Futbol (ing. foot — ayaq, ball — top) — hər biri 11 oyunçu olmaqla iki komanda arasında sferik topla komanda şəklində oynanılan idman növü.

Futbol
Ümumi məlumatlar
Mənşə ölkəsi
Xüsusiyyətləri
Oyunçu sayı
fifa.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dünyanın 200-dən çox ölkəsində 250 milyoon futbolçu tərəfindən oynalınır, bu da onu dünyanın ən populyar idman növü edir.[3][4][5][6] Oyun hər sonunda qapı olan düzbucaqlı meydanda oynanılır. Oyunun məqsədi rəqibin qapısından mümkün qədər çox qol keçirtməkdir.

Qapıçılar əllə oynamaq icazəsi olan yeganə oyunçulardılar. Ancaq onlar bunu öz qapılarının önündəki cərimə meydançasının daxilində edirlər. Digər oyunçular zərbə vurmaq və ya pas vermək üçün əsasən ayaqlarından istifadə edirlər. Həmçinin onlar başlarını və bədənlərinin qoldan başqa hissələrini də istifadə edə bilərlər. Oyunda ən çox qol vuran komanda qalib gəlir. Əgər hesab bərabər olarsa, yarışın formatından asılı olaraq ya heç-heçə elan edilir, ya da oyun əlavə vaxtla və ya penaltilər seriyası ilə davam etdirilir. Futbolun qaydaları ilkin olaraq 1863-cü ildə İngiltərənin Futbol Assosiasiyası tərəfindən sistemləşdirilmişdir. Futbol beynəlxalq səviyyədə hər 4 ildən bir kişilər və qadınlar üçün dünya çempionatları təşkil edən[7] FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) tərəfindən tənzimlənir. 25 may tarixi BMT-nin qərarı ilə dünya futbol günü kimi qeyd edilir.

Oyunun adı

redaktə

FİFABeynəlxalq Olimpiya Komitəsi "futbol" sözünü oyunun rəsmi beynəlxalq adı kimi istifadə edirlər.

Oyunun ingilis dillində tam adı "association football" ("Assosiasiyanın qaydalarına görə futbol") 1863-cü ildə İngiltərə futbol assosiasiyasının yaradılmasından sonra seçildi ki, o vaxt mövcud olan futbolun digər növlərindən ayırd etmək mümkün olsun, məsələn, əllə oynamağa icazə verilən reqbi futbolundan. Zaman keçdikcə oyunun uzun variantda olan adları gündəlik nitq və mətbuatda istifadəsi azaldı. İngiltərədə əvvəlcə "assoc" qısaltması yayıldı, ondan sonra "soc" qısaltmasına "-er" şəkilçisi əlavə etməklə 1880-ci illərdə "sokker" (ing. soccer) termini yarandı. Dövri mətbuatda "soccer" termini ən azı 1892-ci ildən istifadə olunur.[8]

Bizim günlərdə "sokker" adı bir sıra ingilisdilli ölkələrdə yayılıb, hansında ki futbolun digər növləri tarixən populyarlığını saxlaya biliblər. Məsələn, Avstraliya və Yeni Zelandiyada futbol adını Avstraliya futboluReqbi liqinə aid edirlər. İrlandiyada "futbol" termini Gal futbolunda işlədilir, ona görə də mətbuatda "soccer" istifadə olunur.[9][10] CAR-da oyun daha çox "soccer" kimi tanınır ki, bu da həm ölkə çempionatının adında Premier Soccer League, həm də 2010 DÇ-nın finalı keçirilən Sokker Siti stadionun adında əks olunub. ABŞ və Kanadada "soccer" termini işlədilir, çünki oralarda futbol adı Amerika futboluKanada futboluna aid olunur.

