Diaqonal (voleybol)

Diaqonal — (ing. opposite, türk. pasör çaprazı) voleybolda mövqelərdən biri, voleybol��u ampluası. Bu mövqe voleybolda şərti olaraq hücumçu ampluasına bənzəyir. Hətta ismi diaqonal hücumçu da adlandırılır.

Diaqonal oyunçu paralel zərbə ilə blokçunu aşmağa çalışır

Diaqonal oynayan voleybolçu toppaylayıcı servis atarkən önə gəlir və adətən uzun pasla hücum edir, 2-ci zonada qərarlaşır. Bu oyunçu "4-2" və "6-0" taktikasında istifadə edilmir. Sadəcə "5-1" sxemində yer alır. Çünki "5-1" taktikasında sadəcə 5 hücumçu və 1 toppaylayıcı yer alır. Burada toppaylayıcının da çaprazında bir hücumçuya ehtiyac duyulduğundan diaqonal oyunçudan istifadə edilir. Əksər vaxt 2-ci zonadan hücum edir və 4-cü zonadakı rəqib oyunçularla mübarizə aparır. Bu da rəqibin 4-cü zonadakı hücumlarının qarşısını blokla almağa kömək edir. Bu vəzifəni də diaqonal oyunçu yerinə yetirir. 5-1 taktikasında hər mövqedən (liberodan başqa) iki oyunçu olduğu halda diaqonal mövqedən bir oyunçu olur. Bu da komandaların heyətində daha az diaqonal ampluasına sahib olan voleybolçunun olmasına gətirib çıxarır.[1]

İstinadlar

redaktə
  1. "Voleybol'da Pasör Çaprazı ve 4 numara oyuncusu(smaçör) mevki" (türk). bahaabrekoglu.blogcu.com. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-08.