ちゃん) 'ı istifadə etdi . Atchan xarakteri Fuyuhiko Okabe çəkmişdir. Bu xarakter hələlik Sony boyu olaraq bilinməkdədir. Bu xarakter, reklamda TR-6ı qulağına tuturdu.60 'cı illərin ortasına qədər Sony reklamlarında bu xarakteri istifadə etdi . 1957-ci ildə TR-65 modelini bazara sürdü.Bu radio o zamanların ən kiçik transistorlu radiosu idi. Bu hadisə dünya səviyyəsində ticarət baxımından bir uğur idi . Arizona Universiteti professoru Michael Brian Schiffer bir sözündə belə demişdi: "Sony ilk radio deyil, amma transistorlu radioların ən yaxşısıdır. TR-63 1957-ci ildə Amerikada marketlərə girdi və burada yeni bir sənaye başlatdı.Bu sənayenin adı istehlakçı mikroelektronikadır." 1950-ci illərin ortasında Amerikalı Genom transistorlu radioya böyük bir maraq göstərdi.Satışlar 1955-ci ildə 100.000 ikən 1968 sonunda 5.000.000 'a çatdı.

2006-cı ildə Sonynin mərkəzi binası Shinagawdan Minatoya köçürüldü.

İstinadlar

redaktə
  1. https://www.sony.com/ja/SonyInfo/News/Press/202005/20-039/.
  2. 1 2 "Sony Global – Corporate Information". 10 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2014.
  3. https://www.docketalarm.com/cases/Delaware_District_Court/1--13-cv-01762/Pragmatus_Mobile_LLC_v._Sony_Mobile_Communications_%28USA%29_Inc._et_al./6/#q=1-7-1+Konan.
  4. https://www.sie.com/corporate/history/2003_2012.html.
  5. 1 2 3 4 Sony Annual Report 2021 SEC 20-F.