Oyunun adı başqa dillərdə belə adlandırılıb:

  • Azərbaycan dilindəki kimi, ingilis dilindən football sözünü götürüblər;
  • Football sözünü kalkalaşdıraraq mənimsiyiblər. Məsələn, alman dilində Fußball, yunan dillində ποδόσφαιρο, fin dillində jalkapallo sözləri "ayaq topu" mənasını verir.
  • "Təpik atmaq" və "ayaq" sözlərindən törəmə söz düzəldiblər. Məsələn, italyan (calcio) və xorvat (nogomet) dillərində olduğu kimi.
  Əsas məqalə: Futbol xronologiyası

FİFA-ya görə Çin rəqabət oyunu olan Tsu (蹴鞠, hərfbəhərf mənası ilə "topa vurmaq") futbolun ən erkən formasıdı, bunun üçün də elmi sübutlar mövcuddur.[11] Tsu oyunçularına topa əldən başqa bütün bədən üzvləri ilə toxunmaq icazələri var idi və onların əsas məqsədi topu torun ortasında diametri təxminən 30 santimetr olan deşikdən keçirmək idi. Bu həddindən artıq müasir futbola oxşayırdı, hərçənd reqbi ilə də oxşarlıqlar yaranırdı.[12] Han sülaləsinin (E.ə. 206 — b.e. 220) hakimiyyəti zamanı tsu oyunu standartlaşdırıldı və qaydaları qoyuldu.[13]

Phainindaepiskyros yunanların topla oynanılan oyunları idi.[14][15] Episkyros oynayan oyunçunun barelyef formasında vazaya təsvir edilmiş şəkili UEFA Avropa Çempionatında istifadə edilmişdir.[16] Həmən vaza Afina Milli Arxeologiya Muzeyində saxlanılır.[17] Yazıçı Afiniyin 228-ci ilə aid yazılarının birində romalıların topla oynanılan harpastum oynunun adını çəkir. Phainindaepiskyros və harpastum əl və zorakıllığın istifadəsi ilə oynanılan oyunlar idilər. Görünən odur ki, bütün bu oyunlar daha çox reqbi, güləş və voleybolu xatırladırdılar nəyinki müasir futbolu.[13][18][19][20][21][22] Futbolun rəqabət olmayan növləri də var, onlar Yaponiyada kemari, Koreada tsu çu, Avstraliyada isə woggabaliri adı ilə tanınırlar.

Müasir futbolun özünə məxsus klassik tarixi yoxdur.[23] Dünyanın bir çox yerində mövcud olan diger top oyunların futbolla oxşarlıqlarların olmasına baxmayaraq, FİFA Avropadan kənarda yaranmış qədim oyunların futbolla heç bir tarixi əlaqəsi olmadığını hesab edir.[24] Futbolun müasir qaydaların yaranması 19-cu əsrin ortalarında İngiltərənin məktəblərində oynanılan futbolun müxtəlif formalarını standartlaşdırmaq üçün edilən səylər ilə bağlıdı. İngiltərədə futbol ən azı 8-ci əsrdən mövcuddur.[25]

İlk dəfə 1848-ci ildə Kembric Universitetində tərtib edilmiş "Kembric qaydaları" futbolun da inkişafına xüsusilə böyük təsir göstərmişdir. Kembric qaydaları Triniti kollecində keçirilən və Harrou, Raqbi, Vinçester, İtonŞrusberi məktəblərin nümayəndələrinin də iştirak etdiyi görüşdə yazılmışdır. Bu qaydaları hər yerdə qəbul etmədilər. 1850-ci illər ərzində futbolun müxtəlif növlərini oynamaq üçün ingilis dilli ölkələrdə məktəb və ya universitetə bağlı olmayan bir çox klublar formalaşmışdı. Bəzi klubların öz qayda nizamnamələri vardı, onlar içərisində ilk növbədə 1857-ci ildə keçmiş məktəblilər tərəfindən yaranan Şeffild klubunun adını çəkmək olar.[26] Appinqam (ing. Uppingham) məktəbindən olan Con Çarlz Trinq həmçinin nüfuzlu qaydalar siyahısını hazırlamışdır.[27]

Tarixi, ədəbi mənbələr hələ IV–V əslərdə müxtəlif ölkələrdə topla oyunun mövcudluğu barədə məlumat veriblər. Arxivlərdən belə məlumatlar da tapılmışdır ki, daha qədim dövrlərdə müxtəlif xalqlar ayaqla top oynamışlar: məsələn, Qədim Romada, Böyük Novqorodda, orta əsrlərdə Fransadaİtaliyada.

Lakin o oyunlar indiki futbola çox az oxşamışdır. Futbolun vətəninin İngiltərə olduğunu düşünənlər çoxdur. Amma, müasir futbola çox oxşayan oyun 2000 il əvvəl Çində mövcud imiş. Bu oyun tsu-cu adlanırdı. Bu oyun içinə quş tükü doldurulmuş dəri topla oynanırdı. Topa yalnız əllə toxunmaq olmazdı, əldən başqa bütün bədən üzvləri ilə toxunmaq, vurmaq mümkün idi. Müasir terminlə desək, daha çox qol vuran qalib olurdu. Qapılar dirəklərdən və tordan düzəldilən müasir futbol qapılarına çox oxşayırdı. Fərq onda idi ki, torun ortasında diametri təxminən 30 santimetr olan deşik olurdu və topu məhz həmin deşikdən keçirmək lazım idi. Komandalarda 2-dən 16-ya qədər oyunçu ola bilərdi.

Tsu-cunun bir neçə variantı vardı. Bir varinatda rəqib komandalar topu qovub rəqibin torundan keçirməli idilər. Bəzən komandaların hər birinin yan-yana bir neçə qapısı olurdu. Bəzən isə komandalar kontaktda olmurdu. Qapı ortada quraşdırılırdı və hər bir komanda onu meydanın özünə aid hissəsindən vurub tordan keçirməyə çalışırdı. Tsu-cunun adı ilk dəfə milladdan əvvəl 3-cü əsrə aid mənbədə çəkilir. "Tsu" – topu vurmaq, "cu" isə içi doldurulmuş dəri deməkdi. İlk dövrlərdə əsgərlər üçün təmrinlərdən olan bu oyun daha sonra zadəganlar arasında da dəb düşmüş, nəhayət saraya yol tapmışdı. Hətta Sonq sülaləsindən olan imperator Taizu özü də tsu-cu oynayardı. Bu oyun bayramların, festivalların da ayrılmaz hissəsi idi.

Tsu-cu 17-ci əsrdən başlayaraq Çində populyarlığını itirib. Bu oyun müasir futbola çox oxşadığına görə, Çin futbolun vətəni də sayıla bilər. Təsadüfi deyil ki, 2004-cü ildə FİFA rəsmisi bildirmişdi ki, tsu-cu müasir futbolun sələfləri arasında ən qədimidir.

1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşırlar. Onlar arasında mübahisə gedir: futbolu "yalnız ayaqla" oynasınlar, yoxsa "ayaq və əllə"? "Yalnız ayaqla" oyun tərəfdarları öz ittifaqlarını yaradırlar. Bu ittifaq da oyunun ilk qaydalarını işləyib-hazırlayırlar. Həmin qaydalar heç də mükəmməl deyildi və bir neçə onillik ərzində ona əlavələr oldu, dəyişikliklər edildi.

Hakim meydana fit ilə yalnız 1878-ci ildə çıxmışdır. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. Onbirmetrlik cərimə zərbəsi (penalti) 1891-ci ildən oyunun qaydalarına daxil edilmişdir. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlamışlar.[28]

Futbol stadionu

redaktə
 
Braziliyada yerləşən Marakana stadionu

Futbol meydanının uzunluğu 90–110 metr, eni 60–75 metr olan düzbucaqlı şəkildədir. Qısa tərəflərin ortasında bir-biri ilə üzbəüz iki qapı olur, dəri topu da bu qapılardan keçirmək lazımdır. Futbol qapısının sahəsi 18 m-dir (eni 7.32 m, hündürlüyü 2.44 m). Dünyada ən böyük stadion Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionudur. "Marakana" stadionu 200 min tamaşaçı tutumuna malikdir.[28]

Futbol üzrə dünya çempionatı

redaktə
  Əsas məqalə: FIFA Dünya Kuboku

Futbol üzrə dünya çempionatı dörd ildən bir təşkil edilir. 1930-cu ildə keçirilən çempionatın qalibi Uruqvay komandası olmuşdur. Sonuncu çempionat 2022-ci ildə 20 noyabr-18 dekabr tarixləri arasında Qətərda keçirilmiş və Argentina milli komandası çempion olmuşdur.

Qaydaları

redaktə

Rəqibə təpik vurmaq, badalaq gəlmək, təhlükəli hücum etmək, onun üstünə atılmaq, onu əl ilə tutmaq və itələmək futbolçuya qadağan edilir. Qapıçıdan başqa heç kim bilərəkdən əllə oynamamalıdır. Oyunun bu qaydaları pozulduqda hakim cərimə zərbəsi təyin edir. Əgər oyunçu oyunun qaydalarını pozmaqda davam edərsə, hakim ona xəbərdarlıq edir. Futbolçu bundan sonra da oyun qaydalarını pozursa ona qırmızı və ya sarı kart gostərirlər sarı kart xəbərdarlıq sayilir əgər qırmızı alsa onu meydandan çıxarırlar.[28]

 
Yan xətt hakimi oyundan kənar vəziyyət qeydə alır

Futbolda "oyundankənar vəziyyət" deyilən çox mühüm bir anlayış var. Belə bir vəziyyət yarandıqda oynamaq olmaz. Əgər futbolçu topu öz komanda yoldaşına ötürərkən yoldaşı ilə rəqib qapı arasında təkcə rəqib qapıçı qalıbsa, onda "oyundankənar vəziyyət yaranır. Başqa sözlə, ön hücum xəttində mövqe seçərkən qarşında qapıçı da daxil olmaqla azı 2 oyunçu olmalıdır.[28]

Oyunun müddəti və davametmə vaxtı

redaktə

Futbol matçı hər biri 45 dəqiqə olan iki hissədən ibarətdir. Hər bir hissə fasiləsiz davam edir, yəni top meydanın kənarında olsa belə, oyun dayanmır. Hissələr arasında fasilə adətən 15 dəqiqə çəkir. Baş hakim oyunun rəsmi xronometristdir və əvəzetmələrə, oyunçu zədələrinə və sayr dəyandırılmalara görə itirilən dəqiqələri o, hissənin sonuna əlavə edə bilər. Əlavə vaxtın müddəti referinin səlahiyyətindədir. Yalnız baş hakim oyunu başa çatdıra bilər.

Əlavə vaxt 1891 ildə oynanılan Stok Siti-Aston Villa oyununda baş verən insidentdən sonra futbolda tətbiq edilməyə başlandı. Stok Siti 0:1 uduzan vaxtı, oyunun sonunda onlar penalti zərbəsini qazandılar, amma Aston Villanın qapıçısı topu göyə vurmuşdu, və top meydançanın lazım olan yerinə qayıdanadək, oyun vaxtı bitmişdir, və artıq hakim oyunu dəyandırmışdır.[29] Həmçinin əlavə vaxt qaydası ilə birlikdə qəbul edildi ki, hər hansı hissənin sonunda 11 metrəlik cərmə zərbəsi təyin edilərsə, o zərbəni yerinə yetirmədən, oyun bitə bilməz.[30]

Liqa yarışlarında oyun heç-heçə də bitə bilər. Əsas vaxtda hesab heç-heçə ilə bitsə, oyuna əlavə iki dənə 15 dəqiqəlik əlavə hissələr oynanıla bilər. Əgər əlavə vaxtada qalib müəyyənləşmədisə, onda bəzi yarışlarda penalti seriyası tətbiq olunur. Penalti zərbələrində vurulan qollar, yekun hesaba əlavə olunmurlar.[31]

İki oyunluq yarışlarda hər bir komanda öz meydanında bir oyun keçirdir, və hansı komandanın növbəti mərhələyə keçəcəyini iki oyunun ümumi hesabı bəlli edir. Hesab bərabər olarsa, onda qonaq stadionda vurulan qollar qalibi müəyyənləşdirir. Bu kimi oyunlarda heç heçə olarsa belə əlavə vaxta və penalti seriyasına ehtiyac olmur.[31]

1990 illərin sonlarında 2000 illərin əvvəlində Futbol Assosiasiyalarının Beynəlxalq Şurası penalti seriyasını istifadə etmədən, qalibi müəyyən etmək üçün eksperimentlər keçirdməyə başladı. Onlar "qızıl" (əlavə vaxtda ilk qolu vuran komanda, oyunun qalibi olur) və "bürünc" (əlavə vaxtda ilk qolu vuran komanda qalib olmur və əgər hansısa əlavə hissədən sonra komandalardan biri hesabda öndədirsə, onda qalib həmin o, klubdu) topları tətbiq etməyə başladılar. Qızıl qol 19982002 ilin dünya çempionatında istifadə olunmuşdur. Dünya Çempionatında Qızıl qolun həll etdiyi ilk oyun 1998 ildə keçirilən Fransa-Paraqvay olmuşdur. Almaniya millisi Qızı top saəsində mötəbər turnirdə ilk qələbə qazanan komanda olmuşdur, onlar Avro 1996 finalında Oliver Birhoffun qızıl qolu ilə Çexiya millisinə qalib gəlmişdilər. Bürünc qol Avro 2004 tətbiq edilmişdir. Hər iki eksperiment Futbol Assosiasiyalarının Beynəlxalq Şurası tərəfindən ləğv edilmişdir.[32]

Standard vəziyyətlər

redaktə

Futbolda standart vəziyyətlər var. Futbolda standart vəziyyələr hakimin siqnalına əsasən vurulan cərimə, sərbəst, künc və digər zərbələrdir.

  • Künc zərbəsi — Künc sektorundan hücum edən komandanın oyunçusu tərəfindən tətbiq olunur. Top müdafiə olunan komandanın oyunçusundan qapı xəttini tamamilə keçdikdə təyin edilir.
  • Sərbəst zərbə — Təhlükəli oyun oynayan komandanın qapısına rəqibə qarşı təhlükəli oyun (baş tutmamış qayda pozuntusu) halında təyin edilir. Təhlükəli oyunun baş verdiyi nöqtədən vurulur. Sərbəst zərbədən birbaşa vurulan qol hesaba alınmır.
  • 11 metrlik cərimə zərbəsi — Qapıdan 11 metr aralıda yerləşən xüsusi nişanlanmış yerdən vurulur. Bir oyunçu öz cərimə meydançası daxilində qaydaları pozduğu halda 11 metrlik cərimə zərbəsi təyin olunur.

Əsrin matçı

redaktə

23 oktyabr 1963-cü ildə Londonda qeyri-adi bir futbol matçı keçirildi. Dünyanın yığma komandası oynayırdı. "Əsrin matçı" adını almış bu oyunu televiziya bütün dünyaya göstərirdi. Futbolun yüzillik yubileyi bu cür qeyd edilirdi. Oyunun Londonda keçirilməsinin və komandalardan birinin İngiltərənin yığma komandası olmasının izahı sadədir: futbolun vətəni İngiltərə sayılır. Oyunun qalibi İngiltərə oldu (2:1).[28]

Dünya Futbol Günü[33]

redaktə

BMT 25 mayı Dünya Futbol Günü elan edib.[34]

Bu gün təsadüfən seçilməyib. 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bütün regionların nümayəndələrinin iştirakı ilə tarixdə ilk beynəlxalq futbol turnirinin 2024-cü ildən keçirilməsinin 100 illiyi ilə əlaqədar 25 may tarixinin Ümumdünya Futbol Günü elan edilməsi barədə qətnamə qəbul edilib.

Adətlər

redaktə

Köynək dəyişdirmək

redaktə

Dünyada futbol matçından sonra ilk dəfə rəqiblə köynək dəyişdirmək ritualı 1921-ci ildə baş vermişdir. 1921-ci il 14 mayına kimi Fransa İngiltərə ilə 15 oyun keçirsə də, yalnız 1921-ci ildə qələbə qazana bilmişdi. Qeyri-peşəkar fransız futbolçular 35.000 azarkeşin önündə 5:2 hesabla peşəkar ingilis futbolçuları üzərində qələbə qazanırlar. Deyilənə görə, fransızlar o qədər sevinirlər ki, xatirə olsun deyə, rəqib oyunçulara köynəklərini dəyişdirmək təklifi edirlər. İngilislər təklifi qəbul etməyə məcbur olurlar. Bu zaman fransızların köynəkləri pambıqdan, ingilislərinki isə ipəkdən imiş.[35]

İstinadlar

redaktə
  1. 1 2 https://www.fifa.com/mm/document/afdeveloping/refereeing/law_3_the_number_of_players_en_47419.pdf.
  2. 1 2 https://www.lexico.com/en/definition/soccer.
  3. "Overview of Football". Encyclopædia Britannica. 12 June 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2008.
  4. Guttman, Allen. The Diffusion of Sports and the Problem of Cultural Imperialism // Dunning, Eric; Maguire, Joseph A.; Pearton, Robert E. (redaktorlar ). The Sports Process: A Comparative and Developmental Approach. Champaign: Human Kinetics. 1993. səh. 129. ISBN 0-88011-624-2. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-31. the game is complex enough not to be invented independently by many preliterate cultures and yet simple enough to become the world's most popular team sport
  5. Dunning, Eric. The development of soccer as a world game // Sport Matters: Sociological Studies of Sport, Violence and Civilisation. London: Routledge. 1999. səh. 103. ISBN 0-415-06413-9. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-31. During the twentieth century, soccer emerged as the world's most popular team sport
  6. Mueller, Frederick; Cantu, Robert; Van Camp, Steven. Team Sports // Catastrophic Injuries in High School and College Sports. Champaign: Human Kinetics. 1996. səh. 57. ISBN 0-87322-674-7. 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-31. Soccer is the most popular sport in the world and is an industry worth over US$400 billion world wide. 80% of this is generated in Europe, though its popularity is growing in the United States. It has been estimated that there were 22 million soccer players in the world in the early 1980s, and that number is increasing. In the United States soccer is now a major sport at both the high school and college levels
  7. "2002 FIFA World Cup TV Coverage". FIFA. 5 December 2006. Archived from the original on 14 March 2005. Retrieved 6 January 200
  8.  Baily's Magazine of Sports & Pastimes, vol. lvii Arxivləşdirilib 2021-09-23 at the Wayback Machine. — London: Vinton, 1892. — P. 198.
  9. "The Irish Times: Soccer". 2012-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-06.
  10. "Independent.ie: Soccer". 2012-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-06.
  11. "History of Football Arxivləşdirilib 2017-10-28 at the Wayback Machine". FIFA
  12. "FIFAClassicFootball Arxivləşdirilib 2014-09-26 at the Wayback Machine". FIFA.com. FIFA.
  13. 1 2 "Football" Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine.
  14. Classic Football History of the Game" Arxivləşdirilib 2014-09-26 at the Wayback Machine. FIFA.com
  15. A gripping Greek derby" Arxivləşdirilib 2015-03-17 at the Wayback Machine. FIFA.com
  16. "Bangkok Post article". 2023-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-08.
  17. (NAMA) 873 Arxivləşdirilib 2016-07-22 at the Wayback Machine eksponatı Afina Milli Arxeologiya Muzeyində
  18. Nigel Wilson, Encyclopedia of Ancient Greece, Routledge, 2005, p. 310
  19. Nigel M. Kennell, The Gymnasium of Virtue: Education and Culture in Ancient Sparta (Studies in the History of Greece and Rome), The University of North Carolina Press, 1995, Google Books Arxivləşdirilib 2016-12-05 at the Wayback Machine saytında
  20. Steve Craig, Sports and Games of the Ancients: (Sports and Games Through History), Greenwood, 2002, Google Books Arxivləşdirilib 2016-12-06 at the Wayback Machine saytında
  21. Don Nardo, Greek and Roman Sport, Greenhaven Press, 1999, p. 83
  22. Sally E. D. Wilkins, Sports and games of medieval cultures, Greenwood, 2002, Google books Arxivləşdirilib 2016-12-06 at the Wayback Machine saytında
  23. "Fury as FIFA finds a field of dreams in China" Arxivləşdirilib 2023-03-18 at the Wayback Machine. Bangkok Post article. 5 iyun 2014. 
  24. Classic Football History of the Game" Arxivləşdirilib 2015-07-01 at the Wayback Machine. FIFA.com. 10 iyun 2014.
  25. History of Football – Britain, the home of Football". FIFA. Orijinalın arxivləşdirilməsi 1 iyul 2007-ci ildə edilmişdir
  26. Harvey, Adrian (2005). Football, the first hundred years. London: Routledge. p. 126. ISBN 0-415-35018-2.
  27. Winner, David (28 March 2005). "The hands-off approach to a man's game" Arxivləşdirilib 2020-05-28 at the Wayback MachineThe Times. London.
  28. 1 2 3 4 5 Ümumdünya futbol günü [ölü keçid]
  29. The Sunday Times Illustrated History Of Football Reed International Books Limited 1996. p.11 ISBN 1-85613-341-9
  30. "Laws of the game (Law 7.3–The duration of the match)". FIFA. Archived from the original 
  31. 1 2 IFAB. "Procedures to determine the winner of a match or home-and-away". Laws of the Game 2010/2011 Arxivləşdirilib 2019-11-13 at the Wayback Machine (PDF). FIFA. pp. 51–52. 
  32. Collett, Mike (2 July 2004). "Time running out for silver goal". Rediff.com. Reuters. Archived
  33. Nations, United. "World Football Day". United Nations (ingilis). İstifadə tarixi: 2024-05-24.
  34. "BMT 25 mayı Dünya Futbol Günü elan edib". Apa.az (az.). İstifadə tarixi: 2024-05-24.
  35. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə